Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi

Tarix 02.06.25, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədən Azərbaycana yük maşının altından gələn şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş Tofiq Hüseynov (şərti) Türkiyənin Qars şəhərindən İran İslam Respublikasının dövlət sərhədini keçməklə Azərbaycana gəlib və Biləsuvar sərhəd nəzarəti tərəfindən saxlanılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs Türkiyənin Qars şəhərindən İrana yük avtomobilinin təkərlərini birləşdirən yayın (difer) üzərinə orturaraq keçib. Bir neçə gün Təbriz şəhərində qaldıqdan sonra bu dəfə İrandan Azərbaycana (Biləsuvar sərhəd nəzarətinə) nəqliyyat vasitəsinin altında qanunsuz yolla keçib. 

Nəqliyyat vasitəsi Azərbaycanın dövlət sərhədində gömrük nəzarətindən keçməsi üçün növbəyə dayanan zaman o, gizləndiyi yerdən çıxıb və sərhədçilərimiz tərəfindən saxlanılıb. 

Məhkəmənin hökmü ilə Tofiq Hüseynov Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Qeyd edək ki, aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı-İstanbul aviareysi ilə İstanbula gedib. O, bibisi oğlu ilə birlikdə Suriya və Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrumdan Yunanıstana keçirdiyinə görə saxlanılıb və 7 ay həbs olunub. Həbsdən çıxdıqdan sonra sənədləri olmadığı üçün Azərbaycana qanunsuz yolla qayıdıb. 



Xəbərin oxunma sayı : 649




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap