Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Prezident İlham Əliyev qəbullar keçirdi - Fotolar

Tarix 02.06.25, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

AzFakt.com xəbər verir ki, söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.

“Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edilib, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verilib.

Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.







Xəbərin oxunma sayı : 586




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap