“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Serbiya Azərbaycandan bu qədər qaz almaq istəyir - Nazir gözləntilərini açıqladı

Tarix 01.01.25, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Serbiya bu qış Azərbaycandan sutkada 2 milyon kubmetrə qədər qaz idxal edəcəyini gözləyir.

Bunu Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç Blic Biznis-ə deyib.

Onun sözlərinə görə, hazırda Macarıstandakı Banatski Dvor anbarında Rusiyadan və Azərbaycandan alınmış təxminən 440 milyon kubmetr qaz saxlanılır”.

Xanım nazir əlavə edib ki, Azərbaycan və Rusiya ilə əməkdaşlıq Serbiyanı sabit və təhlükəsiz qaz təchizatı ilə təmin edir: “Serbiya “Qazprom”la əməkdaşlıq sayəsində Balkanlar vasitəsilə təhlükəsiz qaz nəqlinə malikdir. Azərbaycanla bağlanmış müqavilələr bizə əlavə təhlükəsizlik təmin edir, çünki bu qış onlardan gündə 2 milyon kubmetrə qədər qaz ala biləcəyik”.

Onun sözlərinə görə, “bu qaz təkcə istilik stansiyalarını və sənayeni təmin etmək üçün deyil, həm də Nis şəhəri yaxınlığında tikməyi planlaşdırdığımız qaz elektrik stansiyası üçün enerji mənbəyi kimi vacibdir”: “Bu yaxınlarda Azərbaycandan nümayəndə heyəti Serbiyaya səfər edib və biz yaxın vaxtlarda bu strateji əhəmiyyətli layihə üzrə əməkdaşlıq sazişi imzalayacağıq”.

2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqavilə 2024-2026-cı illərdə Azərbaycandan Serbiyaya ildə 400 milyon kubmetrədək qaz tədarükünü, 2027-ci ildən tədarükün həcmini artırmaq imkanını nəzərdə tutur. Bundan əlavə, 2024-cü il sentyabrın 26-da SOCAR və “Srbijagas” arasında 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək olan dövr üçün gündəlik 1 milyon kubmetr həcmində əlavə Azərbaycan qazının Serbiyaya alqı-satqısına dair müqavilə imzalanıb.



Xəbərin oxunma sayı : 1861




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap