Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Nazirlik adından zəng edirdilər” - Pensiyaya görə 25 min?

Tarix 16.02.25, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda pensiyaya düzəlmək istəyən qadının başına iş gəlib. O, pensiya almaq üçün 25 min manat pul veribmiş...

Musavat.com-un xəbərinə görə, Pərvanə M. pensiyaya düzəlmək üçün Sabir A. adlı, əvvəlcədən tanımadığı şəxsə 25 min manat pul verib.

İstintaqla müəyyən edilib ki, Sabir A. yüksək vəzifədə işləyən şəxslərlə əlaqələrinin olduğunu deyərək pensiya məsələsini həll edəcəyini bildirib.

Zərərçəkmiş qadın deyib ki, pulu ələ keçiriləndən sonra müxtəlif bəhanələrlə aldadılıb:

"Mən Sabiri Vüqarın vasitəsi ilə tanımışam. Vüqar bizim mağazanın yanında təndir işlədirdi. Artıq işlər yaxşı getmirdi. Mağazanın kirayəsini də verə bilmirdim. Vüqar dedi ki, Sabir pensiya düzəldə bilir. Onun oğluna da düzəltmişdi. Mən də razılaşdım.

Sabir əvvəlcə məni inandırmaq üçün dedi ki, Səhiyyə Nazirliyindən zəng edəcəklər. Bir nəfər zəng edib özünü Orxan kimi təqdim etdi. Amma sonradan bəlli oldu ki, nazirlikdə işləmirmiş. Yalandan belə plan qurublar. Telefondakı yazışmalarımız qalır. Hamısında təsdiq edib ki, 25 mini məndən pensiya düzəltmək üçün alıb. Mənə başqa-başqa nömrələrdən zəng edirdi. Deyirdilər ki, guya pensiya kartım hazırdır. Uzun müddət belə yalanlar deyildi. Zəng edən özü imiş. Hər dəfə deyirdilər ki, pensiyam karta yığılır”.

Təqsirləndirilən Sabir bildirib ki, pensiya işini həll etmək üçün 7 min manat alıb. 9 min manat da borc alıb. Onun sözlərinə görə, qalan 9 min manat verilmiş pula görə hesablanan faizdir. O deyib ki, pensiya düzəltmək üçün heç bir vəzifəli tanışı olmayıb.

Binəqədi Rayon Məhkəməsi Sabir barəsində hökm çıxarıb. Hökmə əsasən, onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap