Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü - Fotolar

Tarix 03.06.25, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib.

XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər.

Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə birgə biznes forumların və ticarət missiyalarının təşkilinin faydalı olacağını qeyd ediblər.

Afrika ölkələrinin Azərbaycanın xarici siyasətində əhəmiyyətindən bəhs olunub, Keniya ilə yanaşı qitənin digər dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin uğurlu COP29 tədbirinin və qəbul olunmuş qərarları əhəmiyyəti, 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 445




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap