“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO

Tarix 23.07.25, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonu, Qədir Məmmədov küçəsinin sakinləri lift problemindən şikayətçidirlər. Dediklərinə görə, yaşadıqları binanın lifti var, amma xidməti yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, liftin işləməməsi onlar üçün ciddi problemlər yaradır. Dediklərinə görə, bir müddət əvvəl lift təmir olunduqdan sonra istifadəyə verilib. Amma yenidən köhnə vəziyyətinə qayıdıb.

Sakinlər bildiriblər ki, binanın problemlərini saymaqla bitmir, amma lift məsələsi onların içində ən acınacaqlısıdır.

Onlar bununla bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır. 

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, "Xəzər Xəbər"in müraciətindən sonra ünvana əyani baxış keçirilib. Liftin mühərrikində problem aşkarlanıb. Artıq bu istiqamətdə işlərə başlanılıb, yaxın 3 gün ərzində lift tam təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.




Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap