“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO

Tarix 25.07.25, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


"Qış aylarında Pirşağıda ictimai çimərlikdə dənizin qumu heç bir xəbərdarlıq, elan və ya izahat olunmadan daşınmağa başladı. Gəldilər, dənizin dibini qazdılar, sonra da sakitcə getdilər".

AzFakt.com xəbər verir ki, bunu jurnalist Xəyalə Rəis sosial media hesabında yazıb.

O bildirib ki, qazılan ərazidə hər gün bir insan həyatını itirir:

"Az əvvəl gözümüzün önündə yaşlı bir kişi dənizə girdi və bir daha çıxmadı. O, uzağa getməmişdi – dənizdəki ölüm tələsi elə sahilin bir neçə metrliyindədir. Bundan əvvəl bir gənc oğlan, daha öncə isə orta yaşlı bir kişi eyni şəkildə həyatını itirib.

Bu sahəyə nəzarət edən bir qurum yoxdurmu? İnsan həyatının bu qədər dəyərsiz olduğu bir sistemmi qurmuşuq? Əgər bu qum yığımı kommersiya məqsədlidirsə – məsul qurumlar kimə icazə verib və bu icazəni nə əsasla verib? Əgər qeyri-qanunidirsə,  niyə hələ də məsuliyyət daşıyan şəxs yoxdur?

Pirşağı çimərliyi hazırda mina sahəsinə çevrilib – sahilə girən hər kəs ölümlə üz-üzədir. Su birdən-birə dərinləşir, dibi sürüşkən və qeyri-bərabərdir. Amma heç bir yerdə xəbərdarlıq lövhəsi yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür".







Xəbərin oxunma sayı : 379




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap