Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı

Tarix 14.10.25, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


AAAF Park yaşayış kompleksində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, yaşayış kompleksindəki mənzillərin birində 350 manat dəyərində "Vestel" markalı soyuducu, 300 manat dəyərində "Hoffman" markalı paltaryuyan maşın və 100 manat oğurlanıb "Prestige" markalı qaz sobası oğurlanıb.  

Bundan başqa, yaşayış kompleksində yerləşən anbardan da oğurluq edilib. Anbardan AAAF Park-da fəaliyyət göstərən "Black Ball" bilyard salonuna məxsus bilyard masaları və müxtəlif avadanlıqlar oğurlanıb. 

Hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Şakir Quliyev (şərti) saxlanılıb. İlkin dindirmə zamanı o, əməlini etiraf edib. Şaiq Quliyevə Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Şakir Quliyev verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, dəymiş zərərin məbləği ilə razılaşmayıb. Məlumat üçün deyək ki, ittihama əsasən, təqsirləndirilən şəxs ev sahibinə 750 manat, anbardakı malların sahibinə isə 13 000 manat ziyan vurub. 

Məhkəmənin hökmü ilə Şakir Quliyevə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsin barəsində Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb və ona 3 il 2 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Şaiq Quliyevin birinci cinayət işində saxlanıldığı 2 gün və hazırki iş üzrə saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 1 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 



Xəbərin oxunma sayı : 1066




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap