“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb

Tarix 25.07.25, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ayın əvvəlinə olan məlumata görə, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 355 olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ay bank sektorunda çalışanların sayı 0,4% və ya 106 nəfər artaraq 26 min 71 nəfər təşkil edib.

Qeyd olunur ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 734,1 milyon manat, cəmi öhdəlikləri 49 milyard 788,2 milyon manat, balans kapitalı 6 milyard 945,9 milyon manat olub.
İyun ayında bankların cəmi aktivləri 0,3%, cəmi öhdəlikləri 0,2%, balans kapitalı isə 1,3% artıb. Ötən ay  bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq 28 milyard 472,1 milyon manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15 milyard 143,7 milyon manat), istehlak kreditləri 31,3% (8 milyard 898,3 milyon manat), ipoteka kreditləri isə 15,5% (4 milyard 430,2 milyon manat) paya sahib olub.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37 milyard 353,3 milyon manat. Depozit portfelinin 59,7%-i (22 milyard 292,6 milyon manat) hüquqi şəxslərin, 40,3%-i (15 milyard 60,7 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67%-i (10 milyard 95,8 milyon manat) milli valyutada, 33%-i (4 milyard 964,9 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62,5%-i (9 milyard 408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. 2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,9% (3 112 əmanətçi), ilin əvvəlindən isə 11,7% (17 min 654 əmanətçi) artıb.

Bu ilin yanvar – iyun aylarında banklar 576,6 milyon manat xalis mənfəət, 881 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap