“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qızıl almaq istəyənlərə xəbərdarlıq - VİDEO

Tarix 03.09.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında "Suriya qızılı" kimi tanınan qızıllarla bağlı alıcılara xəbərdarlıq ediblər.

Buna səbəb isə həmin qızılın əyarına edilən müdaxilədir. Məlumata görə, normal şəraitdə rəsmi zərbxana tərəfindən buraxılan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla bazara daxil edilən və ya qeyri-qanuni sexlərdə istehsal olunan Suriya qızıllarında əyar 18, 14, hətta 8-ə qədər endirilir.

Xezerxeber.az-ın məlumatına görə, xarici görünüşcə zərbxana qızılları ilə eyni olan bu saxta məhsulları ayırd etmək isə demək olar ki, mümkünsüzdür. Bəs Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Suriya qızılı satılırmı?

Zərgərlər Assosasiyasının sədr müavini Rövşən Əmircanov deyir ki, idxal olunan qızıl məmulatlarında belə problemlərə az rast gəlinir.

Onun sözlərinə görə, saxtakarlıq kimi problemlər əsasən qızıl və ya gümüşdə yox, qiymətli daşlarda müşahidə olunur.

Rövşən Əmircanov bildirib ki, vətəndaşlar qiymətli daşlarda olduğu kimi, digər zərgəlik məhsullarını da alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap