Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanın qızıl ehtiyatı nə qədərdir? - Rəsmi rəqəmlər

Tarix 03.11.25, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatası qlobal maliyyə bazarlarındakı volatilliyi nəzərə alaraq xalis maliyyə aktivlərinin (XMA) ortamüddətli dövr üçün müxtəlif ssenarilərdə proqnozlaşdırılmasının fiskal planlaşdırma baxımından dövlət maliyyəsinə töhfə verəcəyi qənaətindədir.

2024-cü ilin 1 iyul tarixindən 2025-ci ilin 1 oktyabr tarixinədək xalis maliyyə aktivlərinin əsas komponenti olan Dövlət Neft Fondunun (DNF) qızıl aktivlərində 14,5 mlrd. ABŞ dolları və ya 24,7 mlrd. manat civarında artım müşahidə olunub.

AzFakt.com-un Modern.az-a istinadən məlumatına görə, bu barədə Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, bu artım həm qızılın həcmi, həm də qiyməti ilə bağlı dinamikadan qaynaqlanıb.

Belə ki, müvafiq dövr ərzində DNF-in qızıl ehtiyatı 114,9 tondan 184,8 tona (5940406,0 troya unsiyası), qızılın bir unsiyasının qiyməti isə 1560,0 ABŞ dolları civarında artaraq 2327,8 ABŞ dollarından 3886,1 ABŞ dollarına çatıb.
Bu istiqamətdə məqamlardan biri də DNF-in investisiya portfelində səhm aktivlərinin yüksək payı (2025-ci ilin 1 oktyabr tarixinə 25,8%) və izlədiyi əsas səhm indeksi üzrə gəlirlilik gözləntiləridir.

"Təkcə 2025-ci ilin iyul və avqust aylarını əhatə edən dövrdə xalis maliyyə aktivləri üzrə DNF-in vəsaitinin qalığı üzrə 1,1 mlrd. manat civarında artım müşahidə olunub. Qeyd edək ki, qlobal maliyyə institutları və analitik mərkəzlərin qızılın qiyməti ilə bağlı proqnozları qızıl ehtiyatlarının 2026-cı ildə də XMA-nı dəstəkləməyə davam edəcəyini göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, XMA-nın orta və uzunmüddətli dövrdə müxtəlif ssenarilərdə proqnozlaşdırılmasının fiskal planlaşdırma baxımından dövlət maliyyəsinə müəyyən töhfə verə biləcəyi qənaətindəyik”, - Hesablama Palatasının rəyində bildirilib.



Xəbərin oxunma sayı : 376




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap