“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda müğənni həbs edildi - Narkotikə görə

Tarix 03.09.25, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumat görə, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.

Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib.

Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.

Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib. O, patronları yaşadığı mənzildən, narkotiki isə küçədən tapdığını deyib.

Müğənni Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə 7 aylıq həbs edilib.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap