Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Federasiyasına görə...

Tarix 14.10.25, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank Azərbaycan Kikboksinq Federasiyası İctimai Birliyini valyuta qaydalarını pozduğu üçün cərimələyib. 

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyası barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, Azərbaycan Kikboksinq Federasiyası 18.692 ABŞ dolları məbləğində vəsaiti 2 avqust 2023-cü il tarixdə xaricə köçürüb və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib. 

Federasiyanın 19 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, federasiya tərəfindən bəyannamənin əldə edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət ünvanlamayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməyib. 

Məhkəmənin hökmü ilə, Azərbaycan Kikboksinq Federasiyası İctimai Birliyi İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 18692.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 3738.4 ABŞ dolları cərimə olunub.

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyası İctimai Birliyinin qanuni təmsilçisi Suraxan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdir.



Xəbərin oxunma sayı : 1084




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap