“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlama - Pozuntular aşkarlandı

Tarix 23.07.25, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2025-ci il üzrə iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

AzFakt.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə məlumatında bildirilir.

Nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.

Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkil edilməsində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.

205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslərin hesabına büdcəyə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.
Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.
Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap