“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sözün əsl mənasında dastan yazırıq“ - Ərdoğan

Tarix 22.07.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sərgi Mərkəzində keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışında iştirak edib. 

Tədbirdə çıxış edən Ərdoğan müdafiə sənayesində yerli istehsalın önəmini vurğulayaraq bildirib: “Müdafiə sənayemizin yerlilik payı 80 faizdən yuxarı qalxıb. 20 milyard dolları aşan dövriyyə ilə sənayemiz sözün əsl mənasında dastan yazırıq".

Ərdoğan çıxışında tədbirə olan beynəlxalq marağın ildən-ilə artmasından məmnunluq duyduğunu bildirib: “99 ölkədən 219 heyəti təmsil edən 937 nümayəndəni qəbul edirik. 1000-ə yaxın yerli və 400-dən çox xarici firma təhlükəsizlik sahəsində hazırladıqları məhsulları 6 gün ərzində təqdim edəcək".

Prezident əlavə edib ki, bu sərgini yalnız məhsul satışı üçün deyil, uzunmüddətli tərəfdaşlıqların qurulacağı bir platforma kimi qiymətləndirirlər.

“Türkiyə olaraq biz bu əməkdaşlıqlara hazırıq və çoxşaxəli işbirliklərinə açığıq. Bütün firmalara uğurlar arzulayıram”, -deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, sərgidə bu il 33 ölkədən nazir, 120-dən çox nazir müavini, Baş Qərargah rəisi və qoşun komandanları iştirak edir. 44 ölkədən iştirakçıların stend açdığı sərgidə 400-dən çox beynəlxalq şirkət məhsullarını təqdim edir. IDEF 2025 sərgisi çərçivəsində əsas döyüş tankları, zirehli döyüş maşınları, elektron müharibə sistemləri, raket və idarə olunan raketlər, taktiki ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz quru vasitələri nümayiş olunur.



Xəbərin oxunma sayı : 271




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap