Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Qar yağıb, külək güclənib - Faktiki hava

Tarix 23.03.25, 11:21

Font ölçüsü : - / +
bitmap-img6


Martın 23-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.

Belə ki, düşən yağıntının miqdarı Lənkəran və Astarada 15, Cəlilabadda 8, Zaqatala və Balakəndə 6, Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Biləsuvar, Yardımlı, Ağdam, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy və Şahbuzda 5, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.

Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) isə qar yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatalada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.



Xəbərin oxunma sayı : 787




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap