| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
Tarix 14.03.25, 19:18 |
|
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.
AzFakt.com xəbər verir ki, dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik.
Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.
Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.
- Builki Forumun mövzusu “Dünya Düzəninin Yenidən Düşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?
- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.
İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?
- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.
-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?
- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?
- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?
- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.
Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.
- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?
- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.
- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.
- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.
-Sağ olun. Sizi görmək xoş idi.
- Sağ olun.

Xəbərin oxunma sayı : 1135
Müsahibə
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - Vergi borcuna görə
-
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır - Ayda 8 285 manat ödəyəcək
-
Eks-prezidentin oğlu saxlanıldı - Külli miqdarda silah, narkotik və pul götürülüb
-
“Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş mümkündür“ - Tramp
-
Azərbaycanda ən çox işsizlər bu rayonlardadır - CƏDVƏL
-
Saleh Məmmədovun göz qamaşdıran buxalteri - Müseyib Həmzəyev özünə 650 min manatlıq avtomobil alıb?..
-
İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı
-
Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz? - VİDEO
-
Naxçıvanda sahibkara cinayət işi açıldı - 3 nəfərin ölümünə görə
-
Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu “Ziraat Bank Azərbaycan“da görün nə baş verir?..
-
Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq - RƏSMİ
-
Rəhim Qazıyevin qızı ilə “Holcim Azərbaycan”ı nə bağlayır? - Şok iddialar var
-
“Müsəlman qardaşları”nı terror təşkilatı elan edəcəyik - Tramp
-
Küçədə vəzifəli şəxsə hücum etdi - 3 illik həbs olundu
-
Partlayışda yaxınlıqdakı tikililərə də ziyan dəydi - Fotolar
-
Türk PUA-ları Afrikada – 16 ölkə “TB2“, “ANKA“ və “Aksunqur“ istifadə edir
-
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
-
“Böyük məmnuniyyətlə deyə bilərik ki, Türk dünyasını bir araya gətirən...“ - Hikmət Hacıyev
-
“Məhsul ucuzlaşdıqca, gəlir də aşağı düşür“ - Xalça bazarında yeni tendensiya
-
İşsizlərə 28 milyon manat ödəniləcək - Kimlər ala biləcək?
-
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
-
Sosial şəbəkələrdə bu məlumatları yaymaq qadağan olunur - Həbs və cərimə müəyyənləşir
-
“AFEN Plaza”da partlayış - 7 nəfər xilas edilib, təhlükəsizlik tədbirləri görülüb+ VİDEO
-
Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO
-
DTX-nin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində - Tarixi uğur
-
ABŞ-nin Ukrayna üzrə planı Cenevrə danışıqlarından sonra dəyişdirilib - KİV
-
Yeniyetmələr və soyuq silahlar: Zorakılığın artmasının səbəbləri nələrdir? (VİDEO)
-
Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)
-
Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi
-
NZS-də yaşayış binası qəzalı vəziyyətə düşüb - VİDEO
-
Avropa 24 bəndlik sülh planını açıqladı - Tam mətn
-
Daha 30 ailə Zəngilana köçürüldü - FOTOLAR
-
“Ukrayna nümayəndə heyəti ilə görüşlərdən sonra sülh planına düzəlişlər etdik“ - Rubio
-
“Türkiyə Qəzzada beynəlxalq qüvvələrin tərkibində iştirakı ilə bağlı hələ qərar verməyib“ - Ərdoğan
-
Bakıdan yanmış binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
Alimlər qorxulu plan hazırlayıb: Günəşin parlaqlığını zəiflətmək istəyirlər
-
Xəzər çəkildikcə mistik tapıntılar çoxalır: Qədim meşənin qalıqları aşkar edilib
-
Nazirlik 10 nəşriyyat ilə müqavilə imzaladı - “Qanun Nəşriyyatı” siyahıda yoxdur
-
“ABŞ-nın planı Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilər“ - Zelenski
-
Yeni eşq qalmaqalı - keçmiş sevgilisinin dostu ilə birlikdə!
-
Azərbaycan İnvestisiya Holdinqi xarici şirkətdən pay almaq istəyir - Müqavilə
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
-
“Ukrayna Cenevrədə sülh planı üzrə danışıqlara başlayıb“ - Yermak
-
“Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar“ - Azərbaycanlı müğənni
-
“Çin Tacikistanla ticarət və investisiyaları artırmaq niyyətindədir“ - Van İ
-
Yanğın günü bağlı olan həmin qapı - VİDEO
-
Afrika daxildən parçalanır: Qitə ikiyə bölünəcək
-
“12 manata quzu əti” - Monqol əti Azərbaycan bazarına necə yol tapdı?
-
“Sülh təklifi ABŞ tərəfindən hazırlanıb“ - Marko Rubio
-
Bakının 4 rayonu və Abşeronun su təchizatında fasilə yaranacaq - Xəbərdarlıq
-
Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən xəbərdarlıq
-
Yaponiya pandalardan məhrum qala bilər - Çinlə münasibətlər gərginləşdiyi üçün
-
Bakıda quyulardan çəkilən çirkab problemi: Tullantıları atmağa yer tapılmır
-
Azərbaycanda dörd nazirlik ləvğ edilir? - Dünyadakı maliyyə böhranı islahatları qaçılmaz edir
-
Tramp Maduronu ələ keçirməklə, neft yataqlarına nəzarət etmək istəyib - “Washington Post“
-
Goranboyda beşmərtəbəli yaşayış binasında uçqun olub, dörd nəfər xəsarət alıb - VİDEO
-
Azərbaycanın avtomobil bazarında yeni dövr: Yerli zavodlar hibrid istehsalına başlaya biləcəklər?
-
HƏMAS ABŞ-nı xəbərdar edib - Hərbi əməliyyatlar bərpa oluna bilər
-
Qohumları Nurcanın insan alverinin qurbanı olduğunu iddia edirlər - VİDEO
-
Taksi sürücüləri bu yolun hər kilometrinə 1 manat tələb edirlər - VİDEO
-
Bakıda faciə ilə nəticələnən hadisəyə görə restoran sahibi ittiham edilir - VİDEO
-
Xurmanın 3 inanılmaz sağlamlıq faydası - Diyetoloqlar açıqladı
-
Minimum əməkhaqqı gəlir vergisindən azad olunacaq? - Açıqlama
-
3 nəfərin öldüyü yanğından sonrakı görüntülər - VİDEO
-
“Dərmanın içlik vərəqi sadə dillə, aydın şəkildə və iri şriftlərlə yazılmalıdır“ - VİDEO
-
Venesuelada vəziyyət gərginləşir: Maduro şəxsi mühafizəsini gücləndirdi
-
Mehdiabadda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
-
Breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi cavab
-
Yayda gənc oğlunu itirdi, bu gün özü həyatdan getdi - Əhməd Oruc kimdir?
-
Aralıq dənizində NATO təlimləri başladı: Rusiyaya əks-zərbə ssenarisi məşq edilir
-
Həmkəndlisinin arvadı ilə tutulan kişi həbs olundu - Sabirabadda ŞOK OLAY
-
İrandan Livana sərt mesaj: “Danışıqlara üçüncü ölkə qətiyyən lazım deyil”
-
Ramiz Mehdiyevin səhhəti pisləşdi - Təcili yardım çağırıldı
-
Samuxda çoban məsuliyyətə cəlb edildi - Heyvanı qamçı ilə döydüyünə görə
-
“Lake Hotel“in icarədarı həbs edildi - Dörd işçinin ölümünə görə
-
“Evli olduğunu bilirdim, dəfələrlə qaçıb gizləndim“ - VİDEO
-
Bakıda “Sülh Körpüsü“ Təşəbbüsünün növbəti görüşü keçirilib - FOTOLAR
-
ABŞ-Avropa-Ukrayna danışıqları keçiriləcək - Kiyev İsveçrəyə göndərilən heyəti açıqladı
-
Yasamalda əməliyyat:10 kq marixuana aşkarlandı
-
Turizm gəlirlərində yeni hədəf: Əvvəl kəmiyyət, sonra keyfiyyət
-
Böyük zəfərinə qaranlıq kölgə düşdü: Atasının təsiri ilə kraliça seçildi
-
Zelenskinin xanımı onu siyasi fəaliyyətdən uzaqlaşdırmağa çalışır - “Politico“
-
Türkiyə Futbol Federasiyasından qərar: 67 hakimin karyerası başa çatdı
-
50 min manat vəsaitlə biznes imkanları - Hansı sahə daha gəlirlidir?
-
"İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər" - Məsud Pezeşkian
-
Nigeriyada məktəbə silahlı hücum: 303 şagird, 12 müəllim qaçırılıb
-
Bakıdakı sahibsiz villaları göstərib 110 min aldılar - 2 nəfər həbs edildi
-
AQTA vətəndaşlara xəbərdarlıq etdi - Ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı
-
Fəzail Ağamalı ilə oğlu arasında yeni qalmaqal: 12 nəfər partiyadan niyə qovulub?
-
Bakıda mağaza və restoranda oğurluq - İki qadın tutuldu
-
Ev sahibi ustanı işlədib, pulunu vermədi - “Soruşun, görün, vergi ödəyir?!“
-
Prezidentdən Vahid Əzizlə bağlı - Sərəncam
-
“Bu planın 3 məqsədi var” - Vens açıqladı
-
Kosmetoloji klinikalarda nöqsanlar aşkarlanıb - VİDEO
-
“Yanğının mənbəyi restoran olub, üç gün əvvəl ustanı döyüblər“ - Bina sakini
-
Dünyanın ən bahalı mənzili satılıb -Sahibi bu türk iş adamıdır
-
“Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq qəza riskini artırır” - Xəbərdarlıq
-
Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak etdi - FOTO
-
Bu il neçə uşaq qəyyumluğa verilib? - RƏSMİ
-
Tramp Mamdani ilə görüşdü - Onu təriflədi
-
Prezident ailəsi Lənkəranda fermer təsərrüfatı ilə tanış oldu - FOTO
-
Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirilib - Vəziyyəti orta ağırdır
-
Rusiya sülh danışıqlarına hazırdır - Vladimir Putin
-
Naxçıvanda məşhur restoran aylardır maaş ödəmir? -ŞİKAYƏT
-
AK-nın araşdırmasına baxmayaraq, konstitusiyasını dəyişməyəcəyik - Slovakiyanın Baş naziri
-
Gömrükdə minlərlə psixotrop tərkibli dərman aşkar edildi - Fotolar
-
“Tezliklə Rusiyaya qarşı çox güclü sanksiyalar tətbiq edəcəyəm“ - Tramp
-
Naxçıvan-Bakı avtobus reysində yük problemi: Sərnişinlərdən ŞİKAYƏT
-
Paytaxtda mübahisələrə səbəb olan yol kəsişməsi - Sürücülər hər gün niyə dalaşırlar?
-
İşləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığortahaqqı ödəyəcək - VİDEO
-
“Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
-
“Neftçi“ daha bir milli üzvünün keçidini tamamlamaq üzrədir - DETALLAR
-
“Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb“ - Baş Prokurorluq
-
ABŞ Zelenskidən cavab gözləyir -Son tarix açıqlandı
-
“Nar” AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi - Fotolar
-
Son 10 ayda ölkədə 49,5 milyon ton yük daşınıb - CƏDVƏL
-
Yasamalda yaşayış binasında yanğın - Üç nəfər tüstüdən boğularaq ölüb +VİDEO
-
“ABŞ-ın Ukrayna planı hələ geniş müzakirə olunmayıb” - Putin
TOP 10
ARXİV




