Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

İnternet bazarında nəhəng monopoliya - Antiinhisar qurumu susur...

Tarix 03.06.25, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan internet bazarında son aylarda ciddi struktur dəyişiklikləri baş verib. Tarif artımları, dövlət şirkətlərinin bazarda təmərküzləşməsi və Antiinhisar xidmətinin fəaliyyətsizliyi cəmiyyətdə narazılıq doğurur.

AzFakt.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məsələyə münasibət bildirərək bir sıra önəmli məqamları gündəmə gətirib. O xatırladıb ki, 2024-cü ilin avqustunda həm dövlət, həm də özəl provayderlər eyni vaxtda internetin minimal qiymətini 25 manata qaldırdılar. Bu isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirildi və araşdırma başlandı.

"Üstündən 9 ay keçib, hələ də nəticə yoxdur", – deyə AİF rəhbəri qeyd edib.

Bu müddətdə bazarda ciddi dəyişikliklər baş verib. “Aztelekom” Rabitə Nazirliyinin tərkibindən çıxarılaraq AZCON Holdinqin strukturuna daxil edilib və dövlət provayderləri bir strukturda birləşdirilib. Nəticədə, “Aztelekom” internet bazarının 60%-nə nəzarət edən, aylıq 70 milyon manatdan çox gəlir əldə edən nəhəng bir dövlət şirkətinə çevrilib.

bitmap-img6

“Belə bir şirkət regionlar üçün daha sərfəli tariflər tətbiq edə bilməzdimi?” – deyə Osman Gündüz sual edir.

Onun sözlərinə görə, “Aztelekom”un AZCON-a keçidindən sonra regionlar üçün yeni tariflərin tətbiq olunacağı vədi verilsə də, bu istiqamətdə hələ heç bir addım atılmayıb. Hazırda ölkə üzrə tarif siyasəti eynidir.

“Hamı – tələbatı olan və olmayan, bizneslə məşğul olan və olmayan – minimal olaraq 25 manat ödəməlidir”, – deyə Gündüz tənqid edir.

O, həmçinin “Azercell”in də dövlətə məxsus olduğunu xatırladaraq, ölkə internet bazarının təxminən 80 faizinin dövlət nəzarətinə keçdiyini qeyd edir. Bu isə rəqabət mühitini xeyli zəiflədir.

Bu fonda Osman Gündüz rəqabətə nəzarət etməli olan qurumun – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin passivliyini xüsusi vurğulayır: “Nə qiymət artımına, nə də bazarda formalaşan dominant mövqeyə dair Agentlikdən cəmiyyətə heç bir açıqlama verilməyib.”

AİF rəhbəri sonda belə bir sual qoyur: “İndi biz ölkənin telekommunikasiya və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək? Antiinhisar qurumu buna nə deyir?”



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap