![]() |
|














“Eldar Mahmudov çox dəhşətli adam idi...” - Əvəz Ələkbərov keçmiş nazir haqda elə faktlar açıqladı ki
Tarix 01.11.24, 16:28 |
|

“Dedi ki, dövlət orqanlarında nə baş versə, mənə məlumat verin. Dedim, “şpion” deyiləm… Vəziyyət gərginləşdi, o, araq içirdi deyə daha aqressiv idi…”
“İstədilər, oğlumu tutsunlar, birtəhər xilas etdim”
“Hazırda iki kitab üzərində işləyirəm. Onun biri istefa mədəniyyəti haqqındadır və orada “nazir hansı hallarda istefa verməlidir” sualına cavab axtarmışam. Məsələn, nazir işinin öhdəsindən gəlmirsə, cənab Prezident ondan narazıdırsa və ya sağlamlığı imkan vermirsə, yenilikləri özündə təcəssüm etdirə bilmirsə, getməlidir. Düşünürəm, nazir üçün ən uzun iş müddəti 10 ildir...”
AzFakt.com xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Gününsəsi.info”-ya müsahibəsində deyib.
Keçmiş nazir vaxtı ilə müsahibələrinin birində dediyi “Prezidentlə aramıza girən adamlar olub” cümləsinə aydınlıq gətirib:
“Ad çəkərəm, qorxum da yoxdur, o adamı da özümə düşmən hesab edirəm. Bilirsiniz, padşah vaxtından bu yana qədər bütün dünyada siyasi oyunlar var. Bu oyunda da uduzanlar həmişə istəyirlər ki, kiməsə ziyan versinlər. Mən nazir gələn günündən bunu müşahidə edirdim.
–Kimlər ziyan vermək istəyirdi?
-Ümumi adlar deməyəcəm, amma mənimlə münasibəti kəskinləşdirəni və bizim aramıza girəni konkret deyəcəm. Bunu deyim ki, maliyyə naziri super bir vəzifədir…
– Əvəz müəllim, o adamın adını deyin…
-O adamın adı Eldar Mahmudovdur. O, dəhşətli adam idi. 3-4 gün qabaq yeni mülkləri də tapılıb. Ölkədə incitmədiyi adam qalmamışdı.
–Sizinlə niyə yola getmirdi, dərdi nə idi?
-Eldar Mahmudov hələ daxili işlər orqanlarında işləyərkən, məndə olan məlumata görə, düz dörd dəfə vəzifəsini ləğv ediblər. Keçmiş “obexeyis” deyirlər…O, nazir təyin olunanda mən inanmamışam. Təxminən bir-iki ay sonra ali rəhbərlikdəki şəxslərə dedim ki, bu təyinat problem yaradacaq.
– Sizlə problemi nə idi? Bunu danışın.
-Əslində, onunla aramızda qohumluq da var. Amma bu qohumluq əlaqəsi də onu maraqlandırmır. Eldar Mahmudovun gözü doymur, siyasəti də o idi ki, kiməsə ziyan vursun, kölə eləsin, pulunu alsın. Böyük qardaşım Sabir Ələkbərov rəhmətə gedib. Hərbi sənaye nazirinin birinci müavini olub. Sabirin qızı Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin oğlunda ərdədir. Fikrətlə Eldar Mahmudovun da ataları bibiuşağıdır. O təyin edilən vaxt, iki həftəlik icazə alaraq, Bodrumda dincəlirdim. Gecə 3-4 radələrində zəng vurub dedilər ki, belə bir təyinat var. İnanmadım. İki oğlum, yoldaşım, bir də Abbas Allahverdiyev idi, onların yanında dedim ki, Eldar ölkəyə bəla olacaq, bizi də işləməyə qoymayaq. Bu söhbət olub onun təyinatı günündə.
–Sonra nə oldu bəs?
-Heç nə, gəldim Bakıya. Ağır dövrlər idi. İşə başladım və bunun bir-iki işçisi yanıma gəldilər. İndi o adamlar sağdır. Dedilər, çox xahiş edirik, Eldar Mahmudov istəyir ki, onu yanına gedib hədiyyə ilə təbrik edəsiniz. Dedim, mən niyə onun yanına gedirəm? Bu nə deməkdir? Mənim yanıma Fikrət Məmmədov, Namiq Abbasov, Ramil Usubov, Səfər Əbıyev, Baş Prokuror gəlirdi. Yəni, işimə görə, büdcəyə, dəstəyə görə gəlirdilər. Ancaq mən getmədim. Hökümət telefonu ilə zəng vurdum, o cür təbrik elədim. Sonra yenə yanıma gəldilər ki, nahaq elə etdiniz, sizi “qara siyahı”ya saldı. Mən bir neçə səbəbə görə getmədim onun yanına. Birincisi, düşündüm ki, getsəm, boynuma öhdəlik qoyacaq. Üstəlik, o, özünü hamıya göstərirdi, mən də stabil adamam, nəyə gedim? O öhdəlikləri də boynuma heç kim qoya bilməzdi. Orqanların gücündən, fəaliyyət istiqamətindən asılı olmayaraq Maliyyə Nazirliyi hər yeri yoxlaya bilər. Mən Milli Məclisi də, Prezident Aparatını da, Nazirlər Kabinetini də yoxlamışam, məruzə etmişəm. İndi gedib ona baş əyərdim? Əlaqələrimiz sonra da zəif idi. Bir gün bu cənab Prezidentə məktub yazdı ki, avadanlıq almaq üçün 16-20 milyon dollar civarında pul lazımdır. Məbləğ tam yadımda deyil. Cənab Prezident də məktubu mənə göndərdi, yoxladım. Eldar Mahmudova yenə hökümət telefonu ilə zəng vurub dedim ki, buna hazırda real imkan yoxdur. Amma bu il 4 milyonu dövlət büdcəsinin ehtiyat fondundan ayıra bilərəm, qalan hissəni də gələn il üçün nəzərdə tutarıq. O isə mənə çox sərt cavablar verdi, dedi, “maliyyə işini sizdən yaxşı bilirəm, üstəlik, siz dövlətçiliyə maneə olursunuz. Baxarıq, mən sizinlə danışaram”. Konkret olaraq belə, nazir nazirə bunu dedi.
– Faktiki hədələyib…
– Bəli, açıq şəkildə hədələdi. Bizim bir ümumi dostumuz da var idi. Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə. Onunla bir yerdə oxumuşdular, sözü olanda ona deyirdi, elə mən də də ona deyirdim ki, get, sakitləşdir. Çünki bu təşkilata başqa cür baxmaq olmaz. Bu, dövlətin ürəyi, xəzinəsidir, inkişaf strategiyasının bir nömrəli vasitəsidir, hər şey bu nazirlikdən asılıdır. Beynəlxaq təşkilatlar da Bakıya gələndə birinci mənim yanıma gəlirdilər…
–Əvəz müəllim, əvvələ qayıdaq, o proseslərin sonu necə oldu?
-Əvvəlcə onu xatırladım ki, Eldar Mahmudovu bir dəfə Vaşinqtona da öz qrupumda aparmışdım. Orada çıxış elədi, inanın, hamı güldü. Keçmiş Sovet sistemində sosialist əmlakın necə dağılmasına qarşı mübarizə stilində bir çıxış elədi. Hamı orada idi, hamı… Nazir müavinləri də, səfir də. Gülməyən qalmadı.
- Eldar Mahmudovdan sonradan zərbələr almadınızmı? Məsələn, uşaqlarınıza, qohumlarınıza qarşı nələrsə oldu?
-Qohumlarımıza filan zərbə olmadı. Demək, bizdə Nəzarət-Təftiş Departamenti var idi. İki nəfər işçimi zorla bir-iki günlük tutdu. Onlar məndən qorxurdu, heç vaxt qanunsuz iş görməzdilər. Əleyhimə ifadə almaq istədilər. Amma mən təmiz idim. Sonradan məlum oldu ki, o, cəza çəkən nazirlərə də deyib ki, Əvəz Ələkbərovdan nə deyə bilərsiniz?!”

Əbəz Ələkbərov daha sonra bildirib ki, Eldar Mahmudovun əməllərini müvafiq insanlar vasitəsi ilə ali rəhbərliyə çatdırmağa çalışıb:
“Dedim, bu insanları işləməyə qoymur, maneə olacaq. Onu da deyim ki, bir ay idi vəzifəyə gəlmişdi. Bir dəfə də münasibətləri qurmaq üçün birinci müavin vasitəsi ilə çörək yeməyə getdik. Oturduq, ətraflı söhbət elədik, amma söhbətinin əvvəli də, axırı da o idi ki, maliyyə dəstəyi vermək lazımdır, yoxsa çıxıb gedin. Üzünə dedim ki, sən kimsən? Hələ onu da dedi ki, dövlət orqanlarında nə baş versə, mənə məlumat verin. Dedim, “şpion” deyiləm. İkincisi də, mənim işim var. Əlavə olaraq da instansiyalar var. Harda nə baş versə, aidiyyatı üzrə bildirilir. Mən niyə sənə niyə hesabat verməliyəm? Vəziyyət gərginləşdi, bir az da şərab içmişdik. Amma o, araq içirdi deyə daha aqressiv idi”.
Keçmiş nazir daha sonra vəzifdən necə getdiyini açıqlayıb: “Bir dəfə yenə 5-6 nəfərin iştirakı və onun öz xahişi ilə görüşdük. Həmin görüşdə üç nazir var idi. Yaxşı axşam keçmişdi. Orada bir söhbət oldu. Mən danışdım ki, gəlin, biz məsuliyyətimizi cənab Prezidentə ötürməyək. Hamımız öz işimizi elə görək, qərarları elə verək ki, xalqımız cənab Prezidentimizin komandasına dəyər versin, insanlar narazı olmasın, məktub filan yazaraq şikayət etməsinlər. Bu isə getdi bu sözü nə cür dedi, necə dedi, bilmirəm. Sonra mən nazir vəzifəsindən kənarlaşdırıldım. Mən işdən çıxandan sonra “Gənclik”-də həyət evim var idi, xudmani bir ev tikmişdim. O, iki nəfəri 24 saat növbətçi qoymuşdu mənim üçün. Dedilər, telefonu da dinləyir. Amma mənim nə işim ola bilərdi? Məişət, iş məsələləri. Dövlətimizə qarşı olası deyildim ki. Dövlət bizə iş verib, çörək verib, ev verib, bu gün bizi zəfərli edib. Nəhayət, torpaqlarımızı qaytarmışıq. Amma bu, yəqin ki, kimlərlə görüşmək istədiyimi bilmək istəyirdi. Bunu da necə bildik? Bu iki nəfər o qədər bezib, heç nə tapa bilməyib ki, axırda mənim sürücümə deyiblər, bizi bura qoyublar, amma bu kişi təmiz adamdı, nə istəyirlər ondan?”
Keçmiş nazir deyib ki, Eldar Mahmudov onun oğlunu həbs etdirmək istəyib: “Oğlumun kiçik bir turizm firması var idi. O vaxt turizm də geniş deyildi. Cəmi dörd işçisi var idi. Turistlərin qarşılanması, yerləşdirməsi, gəzdirilməsi və sair xidməti göstərirdi. Bir mənzili kirayə götürmüşdü ofis üçün. Orada da buna ilişib ki, guya nə bilim, Rusiyanın hansısa şirkətini reklam edir. Hələ də məlum deyil heç… İstədilər, oğlumu tutsunlar. 3-4 günlük Lənkərana yolladım, özüm də gedəndə arxamca maşınlar gəldiyini gördüm. Bəzi adamlara müraciət elədim, effekti olmadı. Neyləyim, düşüb əlbəyaxa olaydım? Bəlkə elə silahlı idilər? Oğlumun qaynatasını da çox incitdi, özü də, heç nələrin üstündə. O şirkəti də satdıq axırda. Bizim ailə bir həftə yatmadı ona görə. Oğlumu birtəhər xilas etdim”.
Xəbərin oxunma sayı : 1039
Müsahibə
Xəbərlər
-
Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
-
Deputatlar bu tarixdə toplanacaq - Nələr müzakirə olunacaq?
-
ANAMA 10 ədəd otbiçən traktor alır - 528 min manata
-
İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarında oldu - FOTO
-
Müştərini “Tarqovı“dan Nəsimiyə 700 manata apardı - Həbs edildi
-
Əliyevlə Pezeşkian Birgə Bəyanat imzaladılar - FOTOLAR
-
İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
-
Bakıda ofisant xanıma görə dava düşdü - Qısqanclığa görə...
-
“Talassemiya işi“ yekinlaşır - Prokurur cəza tələb etdi
-
Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb - Ölkələrin siyahısı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Zuğulba iqamətgahında söhbət etdilər - VİDEO
-
Bakıda sahibkar qadınlar türk iş adamına görə dava etdi - İş məhkəməlik oldu
-
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
-
Vilayət Eyvazov vətəndaşları dinlədi, problemlərin həlli üçün tapşırıq verdi - VİDEO
-
“Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk“ - Prezident
-
Putin qərar verdi - Üç günlük atəşkəs olacaq
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında - FOTO
-
İntihar edən iş adamının arvadı Somalidə qətlə yetirilibmiş - FOTO
-
Bina sakinləri liftə həsrət qalıb - VİDEO
-
Hərbçimiz yaşadığı mənzildə intihar edib - Rəsmi
-
Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir - VİDEO
-
İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü oldu - FOTO
-
ANAMA-nın əməkdaşı minaya düşdü - Qazaxda
-
“Türkiyədə 4 milyon 33 min miqrant var“ - Ərdoğan
-
“Rusiya Şimali Koreyaya hərbi yardım göstərməyə hazırdır“ - Kreml
-
Prezidentlərin məhdud tərkibdə görüşü oldu - FOTO
-
Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
-
Məsud Pezeşkian AzTV-yə müsahibə verib - VİDEO
-
Qanqalın gizli təhlükəsi - Yol kənarından alıb yemək olarmı?
-
“İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib“ - Türkiyəli nazir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Xatirənin geyimi başına “bəla oldu“ - VİDEO
-
Bakıda külək attraksionu aşırıb - İçində uşaqlar olub
-
Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar - VİDEO
-
“Titanik”dən sağ çıxanın məktubu hərracda satıldı - 400 min dollara
-
Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT
-
Kreml ABŞ-la gizli danışıqları təsdiqlədi: “Mövqelərimiz üst-üstə düşür“
-
Dövlət, yoxsa özəl universitetləri seçək? - İLGİNC TƏHLİL
-
Narkotik gətirənlər sərhədçilərimizə atəş açdı - Biri zərərsizləşdirildi, üçü saxlanıldı
-
1 nəfərdə telefon aşkar edildi - Dövlət İmtahan Mərkəzi
-
Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
-
Nazirin “Gucci“ çantasının oğurlayan şəxs saxlanıldı - Çoxsaylı həbslər olacaq
-
13 yaşlı qızın ərə verilməsi başqa cinayətlə üzə çıxdı - TƏFƏRRÜAT
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Babək və Şahbuzda hərbi sursatlar aşkar edilib - VİDEO
-
Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?
-
Taksi sürücüsünün evində gizlətdiyi qızlar sığınacağa yerləşdirildi
-
“28 Mall“a giriş bağlandı - SƏBƏB
-
Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO
-
Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb - FAKTİKİ HAVA
-
Prezidentə bəhs edilən gənc o imiş... - VİDEO
-
“5 evim var, hər birini öz əziyyətimlə almışam“ - Ülviyyə Namazova
-
Süni intellekt hansı problemlərə səbəb ola bilər? - Araşdırma
-
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib - “Biz vəziyyəti gərginləşdirmək istəmirik”
-
Culian Assanj üzə çıxdı və ilk dəfə görüntüləndi - FOTOLAR
-
“Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb“ - Türkiyənin müdafiə naziri
-
Məclislərdə zəhərlənmədən necə sığortalanmalı? - Araşdırma
-
Xumarın dillər əzbəri olacaq “Eşq naməsi” - Video
-
Bütün rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi açıqlama
-
İranda güclü partlayış - 14 ölü, 750 yaralı, 6 itkin...
-
Rus generalın qətlində şübhəli bilinən şəxs saxlanıldı - Türkiyədə
-
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - VİDEO
-
Bakıda itkin düşmüş qızlar tapıldı - Taksi sürücüsü gizlədibmiş
-
“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal
-
Sədr dəyişdi, ancaq yeyinti davam edir - Rəsmi yoxlama nələri üzə çıxarıb?
-
Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK
-
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
-
“Lamborghini”ni həyat yoldaşının adına keçirmək istədi - ALDADILDI
-
Röya dekolteli libası ilə diqqət çəkdi - VİDEO
-
Sahibə Qafarova Papanın dəfnində - FOTOLAR
-
“Kurskda döyüşlər gedir” - Ukrayna Gerasimovun bəyanatını təkzib etdi
-
“Bunlar məxfi məlumatlardır“ - DİN-dən kart sahiblərinə növbəti xəbərdarlıq
-
“Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb“ - Hesablama Palatası
-
Azərbaycan və Pakistanın XİN başçıları telefonda danışıb - Müzakirə
-
Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
-
“Bu nazirlikdə nöqsanların aradan qaldırılması gecikir” - Hesablama Palatası
-
Leyla Əliyeva Nepaldan paylaşım etdi - Fotolar
-
“Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir“ - Palata
-
Nazir onu qərargah rəisi təyin etdi - FOTO
-
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib
-
25 qız sığınacağa yerləşdirildi - Biri hamilədir
-
Roma Papası Fransisk dəfn olundu - FOTO/VİDEO
-
Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR
-
Zelenski və Tramp 15 dəqiqə danışıblar - Danışıqları davam etdirməyə razılaşıblar
-
Boy uzatma əməliyyatının hansı fəsadları olur? - VİDEO
-
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq“ - İlham Əliyev
-
“Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb“ - Kreml
-
75 yaşlı qadını öldürüb quyuya atan Aypara tək olmayıb - Daha bir qadın tutuldu
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
İmamoğlunun qaynı da həbs edildi - Daha 47 nəfər saxlanılıb
-
“Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın” - Lavrov
-
Məktəblərdə son tətil başlayır - Bu tarixlərdə
-
İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi - TAM MƏTN
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı - SİYAHI
-
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”
-
Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı
-
Beynəlxalq Ədalət Məhkəməsindən qərar - Ermənistanın iddialarını rədd edildi
-
Dəniz kənarındakı qanunsuz tikili söküldü - VİDEO
-
Araz çayında suyun səviyyəsi 41 sm artıb - Xidmət
-
İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO
-
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
-
“Bizim mövqeyimiz dəyişməzdir” - Zelenski
-
Qəzzada İsrail qətliamı davam edir - Bir gündə 78 fələstinli öldürüldü
-
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
-
Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır - Sorğu
-
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Traktor”dan dramatik qələbə - Liderliyini davam etdirir
-
Ərdoğan Azərbaycana gələcək - Gələn ay
-
Yol üstündə mübahisə qətllə nəticələndi - VİDEO
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Uitkoff uğurlu görüş keçirib - TRAMP
-
MRT və KT müayinələri ödənişli olacaq - VİDEO
-
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya olundu - RƏSMİ
-
“Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi” - Fotolar
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
-
Əvəz Zeynallının azadlıqda ilk FOTOSU
-
Müğənni Zeynəb ərə gedir? - Gəlinlik libasında fotolarını paylaşı
TOP 10
ARXİV