Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Tokayevdən Əliyevə və Ərdoğana dəstək - Qazax lider BMT-də islahatlara çağırdı

Tarix 31.05.25, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və orada daha çox ölkənin təmsil olunmasına çağırıb. Bu barədə o, Astana Beynəlxalq Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib .

Tokayevin sözlərinə görə, dünya üçün vacib qərarlar yalnız bir neçə dövlət - BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən qəbul edilə bilməz. 

“Milyardlarla insanı əhatə edən kritik qərarlar yalnız bir neçə ölkə tərəfindən qəbul edilməməlidir. Buna görə də Qazaxıstan BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir. BMT-nin aktuallığını qoruyub saxlaması və real dünyanı əks etdirməsi üçün Təhlükəsizlik Şurasında struktur islahatları zəruridir”, - dövlət başçısı vurğulayıb.

Kasım-Jomart Tokayev xatırladıb ki, bu il BMT yaradılmasının 80 illiyini qeyd edəcək: “1945-ci ildə dağıdıcı dünya müharibəsindən sonra 51 dövlət tərəfindən yaradılan BMT daha dinc və təhlükəsiz dünya haqqında cəsarətli baxışlar təklif edib. Bu gün təşkilat daha müxtəlif, mürəkkəb və bir-biri ilə əlaqəli qlobal birliyi təmsil edən 193 üzv dövlətə malikdir. Amma BMT-nin əsas strukturları, xüsusilə də Təhlükəsizlik Şurası zaman keçdikcə az dəyişir”.

Qazaxıstan Prezidenti əlavə edib ki, 80 il əvvəl yaradılmış institusional strukturla müasir reallıqlar arasındakı bu uçurum BMT-yə inamı və onun effektivliyini sarsıdır. (Teleqraf)

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan daimi üzvlərinə Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və Çin daxildir. BMT və onun Təhlükəsizlik Şurasında köklü islahatların, təşkilatın effektiv quruma çevrilməsinin vacibliyi barədə Azərbaycan və Türkiyə liderləri də bir neçə dəfə çıxış ediblər. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan o sırada TŞ-nin daimi üzvləri arasında müsəlman dünyasını təmsil edən bir dövlətin zəruriliyini məxsusi vurğulayıblar.



Xəbərin oxunma sayı : 757




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap