Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Ukraynadan əvvəllər avtoritarizm qoxusu gəlirdi, indi iy verir” - Kliçko

Tarix 31.05.25, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Kiyev meri Vitali Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisini tənqid edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.
“Bu, müharibə adı altında demokratik prinsiplərin və institutların kökünün kəsilməsidir. Mən bir dəfə demişdim ki, ölkəmizdən avtoritarizm iyi gəlir. İndi oradan üfunət iyi gəlir”, - Kliçko bildirib.

Nəşr Zelenski ilə Kliçko arasındakı münaqişəni təfərrüatı ilə təsvir edir və qeyd edir ki, siyasətçilər hazırda faktiki olaraq müharibə vəziyyətindədirlər.
“The Times” Ukraynanın Milli Antikorrupsiya Bürosunun “Təmiz Şəhər” adlı genişmiqyaslı əməliyyatını xatırladır ki, onun məqsədi şəhər hökumətində torpaq korrupsiyası ilə məşğul olan cinayətkar təşkilatı ifşa etməkdir. Nəşrin məlumatına görə, Kliçkonun tabeliyində olan 7 nəfər saxlanılıb.
Öz növbəsində Kliçko Zelenskini seçilmiş merlərin səlahiyyətlərini almaq üçün ölkə daxilində hərbi idarələrdən istifadə etməkdə ittiham edir:
“Bir çox merləri qorxudurlar, amma mənim məşhur statusum məni qoruyur. Çerniqov merini işdən çıxara bilərsiniz, amma bütün dünyaya tanınan paytaxt merini işdən çıxarmaq çox çətindir. Ona görə də mənim nüfuzumu ləkələmək və məhv etmək üçün hər şey edilir”.

Qeyd edək ki, Zelenski və Kliçko dəfələrlə, o cümlədən Rusiya ordusunun genişmiqyaslı işğalından əvvəl münaqişələr yaşayıblar. Ukrayna prezidenti Kiyev hakimiyyətini korrupsiyada ittiham edib.



Xəbərin oxunma sayı : 484




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap