“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Holcim Azərbaycan” ASC-də təyinat - Yeni əcnəbi baş direktor kimdir?

Tarix 03.09.25, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın iri sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-yə yeni baş direktor təyin edilib.

AzFakt.com Banker.az-a istinadla  xəbər verir ki, cari ilin iyulundan etibarən Serchio Stoikov (ingilis dilində: Sergiu Stoicov) şirkətin direktoru təyin edilib.

Serchio Stoikov şirkətin konsolidə edilmiş audit hesabatına da direktor kimi imza atıb.

O, 2021-ci ildən bu vəzifədə çalışan Xalid Samakanı (Khalid Samaka) əvəz edib. X.Samakadan öncə isə bu vəzifədə Frederik Qumbalı idi.

X.Samaka 2001-ci ildən “LafargeHolcim Russia”da çalışıb. O, 2017-ci ildən “LafargeHolcim Russia”da texniki direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Rusiyanın Kolomna və Voskresensk şəhərlərindəki sement zavodlarına rəhbərlik edib. Onun öz açıqlamasında isə “LafargeHolcim”un Mərakeşdəki törəmə zavodu olan “LafargeHolcim Maroc”da fəaliyyətini davam etdirəcək.

Serchio Stoikov isə 2021-ci ildən etibarən “Holcim Azerbaijan” ASC-də Kommersiya direktoru idi. Moldavan əsilli kadır ilk fəaliyyətinə “Holcim Moldova”da başlayıb.

Xatırladaq ki, 70 ölkədə fəaliyyət göstərən “Holcim” şirkətı Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 31 mln 812 min 880 manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14%-i isə fiziki şəxslərə məxsusdur. “Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap