Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Yelo Bank” evimi əlimdən alır - Arif Hacılının qardaşı

Tarix 17.02.25, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


“Yelo Bank” evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir.

AzFakt.com-un xəbərinə görə, bunu Müsavat Partiyasının sabiq başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib.

M.Hacıbəyli qeyd edib ki, vaxtıyla "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib, amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib: 

“Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən  sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib. 2005-ci ildən 2017-ci ilə qədər "Nikoil Bank"ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib. 2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. 

"Nikoyl Bank"ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim. Dostum bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58 355 manat qaytarıb. Ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir. İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank "40 min dollar" deyir. Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb.  O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. 

Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib. "Yelo bank" bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib.  Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub. Müştərilərinin qanına susamış bankın "dirənişi" o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apelyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı.

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə bizim apelyasiya şikayətimizə baxılacaq. Apelyasiya məhkəməsi mərhələsində yenə "Yelo Bankın" vəsatəti əsasında iş Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilib. Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi, kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib. Əslində bundan sonra məhkəmənin bankın xeyrinə qərar çıxarması mümkünsüz görünür. Amma yenə də çox narahatam, çünki bankın "dirənişi" çox güclüdür. Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm”.



Xəbərin oxunma sayı : 916




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap