![]() |
|














Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı
Tarix 02.06.25, 7:34 |
|

Dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq əlaqələri ildən-ilə, gündən-günə güclənməkdədir. May ayının 28-də Laçın şəhərində keçirilmiş bu üç ölkə rəhbərlərinin Zirvə görüşü münasibətlərin genişlənməsinə sözsüz ki, yeni güclü təkan verəcək.
Sammitin gedişində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz və xalqlarımız yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanında olublar, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdiriblər. Laçın Zirvə görüşündə ölkələrimiz arasındakı strateji əməkdaşlıq bir daha təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü oldu. Möhtərəm dövlət başçımızın dediyi kimi, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bu Zirvə görüşünün keçirilməsi, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlmələri böyük rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi başlayan andan Türkiyə və Pakistanın siyasi-mənəvi dəstəyini gördü və bu dəstək bizi ruhlandırırdı, bizə əlavə güc verdi. Əlbəttə ki, Zirvə görüşünün məhz Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi də mühüm önəm daşıyan amildir. 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Əfsuslar olsun ki, cəmi iki il sonra bolşevik Rusiyasının işğalı səbəbilə Cümhuriyyət süqut etdi. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır.
Laçından dünyaya yayılan bu güclü siyasi və mənəvi mesaj, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün qardaşlıqdan strateji ittifaqa çevrildiyini göstərir. Laçın zirvəsi bir daha təsdiqlədi ki, tarixi ədalətsizliklərlə, işğal və soyqırımla üz-üzə qalan Azərbaycan xalqı haqlı mövqeyində tək deyil və olmayacaq. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də qardaş ölkələrin siyasi dəstəyi və mənəvi həmrəyliyi Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir.
Laçın şəhərinin ev sahibliyi etdiyi tədbir isə böyük rəmzi anlam daşıyır. Vaxtilə 30 il işğal altında qalan bu şəhərdə indi beynəlxalq səviyyəli zirvə keçirilir. Bu isə təkcə qələbənin deyil, həm də ədalətin, əzmin və milli həmrəyliyin təntənəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı heç zaman işğalla barışmadı, dövlət gücünü topladı, beynəlxalq hüququn yanında mövqe tutdu və ən əsası isə vətənpərvər, milli ruhda böyüyən gənc nəslin sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu, regionda yeni geosiyasi reallığın əsas sütununa çevrilib. Şuşadan başlanan zəfər yolu Laçına, ordan isə bütün dünyaya qardaşlıq, güc və sabitlik mesajı verir. Bu baxımdan, Prezident İlham Əliyevin "Biz artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq" fikri müasir Azərbaycanın ruhunu ifadə edir.
Bu birlik, Azərbaycan-Türkiyə-Pakistan tandemi, sadəcə regional əməkdaşlıq formatı deyil, həm də qlobal miqyasda müsəlman həmrəyliyinin, ədalət və inkişaf ideallarının daşıyıcısıdır. Üç ölkənin liderlərinin azad edilmiş torpaqlarda bir araya gəlməsi təkcə dostluğun təsdiqi yox, həm də mühüm siyasi mesajdır: bu bölgənin sahibləri qayıdıb və bu torpaqlarda sülh, inkişaf və qardaşlıq hökm sürəcək.
"Biz qayıtmalıydıq və qayıtmışıq", - deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer ayırdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır - xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb. Prezident İlham Əliyev qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu tarixi mərasimi təkcə bayram yox, həm də dünyaya ünvanlanan siyasi, mədəni və mənəvi mesaj kimi təqdim etdi. Səhnədə səslənən mahnılar, verilən bəyanatlar bir daha üç ölkənin mədəni yaxınlığını, strateji birliyini nümayiş etdirir. "Bizim gücümüz birliyimizdədir" - bu, Azərbaycanın dostlarına çağırışı, düşmənlərinə isə xəbərdarlığıdır.
Ölkə rəhbərinin "Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq" sözləri bu çıxışın mahiyyətini, Azərbaycanın gələcək yol xəritəsini dolğun ifadə edir. Bu zəfərin əbədiliyini təmin edən amil isə yalnız keçmişdən alınan dərslər deyil, bu gün möhkəmlənən dostluq, strateji müttəfiqlik, xalqın dövlətə olan sonsuz inamıdır.
Vüsalə Həsənova
Xəbərin oxunma sayı : 403
Sosial
Xəbərlər
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Putin, Tramp və Zelenskinin bir araya gəlməsi çox vacibdir - Hakan Fidan
-
İkardi bu paylaşımı ilə Naranı “yandırıb-yaxdı“ - VİDEO
-
Bakıda məşhur restoranlar cərimələndi - Havanı çirkləndirdikləri üçün
-
Suriya tarixində 60 ildən sonra ilk - Əhməd əş-Şaraa Amerikaya gedir
-
184 min manat vergi borcu olan şirkət - “Belurtunes LL” kimindir?
-
Bu şəxslər universitetə imtahansız qəbul olacaqlar: 4 - 30 iyun tarixlərində...
-
Sədr vəzifələrini itirdilər - Prezidentin Sərəncamı
-
Xırdalan və Masazırda qaz olmayacaq - Xəbərdarlıq
-
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
-
Aptekdən spirt alıb içdi, evdə anasını döydü - 3 aylıq həbs olundu
-
Mal əti 11 manatdan satılır - Almaq risklidir, yoxsa fürsət?
-
Onlar danışdılar, Vardanyan dinlədi - FOTOLAR
-
Bakının bu rayonunda yeni park salınacaq - 2,4 milyon ayrıldı
-
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü - Fotolar
-
I qrup üzrə yüksək keçid balı olan ixtisaslar açıqlandı - SİYAHI
-
BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş - “Xezer-Construction“ kimindir?
-
ABŞ-dan gömrük rüsumları ilə bağlı sərt xəbərdarlıq - Çin etiraz etdi
-
Putin Tramp və Zelenski ilə görüşə razıdır - Kreml
-
Sumqayıt İcra Hakimiyyəti Nigar Bağırovdan yenə gül alır - 145 min ödəyəcək
-
Həbsdəki vəkilin cəzası artırıla bilər - Başqa bir işlə əlaqədar dindirildiyi xəbəri yayıldı
-
Anar Ələkbərov Yaponiyada - Nazirlə görüş olub + FOTOLAR
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
-
Ukrayna Krım köpüsünü partlatmağa cəhd etdi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Polis 29 yaşlı qadını külli miqdarda narkotiklə tutdu - VİDEO
-
Agentlik xarici blogerləri Azərbaycana gətirir - 1,2 milyon manat xərcləyəcək
-
DTX-nin həbs etdiyi hakerə hökm oxundu - .2 il 6 ay
-
Baş prokuror Lənkəranda vətəndaşları qəbul etdi - Fotolar
-
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
-
İşsizlərin çoxu bu ixtisasları bitirənlərdir - Abiturientlərin nəzərinə
-
Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən cavab
-
“Tehranın nüvə silahına sahib olmaq planları yoxdur“ - Kreml
-
İTS ləğv olunan tenderi yenidən keçirir - Məbləğ 2 dəfədən çox artırılıb
-
Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz - Rəsmi
-
Keniyada səfirliyimizin binası açıldı - FOTOLAR
-
Bu yolların əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
AFFA “Qarabağ“ı cərimələdi - Benziaya ağır cəza
-
DİN-dən xəbərdarlıq: “Dərhal blok edin!“
-
Publik hüquqi şəxslərə ayrılan vəsait 2,2 dəfə artıb - Vüqar Gülməmmədov
-
İnternet bazarında nəhəng monopoliya - Antiinhisar qurumu susur...
-
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimov dəfn olunub - FOTOLAR
-
Xankəndidə otellərdə heç kim qalmır, yoxsa… - Müəmmalı statistika
-
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda olacaq - SİYAHI
-
“Azərbaycanla neft-qaz sektorunda tərəfdaşlıqdan məmnunuq“ - Tramp
-
Bakının mərkəzində söküntü - Sakinlər verilən puldan narazıdır + VİDEO
-
“II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır“ - Paşinyan
-
Suraxanı rayon Yeni Ramana qəsəbəsində inşa edilən obyektin rəsmi icazəsi yoxdur? - VİDEO
-
Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO
-
Ev almaq istəyən “qaçqınlar“ aldadılıb - Sektor müdiri vəfat edib, xadimə cəzalanıb
-
Rusiya-Ukrayna müharibəsi uzana bilər - Viktor Orban
-
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər - FAKTLAR
-
“Ortastatistik məzun təhsil proqramının 37-77%-ni mənimsəmir“ - HESABAT
-
Bakıda beynəlxalq konfrans keçirilir - Fransa kolonializminə qarşı
-
Gəncədə qohumlar arasında dava - Yaralılar var
-
Yeni təkər bazarı”nda yanğın oldu - VİDEO
-
UEFA Ən güclü klubların reytinqi açıqladı - İlk “10-luq”
-
Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək - Tramp
-
Türkiyədə güclü zəlzələ - 1 ölüb, 69 nəfər yaralanıb
-
Dələduzlar sizi “QR” kodla aldada bilər - XƏBƏRDARLIQ
-
Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? - VİDEO
-
Gülüstan Əliyeva ilə Aqşin Fatehdən bir-birilərinə sərt sözlər - Video
-
Neymar qovuldu və müraciət etdi: “Xahiş edirəm, məni sərt cəzalandırmayın“
-
«Hayat Residence» MTK-nın işçilərindən “yaşıl terror“ - Gecələr ağacları və yaşıllıqları yandırırlar
-
“Məqsədim Putin, Zelenski və Trampı görüşdürməkdir“ - Ərdoğan
-
Sabah bu ərazidə qaz kəsiləcək - Xəbərdarlıq
-
Yüksəliş“in qalibinə vəzifə verildi - AZCON-a təyinat alıb
-
“ABŞ NATO-nun şərq cinahında mövcudluğunu azaltmaq niyyətində deyil“ - Rutte
-
“Rahat Market“ cərimələndi - Məhsul qiymətindən baha satırmış
-
Prezidentə o kitab hədiyyə edildi - FOTO
-
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım“ - Nəzrin Hüseynzadə
-
Qurban bayramı namazının vaxtı AÇIQLANDI
-
Prezidentdən millimizlə bağlı paylaşım - FOTO
-
Böyük Britaniya “müharibəyə hazırlıq rejiminə” keçir - Starmer
-
Nərimanov rayonunda kababxana səkini zəbt edib - VİDEO
-
“Məqsəd azərbaycanlıları məhv etmək idi“ - MƏHKƏMƏ
-
Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
-
“28 Mayı üç qardaşa layiq qeyd etdik” - Ərdoğan
-
Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi
-
Yeni əsir mübadiləsi olacaq - Zelenski İstanbul danışıqlarının nəticələrini açıqladı
-
Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
-
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev haqqında qiyabi həbs qərarı verildi - RƏSMİ
-
Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə - 4 il 3 ay həbs!
-
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycan-İran Birgə Komissiyasının 54-cü görüşü keçirildi - Fotolar
-
Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
-
Prezident İlham Əliyev sərəncam imzalayıb - Dəyişiklik
-
Vilayət Eyvazov 397 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - VİDEO
-
Bakıda təməli atılan binaların dəyəri artdı - Sovet binalarına tələb kəskin azalıb
-
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda - FOTOLAR
-
“Kupça“sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI
-
Sumqayıt 17 saylı bağça müdiri obyektləri necə tikdirib? - FOTOFAKT
-
Prezident İlham Əliyev qəbullar keçirdi - Fotolar
-
ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib - İran XİN
-
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
-
Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət - 4-ü eyni ildə yaradılıb
-
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
-
Binə icra nümayəndəsi Ərəstun Əlisoy sahibkarlıq fəaliyyəti ilə məşğuldur? - FOTO
-
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ
-
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı
-
Külək güclənəcək - Hava ilə bağlı xəbərdarlıq edildi
-
ABŞ-ın Tayvan məsələsindən istifadə etmək hüququ yoxdur - Çin MN
-
Sabah daha bir itkin şəhidimiz dəfn olunacaq - FOTO
-
Bazar qiyməti 9-12 manat olan xidmət üçün İTS 13,5 manat ayırıb - Təfərrüat
-
Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı
-
“Zeytun“ apteklərinə protokol tərtib edildi - Dərmanları baha satıb
-
Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir - Prezident
-
Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? - İLGİNC TƏFƏRÜAT
-
Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar (VİDEO)
-
Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO
-
İşlənmiş avtombil alanların nəzərinə: bunu mütləq yoxlayın (VİDEO)
-
Salyanda 10 uşaqlı ailə: Ən böyüyünün 14, balacasının 1 yaşı var
-
Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?
-
İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş
-
Bakıda 1 sotu 700 min manata torpaq - Hansı ərazidədir?
-
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi - FOTO
-
Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər
TOP 10
ARXİV