![]() |
|














Arayik etdiklərini belə dinlədi... - FOTOLAR
Tarix 30.05.25, 23:31 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 30-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən 2020-ci ilin iyul ayında, şərti olaraq “Tovuz döyüşləri” adlandırılan dövrdə Ermənistan tərəfindən təcavüzkar müharibə törədilməsi, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali yaşayan zonaların atəşə tutulması, mülki şəxs və hərbçilərin öldürülməsi və əhalinin mülklərinə vurulmuş ziyanla bağlı hadisə yerinə baxış və digər protokolların ekspert rəyləri tədqiq edilib.
Bildirilib ki, Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzkar müharibə nəticəsində 12-16, 17, 24 və 25 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə apardıqları təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və istintaqla müəyyən edilməyən digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində mülki şəxs qəsdən öldürülüb, Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli, Yuxarı Öysüzlü, Vahidli, Aşağı Öysüzlü kəndləri və Qazax rayonunun Xanlıqlar kəndindən onlarla mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara xüsusilə külli miqdarda ziyan vurmaqla təcavüzkar müharibəni davam etdiriblər.
Tədqiq olunan sənədlərə əsasən, Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzkar müharibə nəticəsində Tovuz rayonunun Ağdam kəndi ərazisində öldürülən və yaralananlar oldu.
Daha sonra məhkəmədə 2020-ci ildə 44 günlük müharibə nəticəsində zərərçəkmiş kimi tanınmış şəxslər dindirilib.
Zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində “VAZ 21074” markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “Smerç” raketi düşüb.
O, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.
“Bərdəyə çox sayda hücum oldu. “Smerç”ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölənlər, yaralananlar oldu”, - deyə zərərçəkmiş şəxs bildirib.
Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandıran E.Şirinov hadisə baş verən ərazidə hərbi obyekt olmadığını da söyləyib.
Zərərçəkmiş şəxs Faiq Kərimov bildirib ki, 2020-ci il oktyabrın 28-də gündüz işlədiyi idarənin yaxınlığında yolda təmizlik işləri görərkən olduğu yerdən təxminən 40-50 metr aralıya raket mərmisi düşüb. Mərminin qəlpələri ətrafa səpələnib. Dərhal yerə uzanıb, lakin ətrafa səpələnən qəlpələrin bir qismi sağ qoluna, sağ gözünə və başına xəsarət yetirib. “Gözümü itirdim, bədənimin digər hissələrindən xəsarətlər aldım. Nəticədə əlil oldum”, - deyə F.Kərimov dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zaman deyib.
Zərərçəkmiş şəxs Şükür Kərimli bildirib ki, 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndində yaşadığı evdə olarkən partlayış səsi eşdirib və çölə çıxıb. Çölə çıxan zaman qonşuluqda yaşayan Ehtiram İsmayılova məxsus fərdi yaşayış evinə mərmi düşməsinin şahidi olub. Dərhal evə daxil olmaq istəyərkən yaşadıqları evin üzərinə və ətrafına ümumilikdə 4 ədəd mərmi düşüb. Mərmi yaşadıqları evə düşərkən sağ bud və kürəyinin sağ nahiyəsindən, bacısı Elnurə Kərimova isə sağ bud nahiyəsindən xəsarət alıb. “Hadisə zamanı ətrafa 60-70 bombacıq düşdü”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Rasim Yaxin ifadəsində hərbçi kimi 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa və digər ərazilərdə döyüşlərdə olduğunu bildirib. O, 2020-ci noyabrın 6-dan 7-nə Şuşada keçən gecə tank mərmisindən yaralandığı bildirib. Nəticədə sol biləyimi, sol gözümü itirdim, bədənimdə qəlpə yaraları var”, - deyə R.Yaxin əlavə edib.
Zərərçəkmiş şəxs Tural Təvəkküloğlu ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Daşkəsən-Kəlbəcər istiqamətində onlar tərəfə mərminin partlaması nəticəsində yaralandığını bildirib.
Müdafiə tərəfinin suallarını cavablandıran T.Təvəkküloğlu bildirib ki, onlar tərəfə atəş həm Kəlbəcərdən, həm də Ermənistandan açılıb.
Zərərçəkmiş şəxs Bəxtiyar Kazımov ifadəsində 2020-ci il oktyabrın 10-da bir neçə istiqamətdə vuruşduğunu deyib. O, 44 günlük müharibə zamanı noyabrın 4-də Şuşa yaxınlığında, “ferma” adlandırılan ərazidə artilleriya atəşi nəticəsində yaralandığını bildirib. Mən burada zərərçəkmiş qismində çıxış edirəm.
Zərərçəkmiş şəxs Sərxan Abbasov 44 günlük müharibədə iştirak etdiyini, müharibənin ilk günündən – sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutduğunu bildiirb: “Həmin vaxt Göygöl rayonunun Toğanalı yaşayış məntəqəsini, Göygöl Milli Parkının ərazisini ağır artilleriyadan atəşə tuturdular. Bundan sonra əks hücum başladı”.
O, döyüşlər zamanı snayper atəşi nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs həlak olanların və yaralıların ərazidən çıxarılması zamanı üzərində tibbi xidmət maşını olmasını göstərən işarə olmasına baxmayaraq, Ermənistan hərbçilərinin həmin avtomobilləri artilleriya atəşinə tutduğunu söyləyib.
S.Abbasov düşmən hərbçilərinin Azərbaycanın şəhid olmuş hərbçilərinin nəşlərinə qarşı qeyri-insani hərəkətlər edilməsi barədə videogörüntülərə baxdığını, videoda həmin hərbçilərin komandiri olan polkovnik Karen Calavyanın göründüyünü, K.Calavanyanın hazırda təqsirləndirilən Arayik Harutunyan tərəfindən qondarma rejimin “qəhrəmanı” adı ilə “təltif” edildiyini də bildirib.
Zərərçəkmiş şəxs Ramiz Ağayev 2020-ci il oktyabrın 17-də yaşadığı Gəncə şəhərinin bombalanması nəticəsində 16 nəfərin, o cümlədən atası Nürəddin Ağayevin həlak olduğunu, özünün, ailə üzvlərinin və digər şəxslərin yaralandığını bildirib.
R.Ağayevin oğlu - zərərçəkmiş şəxs Vüqar Ağayev 2020-ci il oktyabrın 17-də baş verənləri dəhşətli olduğunu, həmin vaxt yaralandığını deyib.
Zərərçəkmiş şəxs Şiraz Həsənov ifadəsində 9 yaşında Füzuli rayonunun Qaraxanbəyli kəndindən məcburi köçkün düşdüyünü, 44 günlük müharibədə iştirak etdiyini, iki dəfə yaralandığını söyləyib.
Zərərçəkmiş şəxs İsmayıl Mehdiyev ifadəsində 2020-ci il sentyabrın 30-da yaşadığı Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində təsərrüfat işləri ilə məşğul olarkən mərmi düşməsi nəticəsində sol ayağından qəlpə xəsarəti aldığını bildirib.
O, yaxınlıqda hərbi hissə olmadığını da əlavə edib.
Zərərçəkmiş şəxs Mais Mirzəyev 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, müxtəlif istiqamətlərdə döyüşlərdə olduğunu, oktyabr ayında Hadrut istiqamətində yaralandığını bildirib.
“Düşmən xüsusilə Hadrut istiqamətində artilleriya, o cümlədən minaatanlarla atəş açırdılar”, - deyə o əlavə edib.
David Manukyan ona “Birinci kim hücum edib?” sualını ünvanlayıb. M.Mirzəyev suala “Biz əks hücumla cavab vermişik” deyərək cavab verib.
Məhkəmədə zərərçəkmiş şəxslərin barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.
Daha sonra Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun iştirakı ilə 2020-ci il oktyabrın 4-dən oktyabrın 18-dək olan müddət ərzində Gəncə şəhərinə atılmış raket atəşləri nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi, mülki infrastruktura ciddi ziyan vurulması və s. xüsusatlar üzrə cinayət işi materiallarında olan bəzi sənədlər tədqiq edilib.
Sənədlərə əsasən, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və şifahi tapşırığı əsasında Ermənistan Respublikasının 1-ci Ümumqoşun Ordusunun 10-cu dağ motoatıcı diviziyasının 6-cı dağ motoatıcı alayını işğal altında saxladıqları Azərbaycan Respublikasının Ağdərə rayonu Suqovuşan kəndi (əvvəlki adı ilə Tərtər rayonunun Suqovuşan kəndi) ərazisinə, həmin ordunun 42-ci əlahiddə artilleriya alayını işğal altında saxladıqları Ağdərə rayonu Aşağı Oratağ kəndi (əvvəlki adı ilə Tərtər rayonunun Aşağı Oratağ kəndi) ərazisinə, eləcə də həmin ordunun 62-ci əlahiddə artilleriya alayını işğal altında saxladıqları Xankəndi şəhər ərazisinə dislokasiyası edilməsinə nail olmaqla həmin illər ərzində işğal altında saxladıqları Azərbaycanın digər ərazilərdə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduqları mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri, habelə qeyd olunan alayların invertarına daxil etdikləri Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, “Smerç” (NATO üzrə M1983) yaylım atəşli reaktiv sistemdə istifadə edilmək üçün nəzərdə tutulmuş 300 millimetrlik “9M528” markalı və 300 millimetrlik 9K58 markalı qəlpəli fuqaslı (dağıdıcı) partlayış dalğalı başlıqla təchiz olunmuş reaktiv raketlərdən, Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, “9K72”-“Elbrus” (NATO təsnifatı ilə adı “SS-1c Scud B”) əməliyyat-taktiki təyinatlı raket kompleksində istifadə edilmək üçün nəzərdə tutulmuş fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raketlərdən 2020-ci il oktyabrın 4-dən oktyabrın 18-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı olaraq intensiv atəşlər açılıb.
Beləliklə, Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də 11-də və 17-də Gəncə şəhərində vahid niyyətlə ümumilikdə 26 nəfər mülki şəxsi qəsdən öldürüb, habelə 175 nəfər mülki şəxsə qəsdən xəsarət yetirsə də, onların vaxtında zərbələrdən yayınmaları, müxtəlif predmetlər arxasında gizlənmələri, ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən onları qəsdən öldürə bilməyiblər. Həmçinin, hadisələr zamanı ümumilikdə dövlət mülkiyyətinə, fiziki və hüquqi şəxslərə xüsusilə külli miqdarda ziyan vurulub.
Tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin adları da yer alıb.
Qeyd edilib ki, Gəncə şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan “Elbrus” taktiki raket kompleksini Ermənistan Respublikası Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) ərazisindən 2020-ci il oktyabrın 10-da saat 02 radələrində yenidən hədəfə alıb.
Belə ki, böyük insan tələfatı törətmək məqsədilə və düşünülmüş şəkildə Gəncə şəhərinin aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə hədəfləyərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən yaşayış binalarının üzərinə 1 ədəd raket atılıb.
Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.
Oktyabrın 17-də isə “Elbrus” taktiki raket kompleksinin Ermənistan Respublikasının Xnaçax rayon ərazisinə gətirilərək “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş 02 ədəd raketi Gəncə şəhəri istiqamətində atıldığı qeyd edilib. Nəticədə 15 mülki şəxsi qəsdən öldürülüb, 2 mülki şəxsə ağır, 4 mülki şəxsə az ağır, 25 mülki şəxsə yüngül, 48 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarəti yetirilib.
Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
































Xəbərin oxunma sayı : 1135
Hadisə
Xəbərlər
-
Publik hüquqi şəxslərə ayrılan vəsait 2,2 dəfə artıb - Vüqar Gülməmmədov
-
İnternet bazarında nəhəng monopoliya - Antiinhisar qurumu susur...
-
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimov dəfn olunub - FOTOLAR
-
Xankəndidə otellərdə heç kim qalmır, yoxsa… - Müəmmalı statistika
-
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda olacaq - SİYAHI
-
“Azərbaycanla neft-qaz sektorunda tərəfdaşlıqdan məmnunuq“ - Tramp
-
Bakının mərkəzində söküntü - Sakinlər verilən puldan narazıdır + VİDEO
-
“II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır“ - Paşinyan
-
Suraxanı rayon Yeni Ramana qəsəbəsində inşa edilən obyektin rəsmi icazəsi yoxdur? - VİDEO
-
Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO
-
Ev almaq istəyən “qaçqınlar“ aldadılıb - Sektor müdiri vəfat edib, xadimə cəzalanıb
-
Rusiya-Ukrayna müharibəsi uzana bilər - Viktor Orban
-
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər - FAKTLAR
-
“Ortastatistik məzun təhsil proqramının 37-77%-ni mənimsəmir“ - HESABAT
-
Bakıda beynəlxalq konfrans keçirilir - Fransa kolonializminə qarşı
-
Gəncədə qohumlar arasında dava - Yaralılar var
-
Yeni təkər bazarı”nda yanğın oldu - VİDEO
-
UEFA Ən güclü klubların reytinqi açıqladı - İlk “10-luq”
-
Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək - Tramp
-
Türkiyədə güclü zəlzələ - 1 ölüb, 69 nəfər yaralanıb
-
Dələduzlar sizi “QR” kodla aldada bilər - XƏBƏRDARLIQ
-
Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? - VİDEO
-
Gülüstan Əliyeva ilə Aqşin Fatehdən bir-birilərinə sərt sözlər - Video
-
Neymar qovuldu və müraciət etdi: “Xahiş edirəm, məni sərt cəzalandırmayın“
-
«Hayat Residence» MTK-nın işçilərindən “yaşıl terror“ - Gecələr ağacları və yaşıllıqları yandırırlar
-
“Məqsədim Putin, Zelenski və Trampı görüşdürməkdir“ - Ərdoğan
-
Sabah bu ərazidə qaz kəsiləcək - Xəbərdarlıq
-
Yüksəliş“in qalibinə vəzifə verildi - AZCON-a təyinat alıb
-
“ABŞ NATO-nun şərq cinahında mövcudluğunu azaltmaq niyyətində deyil“ - Rutte
-
“Rahat Market“ cərimələndi - Məhsul qiymətindən baha satırmış
-
Prezidentə o kitab hədiyyə edildi - FOTO
-
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım“ - Nəzrin Hüseynzadə
-
Qurban bayramı namazının vaxtı AÇIQLANDI
-
Prezidentdən millimizlə bağlı paylaşım - FOTO
-
Böyük Britaniya “müharibəyə hazırlıq rejiminə” keçir - Starmer
-
Nərimanov rayonunda kababxana səkini zəbt edib - VİDEO
-
“Məqsəd azərbaycanlıları məhv etmək idi“ - MƏHKƏMƏ
-
Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
-
“28 Mayı üç qardaşa layiq qeyd etdik” - Ərdoğan
-
Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi
-
Yeni əsir mübadiləsi olacaq - Zelenski İstanbul danışıqlarının nəticələrini açıqladı
-
Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
-
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev haqqında qiyabi həbs qərarı verildi - RƏSMİ
-
Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə - 4 il 3 ay həbs!
-
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycan-İran Birgə Komissiyasının 54-cü görüşü keçirildi - Fotolar
-
Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
-
Prezident İlham Əliyev sərəncam imzalayıb - Dəyişiklik
-
Vilayət Eyvazov 397 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - VİDEO
-
Bakıda təməli atılan binaların dəyəri artdı - Sovet binalarına tələb kəskin azalıb
-
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda - FOTOLAR
-
“Kupça“sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI
-
Sumqayıt 17 saylı bağça müdiri obyektləri necə tikdirib? - FOTOFAKT
-
Prezident İlham Əliyev qəbullar keçirdi - Fotolar
-
ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib - İran XİN
-
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
-
Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət - 4-ü eyni ildə yaradılıb
-
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
-
Binə icra nümayəndəsi Ərəstun Əlisoy sahibkarlıq fəaliyyəti ilə məşğuldur? - FOTO
-
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ
-
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı
-
Külək güclənəcək - Hava ilə bağlı xəbərdarlıq edildi
-
ABŞ-ın Tayvan məsələsindən istifadə etmək hüququ yoxdur - Çin MN
-
Sabah daha bir itkin şəhidimiz dəfn olunacaq - FOTO
-
Bazar qiyməti 9-12 manat olan xidmət üçün İTS 13,5 manat ayırıb - Təfərrüat
-
Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı
-
“Zeytun“ apteklərinə protokol tərtib edildi - Dərmanları baha satıb
-
Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir - Prezident
-
Zorla qaçırılan məktəbli qız niyə babasının məzarını ziyarət edib? - İLGİNC TƏFƏRÜAT
-
Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar (VİDEO)
-
Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO
-
İşlənmiş avtombil alanların nəzərinə: bunu mütləq yoxlayın (VİDEO)
-
Salyanda 10 uşaqlı ailə: Ən böyüyünün 14, balacasının 1 yaşı var
-
Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?
-
İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş
-
Bakıda 1 sotu 700 min manata torpaq - Hansı ərazidədir?
-
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi - FOTO
-
Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər
-
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı
-
Azərbaycanlı zəvvarlar həcc günlərinin başlanmasını gözləyirlər - QMİ-dən AÇIQLAMA
-
Yaxın Şərqdə uranın zənginləşdirilməsi üzrə konsorsium yaradılsın - Omandan təklif
-
“Sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq“ - Niger Prezidenti
-
Azərbaycan ninifutbol millisi dünya çempionu oldu - VİDEO
-
Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar
-
Dostluğun, qardaşlığın nümunəsi
-
Kəlbəcərdə traktor minaya düşüb -Sürücü xəsarət alıb
-
“ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər“ - Ağ Ev
-
Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
-
“Sabah İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş planlaşdırılır“ - Türkiyə XİN
-
Leysan yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Ukrayna əməliyyata belə hazırlaşıbmış - FOTOLAR
-
Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb - yanvar-mart aylarında
-
Laçında üç tərəfli birliyin tərənnümü
-
Mayda ən çox hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Zelenski təsdiqlədi - Nümayəndə heyəti İstanbula gedir
-
Parkda ağaca çıxdı, düşə bilmədi - Xilasedicilər gəldi
-
Ukrayna Rusiyanın 40-dan çox təyyarəsini məhv etdi - Video
-
Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır - Səbəb nədir?
-
Qəzzaya gələn yardım əhalinin ehtiyaclarının 9%-ni ödəyir - UNRWA
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
-
Sumıda təhlükə böyüyür - Ukrayna kəndləri boşaldır
-
Bakıda 21 yaşlı qadın döyülərək öldürüldü - Əri saxlanıldı
-
Altı nəfərdə telefon tapıldı, bir nəzarətçi xaric edildi - İmtahan
-
Yağış yağacaq, dolu düşəcək - Sabah gözlənilən hava şəraiti açıqlanıb
-
İkinci əl avtomobillərin gizli təhlükəsi: Utilizasiya dəyəri niyə geridə qalır?
-
Xaricdən mobil telefon gətirmək niyə azalıb? - ARAŞDIRMA
-
Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət - VİDEO
-
“Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir“ - Dövlət Departamenti
-
Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix açıqlandı
-
Rusiyada körpü partladıldı - Ölən və yaralananlar var
-
“Zəngəzur dəhlizi Orta Dəhlizə dəstək olacaq“ - Türkiyəli nazir
-
ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib - Ağ Ev
-
Ucarın elektrik yarımstansiyasında yanğın: Altı kənd işıqsız qaldı
-
Mehriban Əliyevadan Uşaqlar Günü paylaşımı - FOTO
-
Bu gün imtahan var - I və IV ixtisas qrupları üzrə
-
Hindistanda “Dünya Gözəli” seçildi - FOTOLAR
-
Çempionlar Liqası finalı - PSJ “İnter”i darmadağın etdi
TOP 10
ARXİV