Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

İlqar Mustafayevin məhkəmə işi: Nə qədər pul mənimsəyib?

Tarix 20.10.25, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə İlqar Mustafayev ifadə verib.

Təqsirləndirilən sabiq idarə rəhbəri prokurorun Fuad Babayevlə bağlı sualına cavabında bildirib ki, onun tabeliyində ümumilikdə 980 nəfər işçi olub və Fuad Babayev də onlardan biri kimi fəaliyyət göstərib.

O, Dənizkənarı Bulvar İdarəsinin ərazisində sərnişinlərə xidmət edən gəmilər və digər gəlir gətirən sahələrin ayrı-ayrı fiziki şəxslərə aid olduğunu deyib:

"Mənim vəzifəm yalnız ümumi nəzarətin həyata keçirilməsi idi. Mənə elan olunan ittihamda göstərilən məbləğlərin bu sahələrlə, ümumiyyətlə, əlaqəsi yoxdur. Bu rəqəmlər virtual şəkildə qeyd olunub, başım çıxmır. Dayanacaqlarla bağlı da eyni vəziyyətdir. Əgər bu obyektləri işlədənlər vergi ödəyiblərsə, məni niyə vergi ödəməməkdə ittiham edirlər?"

İlqar Mustafayev əlavə edib ki, fiziki şəxslərlə bağlanan müqavilələrdən əldə olunan gəlirlər qeyri-büdcə vəsaitləri hesabına olub və o bu gəlirlərdən vergi ödəyib.

Onun vəkili çıxışı zamanı ittihamda əsas diqqətçəkən məqamdan danışıb:

"İlqar Mustafayev barədə ittihamda göstərilir ki, o, 2016-cı ildə vəzifəyə təyin olunduğu ildən etibarən 8 milyon, sonrakı altı il ərzində isə 6 milyon manat mənimsəyib".

Məhkəmə araşdırması noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi" PHŞ-nin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materiallar əsasında istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, İlqar Mustafayev idarə heyətinin sədri olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Onlar qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti və gəmi gəzintilərindən əldə edilən ümumilikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq vergi borcunu ödəmədiyi və 10 milyon manatdan çox məbləğdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özünün və qohumlarının adına əmlak alqı-satqısı yolu ilə leqallaşdırdığı bildirilir.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap