Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Bakıda məşhur hotelin fəaliyyəti dayandırıldı - VİDEO

Tarix 17.02.25, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub kİ, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən "Continental" otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb; obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır; obyekt yanğın su hovuzu ilə təmin olunmayıb; elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib; obyektin tüstü bacası təmizlənməyib; obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb; obyektin həyətində taxta tullantılar yığılıb; mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib; təxliyə planı düzgün tərtib edilməyib; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sığorta olunmayıb:

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən "Continental" otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".





Xəbərin oxunma sayı : 745




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap