“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu universitetə rektor təyin edildi - Raziyə İsayeva kimdir? + FOTO

Tarix 03.09.25, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.

Bu barədəUniversitetin Mətbuat xidmətindən məlumat verilib.

AzFakt.com xəbər verir ki,, o, universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Raziya İsayeva uzun illər ərzində Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru olaraq fəaliyyət göstərib.

O, Böyük Britaniya və ABŞ universitetlərində müxtəlif təlimlər keçib. Erasmus+Aİ tərəfindən maliyyələşdirilən digər layihələr baxımından R.İsayeva, layihələrin hazırlanması və idarə edilməsində təcrübəyə malikdir. 2016-2019-cu illər ərzində Azərbaycanda həyata keçirilən Erasmus+ "PETRA" (573630-EPP-1-2016-1-ES-EPPKA2-CBHE-JP) layihəsinin müəllifidir. Həmçinin o, bir çox digər beynəlxalq və milli layihələrin müəllifi və icraçısıdır. 

R.İsayeva Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölçülü təşkilatlarda sənaye və insan resurslarının idarə edilməsi sahəsində də çalışıb.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlıdır.






Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap