Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Naxçıvanda sahibkara cinayət işi açıldı - 3 nəfərin ölümünə görə

Tarix 24.11.25, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda 3 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

AzFakt.com Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən xəbər verir ki, Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölməsi ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

Belə ki, sentyabrın 4-də saat 22 radələrində Naxçıvan sakinləri - 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, onun 1983-cü il təvəllüdlü anası Sevinc Hüseynova və 1947-ci il təvəllüdlü nənəsi Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb. 

İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 256




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap