“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski

Tarix 25.07.25, 16:06

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ordusu cəbhənin müxtəlif istiqamətlərində hücum cəhdlərini davam etdirsə də, Ukrayna Silahlı Qüvvələri bu hücumların qarşısını alır və mövqeləri qoruyur. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Rusiya ordusu irəliləyə bilmir və mütəmadi olaraq ağır itkilər verir: “Onlar irəliləmir. Bizim əsgərlər üçün orada çox çətindir. Amma ruslar üçün də çətindir. Rus xalqı müharibə istəmir, yalnız onların rəhbərliyi bunu istəyir. Onlar daha çox qüvvə ilə gəlirlər, daha böyük təzyiq və mobilizasiyaları var. Bu da riskləri artırır. Amma ciddi bir uğurları yoxdur, çünki başa düşürlər ki, cavab alacaqlar".

Zelenski bildirib ki, ruslar xüsusilə informasiya müharibəsinə diqqət yetirirlər. O, qeyd edib ki, Pokrovsk şəhərində bir neçə dəfə şəhərə daxil olmağa çalışsalar da, Ukrayna ordusu onları dərhal məhv edib.

Prezident Sumı istiqamətində vəziyyətin bir qədər yaxşılaşdığını, lakin Pokrovsk, Xarkov və Kupyansk bölgələrində təzyiqlərin davam etdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya üçün şərti uğur kimi təqdim olunan əsas istiqamət isə Dnepropetrovsk vilayətidir:“Onlar üçün şərti uğur Dnepropetrovsk vilayətidir. Çünki bu istiqamətdən informasiya zəfərləri düzəldə bilirlər. Orada da Pokrovskda olduğu kimi vəziyyətdir – sadəcə açıq sahədir, orada dayanan yoxdur. Əsgərlər arxa mövqelərdə dayanıb, düşməni dərhal məhv edirlər".



Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap