Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Paytaxtın hərəkətin ən çox intensiv olduğu mərkəzi küçəsi təktərəfli olur - VİDEO

Tarix 15.10.25, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın hərəkətin ən çox intensiv olduğu mərkəzi küçəsi təktərəfli olur
Daha bir küçədə yol hərəkətinin təşkilində dəyişiklik edilir. İkitərəfli yolun bir hissəsi təktərəfli olur.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindən gedir. Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən həmin küçədə dəyişiklik edilir.

Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma da ləğv ediləcək.

Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək.

Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq. Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.





Xəbərin oxunma sayı : 817




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap