Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Avropada qaz qiymətləri “uçdu“ - böyük bahalaşma başladı

Tarix 31.05.25, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaz Avropada qazın orta qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faizdən çox artıb.

Musavat.com London ICE fyuçers birjasının məlumatlarına istinadən xəbər verir ki, 1000 kubmetr  qazın qiyməti 429 dollara çatıb.

Avropa qovşaqlarında qazın qiyməti ötən ilin payızında artmağa başlayıb və bu ilin birinci rübündə 1000 kubmetr üçün 509 dollar təşkil edib. Mart-may aylarında kotirovkalar ötən yazla müqayisədə 31 faiz artıq olmaqla 429 dollar təşkil edib.

May ayında qazın orta qiyməti aprel ayı ilə müqayisədə bir qədər (0,8 faiz) artaraq, təxminən 412 dollar olub. Bu, 2024-cü ilin may ayı ilə müqayisədə 15 faiz yüksəkdir. gər aprelin 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 375 dollara alınıbsa, mayın 30-da bu göstərici 396 dollar təşkil edib.

2024-cü ilin sentyabrında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 416 dollar (illiklə müqayisədə 0,3 faiz aşağı), oktyabrda 456 dollar (-11 faiz), noyabrda 491 dollar (-4 faiz), dekabrda 489 dollar (+20 faiz), 2025-ci ilin yanvarında 517 dollar (+58 faiz), fevralda 542 dollar(+88 faiz), martda 467 dollar (+55%), apreldə 409 dollar (+28 faiz), mayda 412 dollar (+15 faiz) olub.

Qaz qiymətlərinin artmasının əsas səbəbi Avropanın yanacağa tələbatının artmasıdır. Qışda soyuqlara görə anbarlardan rekord həcmdə qaz çəkildiyinə görə yayda onun yerini doldurmaq üçün daha çox qaza ehtiyac yaranır. Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Avropanın qışa qədər yeraltı anbarlarının 90 faiz doldurulmasında ciddi çətinliklərlə üzləşəcəyini gözləyi. Təşkilata görə, qazın yay mübadilə qiymətləri qışda olduğundan daha yüksək olacaq ki, bu da onun anbarlara vurulmasının səmərəliliyi məsələsini aktuallaşdıracaq.

Bundan əlavə, may ayında Avropanın yeraltı anbarlarına (UGS) qaz vurulma sürəti keçən illə müqayisədə artsa da, onu gələn qışa qədər Aİ-nin anbar anbarlarını 90 faiz doldurmaq hədəfinə çatmaq üçün yetərli hesab etmək mümkün deyil. Qazın vurulmasının hazırkı temp davam edərsə, Aİ öz anbarlarını noyabrın 1-i deyil, yalnız payızın sonuna qədər lazımi səviyyəyə qədər doldura bilər. Bu müddətdə anbarlara 61 milyard kubmetr qaz vurulmalıdır.



Xəbərin oxunma sayı : 1360




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap