“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Telegram“ üzərindən yeni dələduzluq halları müşahidə olunur - XƏBƏRDARLIQ

Tarix 03.09.25, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


"Telegram" platforması üzərindən yeni dələduzluq halları müşahidə olunur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. 

Məlumata görə, platforma istifadəçilərinə “Hi, şəkilləriniz…” tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır.

İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap