![]() |
|














Bakıda gizli təşkilat ifşa oldu: Sabiq diplomat həbs olundu
Tarix 18.12.24, 14:24 |
|

Bakıda özlərini şərti olaraq "Ulduz Metrosunun Uşaqları" adlandıran və dövlətin içinə sızmağa çalışan gizli təşkilat ifşa olunub.
AzFakt.com-un verdiyi xəbərə görə, bu barədə Qafqazinfo saytı məlumat yayıb.
Həmin məlumatda bildirilir:
"Mediadan çoxlarına bəlli olan diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub.
Belə ki, onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.
R.Vəliyev istintaqa ifadələrində artıq hər şeyi etiraf edib və bəlli olub ki, uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq "Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.
R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.
Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, "mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, "diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.
Dəhşətlisi budur ki, bu adamların iş prinsipi Ermənistan və erməni lobbisinin iş prinsipləri ilə eynidir.
Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canbäck) olub: Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin "xaç atalarından” biridir.
İsveçrəli olan Kanbek "frilanser” kimi fəaliyyət göstərir. Məqalələrinin əsas yayım platforması isə "Blankspot” internet jurnalıdır. Uzaq Skandinaviyadan olan Kanbekin bütün jurnalistika fəaliyyəti əsasən Azərbaycana qarşı məqalələrin hazırlanmasından ibarətdir. Onun məqalələri sayəsində "Blankspot” saytı təmsil etdiyi ölkənin, yaxud regionun məsələlərindən daha çox, Azərbaycan haqqında yayımçıya çevrilib".
Məqalədə daha sonra bildirilir ki, ayrı-ayrı şəxslərin üzərində işləyib onlardan şəbəkə formalaşdıran, dövlət içərisində dövlətçilik etmək istəyən UMU-nun iş metodları artıq çoxdan məlumdur. İstintaq araşdırmasında dəstənin xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən bloggerlərə, internet resurslarına məlumat ötürdüklərini ortaya çıxıb:
"Şəbəkə və onun başında duranlar o qədər azğınlaşıblar ki, Prezidentin Təhlükəsizlik Xidmətinin fəaliyyətinə aid olan məsələləri xaricdəki söyüş bloqerlərinə ötürür və bununla da aidiyyəti dövlət qurumunu ittiham obyektinə çevirməyə çalışırlar. Görünür, oliqarxalarla oturub-duran, xarici xüsusi xidmət orqanlarının rəhbərlərinin pullarını gizlincə Azərbaycana gətirən bu özündənrazı müştəbehlərin də rahat bazarları və "qlobus” xarakterli biznesləri, yaxud da İsveçrə və Dubaydakı dəm-dəsgahları haqqında danışmağın vaxtıdır.
Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Əminliklə demək olar ki, istintaq prosesi zamanı əlavə yeni detallar, simalar üzə çıxacaq. Çünki ölkəmizin bəzi diplomatik nümayəndəliklərində yatan hüceyrələr hələ də qalmaqdadır. Buna görə də indi gizlində olduqlarını zənn edənlər yaxşı-yaxşı fikirləşməlidirlər. Hələ ki gec deyil, haqqa gəlməyin vaxtıdır, R.Vəliyev kimi istifadə olunub sonra da atılmaqdan sığortalana bilərlər. Bunun üçün ziyanlı yoldan dönmək və səmimi etiraf ən düzgün çıxış yoludur. Son dövrlərin uğurlu əməliyyatları da göstərir ki, ölkədaxili və xaricdəki antimilli ünsürlər ifşa olunur və qanun qarşısında cavab verirlər".
Xəbərin oxunma sayı : 991
Gündəm
Xəbərlər
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“10 nömrəli formanı geyinmək hər uşağın arzusudur” - Kenan Yıldız
-
Hacıqabul rayonunda erkən nikahın qarşısı alınıb - VİDEO
-
Dabaq xəstəliyi süd məshulları bazarına təsir edib - VİDEO
-
“Azərbaycana qayıtmaq niyyətim yoxdur“ - Rəsul Quliyev
-
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTO
-
Bakıda məktəbliyə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı - FOTO
-
Azərbaycanlılara verilən işgəncələr elan edildi - Arayik və dəstəsinin məhkəməsi
-
İlqar Mustafayevin məhkəmə işi: Nə qədər pul mənimsəyib?
-
Sabah güclü külək əsəcək -XƏBƏRDARLIQ
-
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
-
“Zənn elə ki, nüvə sənayemizi məhv etmisən“ - Xamənei Trampa
-
Şəhər əhalisi azalıb, kənd sakinləri artıb - Rəqəmlər
-
5 ildə 76 milyonluq tender: Nazirliyin “sevimli şirkəti“ “Element YT“ kimindir?
-
Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır - AQTA-dan AÇIQLAMA
-
Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
-
“İsrail Qəzzaya 153 ton bomba atıb“ - Netanyahyu
-
Bu malların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - FOTO
-
Eldar Əzizov binanın bütün mərtəbəsini Mehdiyevə HƏDİYYƏ EDİB
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - ADLAR
-
“Siz kimsiniz ki...?“ - Xameneidən Trampa sərt cavab
-
İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir
-
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başladı - FOTOLAR
-
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
-
Ziya Məmmədovun qardaşı: “Məni istintaqa cəlb etməyiblər“
-
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
-
Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib
-
Mehdiyevin kürəkəni “obyektlərindən” pulları özü toplayır - Fotosu yayıldı
-
“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq“ - Zelenski
-
Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - Ekspertdən iddia
-
“İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər“ - Kallas
-
Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ
-
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb - Ayağı amputasiya edilib
-
Məndən 400 min manat, 2 mənzil istədilər - Azər Maqsudov
-
“Barselona“ Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ
-
Xaricdə təhsil almış daha 108 nəfərin diplomu tanınmadı - Səbəb + AÇIQLAMA
-
SOCAR-da dəyişiklik gözlənilir - Fərhan Əliyev vitse-prezident olacaq?
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
-
Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Generaldan sonra polkovnik də azadlığa çıxdı - Ağır cinayətlərdə təqsirli bilinmişdi
-
Türkiyənin ən zəngin şəxsi dəyişdi - Siyahıya Hamdi Ulukayaya başçılıq edir
-
Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI
-
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? - Yüksək vəzifədə işləyib
-
Avtomobilini kasko sığorta etdirən şəxs aylardır ödənişi ala bilmir - VİDEO
-
“ŞKTR Türkiyənin tərkibinə daxil edilməlidir” - Baxçalı
-
“Mağazalara girmək mümkün deyil“ - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
-
Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır - Tramp
-
Sosial şəbəkələrdə növbəti “kredit“ dələduzluğu - VİDEO
-
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
-
Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO
-
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
-
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
-
Prezident Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
“Böyük qayıdış“ Zəngilandan başlanib
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
Zəngilan mühüm nəqliyyat qovşağıdır
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
-
Netanyahu orduya göstəriş verdi - “Qəti addımlar atılsın”
-
Sahibə Qafarova Simonyanla görüşəcək - Cenevrədə
-
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xameneinin müşavirinin qızının toyu yenidən gündəmdə - VİDEO
-
Qurban Qurbanov “Qarabağ“dan gedəcək? - VİDEO
-
Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”
-
Pakistan və Əfqanıstan nümayəndə heyətləri yenidən görüşəcəklər - Bu dəfə Türkiyədə
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Qəzza zolağında atəşkəs pozuldu - HƏMAS və İsrail arasında atışma başlayıb
-
Zahid Oruc ittihamlara belə cavab verdi: “Kimisə “ata”lıqda görməmişik”
-
“ABŞ suverenliyimizi pozub“ - Kolumbiya Prezidenti
-
Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - VİDEO
-
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO
-
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Sabiq MTN nazirinin də həsi gündəmdə - İspaniya mediasından ŞOK YAZI
-
Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib - Tramp
-
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
-
“Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər“ - Qətər XİN
-
Yer kürəsində maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanda nu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
-
Başqa marketin torbası ilə mağazaya girib döyüldü - Bakıda ŞOK OLAY
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
“Onlar bir-birilərini şatdaunu uzatmaqda günahlandırırlar“ - Tramp
-
Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI
-
Azərbaycanda daşıyıcı ana “ovu” - Gənc xanımlar Gürcüstana niyə aparılır?
-
Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır
-
Sosial şəbəkələrdə soyuq silahlar satılır - VİDEO
-
Müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - VİDEO
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
TOP 10
ARXİV