![]() |
|














Mənzil, obyekt, yoxsa torpaq? - “Banklar girov götürəndə əmlakdan çox arxasındakı biznesə baxırlar“
Tarix 16.09.24, 15:33 |
|

Azərbaycanda ən çox girov götürülən əmlaklar və bankların bu əmlaklara yanaşması ilə bağlı FED.az-ın suallarını Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS (Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası) prezidenti, ölkənin aparıcı qiymətlənidrmə şirkətlərindən olan «Vecon Consulting» qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc cavablandırır.
- Vüqar müəllim, hazırda Azərbaycanda banklar müştərilərdən girov olaraq hansı ən çox əmlakı tələb edirlər? Yəni banklar üçün priotet əmlak hansıdır?
- Banklar təbii ki, kredit ayırarkən müştərilərdən girov olaraq tələb etdiyi əmlakların ilk növbədə likvidliyinə diqqət edirlər. Yəni, sabah kreditin qaytarılmasında hər hansı problem olarsa, bankın zərərlərini qarşılamaq üçün həmin əmlak daha qısa müddətdə necə realizə edilə bilər. Və yaxud, söhbət biznesdən gedirsə, həmin biznesi necə gəlirli biznesə çevirib, idarəetməsini bank öz himayəsinə götürərək necə onu problemdən çıxara bilər?! Banklar ilk növbədə buna diqqət yetirirlər.
Bundan əlavə əvvəllər, hansı ki, ölkədə problemli kredit portfelləri kifayət qədər artmışdı, həmin dövrdən sonra belə bir qərar qəbul olundu ki, banklar öz risklərini daha ciddi sığortalasın. Nəticədə indi banklar daha çox müştərilərin banklara təqdim etdiyi daşınmaz əmlaka yox, onun arxasında dayanan biznesə önəm verirlər və biznesin nə qədər riskli olub olmadığı müəyyənləşir və bundan sonra kredit vermək barədə qərar qəbul olunur.
- Hazırda bankların girov kimi ən çox tələb etdikləri əmlaklarını sıralamasını verə bilrəsiniz?
- Banklar üçün prioritet əmlak həmişəki kimi, bilirsiniz ki, daha tez satılması mümkün olduğuna görə mənzillərdir, mənzillər banklar üçün daha arzuolunan əmlaklardır. Daşınmaz əmlakın bütün növləri prioritetdir, amma onların arasında likvidliyi daha çox olan əmlak mənzillərdir və bu baxımdan mənzillər digər obyektlərdən daha çox prioritet sayılır.
- Bəs sonrakı yerləri hansı əmlaklar və girovlar tutur?
- Birinci sırada mənzildir, ikincisi sırada qeyri-yaşayış obyektləri, üçüncü sırada fərdi yaşayış evləri və ya villalar həyət evləridir. Bankların girov kimi istədiyi əmlaklar sırasında dördüncü sırada bizneslər, bağ sahələridir. Hal-hazırda bilirsiniz ki, bu sıralamanı pozan əsas amillərdən biri torpağın sürətlə bahalaşmasıdır. Bu baxımdan əgər biz prioriteti sırlama ilə sadaladıqda təbii ki, mənzil və fərdi yaşayış evləri və qeyri-yaşayış evləri ilə bərabər torpaq sahələrini də xüsusi olaraq qeyd etməliyik.
Eyni zamanda, bankların üstünlük verdiyi girovlardan biri də biznes strukturlarıdır. Məsələn, qeyri-yaşayış obyektləri, fəaliyyətdə olan və gəlir gətirən müxtəlif biznes növləri var. Həmin biznes növlərinin özünü birbaşa girov kimi qəbul etmək mümkün olmasa da, onun gəlirlərini hesablayaraq müvafiq obyekti biznesin strukturunu girov götürməklə kreditlər ayrılır.

- Vüqar müəllim, son 2-3 il ərzində bankların girov kimi qəbul etdikləri əmlaklarının siyahısında, çeşidində hansı dəyişikliklər var? Məsələn, daşınar əmlaklar və ya nəqliyyat vasitələri, banklar üçün girov kimi nə qədən cəlbedicidir?
- Daşınar əmlak bu prioritlər sırasında öndə getmir. Qurğular, daşınar əmlak, nəqliyyat vasitələri. Bunlar təbii ki, risk dərəcəsi daha çox olduğundan, yəni axırda prioritet sırasında yer tutur.
- Məsələn, traktorlar, hazırda traktorlar kənd təsərrüfatında həm ən çox yayılmış, həm də ən çox istifadə olunan texnika və aktivdir, onların təkrar bazarı da formalaşıb. Banklar traktorları girov kimi qəbul etirlərmi? Söhbət sırf traktorun özünün alınması üçün götürülən kreditdən getmir. Məsələn, kredit başqa məqsədlə alınır, amma girov kimi traktoru qoyuram, bunu bank qəbul edir?
- Bilirsiz, bu suala birmənalı cavab vermək olmaz. Çünki həm hər bir bankın özünün spesifik yanaşması, həm də kreditin öz spesifikası var. Kənd təsərrüfatı təyinatlı kreditlərdə təbii ki, həm kənd təsərrüfatı avadanlıqları, həm qurğuları, həm kənd təsərrüfatı texnikaları girov kimi təklif olunur.
Avadanlıq, qurğu və texnikalar bir müddət əvvəl banklar tətəfindən az da olsa girov götürülürdü, lakin indi bank sektoru üçün müəyyən qaydalar tətbiq edilib ki, bank kredit üçün girov qəbul edirsə, həmin girovun 75%-i daşınmaz əmlak olmalıdır, yalnız 25%-i avadanlıq, qurğu və texnikaları ola bilər.
Qeyd edim ki, Qarabağda, 30 ildən sonra azad edilmiş ərazilərimizdə hazırda ciddi işlər aparılır, infrastruktur bərpa edilir. Həmin ərazilərdə bu işlərə minlərlə texnika cəlb edilib ki, həmin texnikaların mütləq əksəriyyəti hal-hazırda banklarda girovdur. Bununla da sahibkar və yaxud da orada çalışan şirkətlər həmin ərazilərə investisiya qoyuluşunda çox böyük dəstək almış olurlar.
Bu ərazilərdə istifadə olunan texnikalar istisna olmaqla, banklar texnika və qurğuları girov götürməyə o qədər də meylli deyillər.
- Vüqar müəllim, banklar əkin sahələrini, ümumiyyətlə torpaq sahələrini nə qədər həvəslə girov götürürlər?
- Eyni zamanda, bağ sahələri, bilirsiniz ki, bağ sahələri də girov predmeti kimi bir çox hallarda çıxış edir. Amma burada, təbii ki, mütəxəssis olaraq mən belə fikirləşirəm ki, bağ sahələrinin özünün yox, məhz onların salındığı torpaq sahələri əsas girov predmeti kimi qəbul olunmalıdır və əgər ciddi şəkildə sahibkar həmin ərazilərdə biznes qurubsa, məhz həmin biznesə əsaslanaraq kredit verilməsi daha məqsədəuyğundur.
Bəli, əkin sahələri və əkin torpaqları banklar üçün girov predmeti kimi çıxış edir. Bizim bu istiqamətdə kifayət qədər qiymətləndirmələrimiz olubdur. Bildiyiniz kimi, Azərbaycanda, xüsusilə Bakı şəhərində və Abşeron yarımadasında torpaq sahələrinin qiyməti çox ciddi şəkildə artıb. Əgər daşınmaz əmlakın digər növlərində, məsələn mənzillərdə 15-20 faiz qiymət artımı, fərdi yaşayış evləri və qeyri-yaşayış sahələrində də ona yaxın artım olubsa, torpaq sahələrində qiymət artımı daha yüksək olub. Elə torpaq sahələri var ki, onların qiymətində hətta 50-100 faiz civarında qiymət artımı müşahidə olunur.
Torpaq sahəsi bildiyiniz kimi azalandır, insan sayı artdıqca torpaq sahələrinə ehtiyac böyüyür, genişlənir və o baxımdan torpağın qiyməti təbii ki, təbii olaraq artır. Yəni burada hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Ona görə də istər kənd təsərrüfatı, istər yaşayış təyinatlı və ya qeyri-yaşayış təyinatlı (sənaye, sahibkarlıq, turizm) torpaqlar olsun, təyinatından asılı olmayaraq torpaq sahəsinin girov predmeti kimi çıxış etməsi indi tez-tez baş verir. Bu da təbii ki, torpağın qiymətin və likvidliyinin artması ilə bağlıdır.
- Bəs banklar mal qalığını necə, girov kimi qəbul edirlərmi? Məsələn, anbarda hazır məhsulum var, onu girov qoymaq istəyirəm, onu bank qəbul edirmi?
- Mal qalıqları adətən banklar tərəfindən o zaman girov götürülür ki, bankların daim əməkdaşlıq etdiyi partnyorlarına, həm də risksiz partnyor hesab etdiyi təşkilatlara, şirkətlərə kredit xətləri ayrılması lazım olur. Bu zaman təbii ki, girov da o qədər böyük önəm daşımır, formal xarakter daşıyır və mal qalıqları girov qismində çıxış edir. Beynəlxalq qiymətləndirmə standartlarına görə hərəkətdə olan, yəni sayı dəyişən mal qalıqları girov predmeti kimi çıxış edə bilməz. Yəni əgər anbardan mal qalığının sayı dəyişirsə, bu artıq onun girov predmeti kimi çıxış etməsinə imkan yaratmır.
Təbii ki, nəzərə alsaq ki, həmin anbara yeni mallar da əlavə olunur və nəticədə bir qədər fərqli vəziyyət yaranır. Amma yenə də deyirəm ki, sayı dəyişən mal qalıqları girov predmeti kimi çıxış etməməlidir. Burada bir amili də qeyd edək ki, ümumiyyətlə girov özü hərəkətsiz və dəyişməz varlıqdır. Yəni tutaq ki, əgər biz fərdi yaşayış evini girov qoyursa, biz bilirik ki, onun yeri dəyişmir. Yəni daşınmaz əmlak olduğuna görə bir yerdədir və yaxud da ki, hər hansı bir nəqliyyat vasitəsi girov qoyursa, o nəqliyyat vasitəsi düzdür, müəyyən qədər risklidir, hərəkətdədir, amma yenə də o dəyişikliyə uğramır. Yəni həmin nəqliyyat vasitəsində köhnəlmə olsa da, azalma dəyişmə baş vermir. Amma mal qalıqları daim dəyişən girov predmetidir və bu baxımdan dəyişdiyinə görə onun girov kimi çıxış etməsi risklidir.
Hərçənd yenə deyirəm, bunu hər bir bank qəbul etmir. Mal qalıqları adətən böyük banklarda girov predmeti kimi qəbul olunur. Bu halda banklar əmin olurlar ki, qarşı tərəf maliyyə əməliyyatlarında hər hansı bir uğursuzluğa düçar olmayacaq və son nəticədə onların ayırdığı kredit xətti sözügedən biznesin inkişafına səbəb olacaq. Nəticədə mal qalıqlarının girov predmeti kimi götürülməsi ciddi risk yaratmır, yalnız bu halda mal qalıqları girov kimi qəbul olunur.
- Son dövrlər yeni aktivlər yaranmağa başlayıb buraya patent - müəllif hüququ və ya icarə hüququ da aiddir. Bu hüquqların özünü və ya aqli mülkiyyəti girova qoyub kredit götürən olurmu, banklar bunu girov kimi qəbul edirmi?
- Müəllif hüququ, icarə hüququnu girov kimi təqdim etmək beynəlxalq praktikada var. Bizim bəzi banklarımız da təbii ki, belə hüquqların girov predmeti kimi çıxış etməsini qəbul edirlər. Amma yenə də yanaşma əvvəlki kimi olaraq qalmaqdadır ki, banklar daha çox daşınmaz əmlakın, yəni gözlə görülən girov predmetinin mövcud olmasına önəm verirlər. Bu daha az risklidir və bu baxımdan bankları da başa düşmək olar.
Yəni qonşu dövlətlərdə, məsələn Türkiyədə, iqtisadi inkişaf dövründə, dövlət büdcəsi, ölkə iqtisadiyyatı genişləndiyi zaman bir çox hallarda sahibkarlara girovsuz kreditlər ayrılırdı və bu da təbii ki, onların iqtisadi inkişafı üçün çox ciddi dəstək idi. Amma təəssüflər olsun ki, bundan düzgün olmayan istiqamətdə istifadə edən edənlər də oldu və milyardlarla məbləğdə geri qaytarılmayan kreditlərin meydana gəlməsinə səbəb oldu.
Bu da ölkənin bank sektoruna ciddi zərər vurdu, inflyasiyanın meydana gəlməsinə, türk lirəsinin qiymətdən düşməsinə səbəb oldu. Türk iqtisadiyyatı bu ağrını, bu çətinliyi indi də yaşamaqda davam edir. Ona görə hesab edirəm ki, təşviqlər və sahibkarın dəstəklənməsi sahibkarlara daha geniş şərait yaradılması, əsasən bürokratik əngəllərin aradan qaldırılması və hüquqi müstəvidə geniş imkanların açılması ilə baş verməlidir.
- Vüqar müəllim, bankların girov kimi götürdüyü əmlakın qiyməti ilə kreditin məbləği necə əlaqəlidir? Məsələn, bildiyimiz qədər mənzillər girov olduqda kreditin məbləğinin 1,5 misli həcmində girov tələb edilir. Bu nisbət digər əmlaklarda, məsələn, torpaq, avadanlıqlar, biznes obyektlərində necə müəyyən olunub?
- Banklar bunu özləri daxili əsasnaməyə və daxili prosedurlara uyğun olaraq müəyyən edir. Bu mövzu ilə bağlı hər bankın öz yanaşması ola bilər. Eyni zamanda banklar üçün kredit ayrılan partnyorların nə qədər dayanıqlı olması, onların qurduğu biznesin gəlirli olması da burada öz rolunu oynayır.
Bakı ətrafında qeyd etdiyiniz 1,5 dəfəlik nisbət müəyyən olunur. Regionlara isə banklar adətən ehtiyatla yanaşırlar. Çünki bilirsiniz ki, Azərbaycanda regionlarda biznes və ümumiyyətlə infrastruktur Bakıya və Bakıətrafı rayonlara nisbətən daha az inkişaf edib. Nəticədə regionlarda bu nisbət 1,7-1,8 təşkil edir. Yəni ayrılan kreditin 1,7-1,8 misli dəyərində girov tələb edilir.
- Vüqar müəllim, banklara girov kimi təqdim olunan əmlakların əksəriyyəti qiymətləndiricilər tərəfindən qiymətləndirilir. Sizcə belə vəziyyətdə qiymətləndirici bu prosesdə hansı məqamları əsas tutmalıdır?
- Girov üçün nəzərdə tutulan əmlakın olmaması və yaxud risklərin nəzərə alınmaması, bankların ehtiyatsız davranışı, banklara, son nəticədə isə ölkə iqtisadiyyatına və dövlətə də ziyandır. Hesab edirəm ki, banklar öz risklərini ciddi şəkildə nəzərə almalıdırlar. Elə qiymətləndiricinin də başlıca funksiyalarından biri məhz həmin riskləri həm bank üçün, həm sahibkar üçün eyni dərəcədə götür-qoy edib real situasiyanı müəyyən etməkdir.
Qiymətləndiriciyə hər hansı bir əmlakı qiymətləndirərkən, buna kompleks şəkildə yanaşmalıdır. Yəni həm bankın riskləri nəzərə alınmalıdır ki, gələcəkdə hər hansı bir problem baş verməsin, yəni həm mövcud bazar situasiyası, bazar dəyərləri nəzərə alınmalıdır. Eyni zamanda, həm də sahibkarın təqdim etdiyi əmlakın real dəyəri və sahibkarın maraq və mənafeləri də təbii ki, tapdanmamalıdır və nəzərə alınmalıdır.
Çünki yəni hər hansı bir əmlakın real bazar dəyərinin yarısını bazar dəyəri kimi təqdim edib – «bankların risklərini qoruyuram» deyərək ədalətsiz davranmaq düzgün deyil. Eyni zamanda, əmlakın bugünkü dəyərini tam heç bir ehtiyat gözlənilmədən heç bir risklər nəzərə alınmadan müəyyənləşdirib, gələcək perspektivləri və riskləri nəzərə almamaq da peşəkar yanaşma deyil.
Bu baxımdan hesab edirəm ki, bütün növ girov predmetlərində ciddi şəkildə təhlil aparılmalıdır. Bu, həm bankın müvafiq risklərini müəyyən edən departamentləri tərəfindən, həm də qiymətləndirici şirkətlər tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki bu istiqamətdə yaranmış istənilən problem son nəticədə Azərbaycan iqtisadiyyatına zərbə vura bilər.
Xəbərin oxunma sayı : 1036
Müsahibə
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV