![]() |
|














Arayikgilin növbəti məhkəməsi keçirildi - Fotolar
Tarix 14.02.25, 21:48 |
|

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində təqsirləndirilən şəxslər Arayik Harutyunyanın və Erik Qazaryanın vəkilləri konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatətləri təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, insanların zorakılıqla yoxa çıxarılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən lokal xarakterli antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz edən hallar, habelə təqsirləndirilən şəxslərin tutulması və təcavüzkar müharibəyə Ermənistan tərəfindən muzdlu döyüşçülərin cəlb edilməsi faktlarına dair epizodlar elan edilib.
Əvvəlcə dövlət ittihamçısı Vüsal Abdullayev ittiham aktına əsasən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində törədilən cinayət faktları üzrə epizodları, o cümlədən 2023-cü il sentyabrın 19-da cinayətkar təşkilat tərəfindən artilleriya qurğuları, minaatanlar və digər silahlardan atəşlər açılmaqla başlanılmış növbəti hücuma cavab olaraq erməniəsilli mülki şəxslər və mülki obyektlər hədəfə alınmadan Azərbaycan Respublikasının suveren ərazilərindən terrorçulardan təmizlənməsi və dövlət suverenliyinin bərpa edilməsi məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən labüdlüyü qaçınılmaz olmaqla lokal xarakterli antiterror əməliyyatlarının aparılmasını qeyd edib.
Belə ki, 2023-cü il sentyabrın 19-da səhər saatlarından etibarən üç istiqamətdən işğaldan azad edilmiş geniş bərpa-quruculuq işləri aparılan ərazilər, o cümlədən Şuşa şəhəri müxtəlif növ minaatanlar, toplar və artilleriya qurğuları ilə atəşə tutulub. Atılan mərmilərdən birinin həmin tarixdə saat 16 radələrində Şuşa şəhəri ərazisində “Şuşa şəhəri Dövlət Qoruğu” Publik Hüquqi Şəxsin mütəxəssisi Fərhadov Vidadi Aydın oğlunun yanına düşərək partlaması nəticəsində sonuncu qəsdən öldürülüb.
Bundan başqa, 2023-cü il sentyabrın 19-da saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Quliyev Fərhad Hüseynağa oğlu və sürücü Sadıxov Samir Sabiroviçin idarə etdiyi yol çəkilişi üçün nəzərdə tutulan texnika ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun ərazisində təmir bərpa işləri apararkən tank əleyhinə minalardan birinin partlayışına məruz qalaraq qəsdən öldürülüblər.
Həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının minaya düşmələri barədə məlumat alıb hadisə yerinə yola düşən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları həmin yolda birinci partlayışın baş verdiyi yerdən 100 metr məsafədə növbəti digər tank əleyhinə minalardan birinin partlayışına məruz qalıb, nəticədə avtomobilin sürücüsü həmin Alayın polis nəfərləri Camalzadə Asim Knyaz oğlu, Zamanov Xəzər Azər oğlu, Mahmudov Seymur Elsevər oğlu və Şirinov Ramil Arif oğlu sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində qəsdən öldürülüblər.
Bildirilib ki, keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində 24 saatdan da az müddətdə Azərbaycan Respublikasının suveren əraziləri olan Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Kəlbəcər, Tərtər rayonları 2023-cü il sentyabrın 20-də işğaldan tamamilə azad edilib, bu zaman ümumilikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 205 nəfər hərbi qulluqçusu qəsdən öldürülüb, 1004 nəfər hərbi qulluqçusuna müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Lokal xarakterli antiterror əməliyyatları nəticəsində Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərksilah edilməklə saxlanılıb və yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74” markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli “Ф-1” əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74, “AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb.
Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və yaşadığı ünvanda axtarış keçirilən zaman oradan “AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
Ətraflı
Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərksilah edilməklə saxlanılıblar.
Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada əleyhinə minalar aşkar edilərək götürülüb.
İttiham aktının nəticəvi hissəsinin elanını davam etdirən dövlət ittihamçısı Fuad Musayev təcavüzkar müharibə gedişində zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktlarını sadalayıb.
Vurğulanıb ki, 1988-2023-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə girov götürülmüş 1284 nəfər dinc mülki sakindən 122 nəfər, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan 48 nəfər olmaqla ümumilikdə 1698 nəfər əsir və girov götürülmüş şəxslərdən 170 nəfər şəxs saxlanıldığı yerdə işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb, qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib.
Daha sonra dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibə gedişatında muzdlu döyüşçülərdən istifadə edilməsi faktlarını elan edib.
Qeyd edilib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya Federasiyası və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.
Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terror təşkilatları, Fransa Respublikasının “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan Respublikasının ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.
Bundan sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov təcavüzkar müharibə gedişində ərazilərin minalanması, mina partlayışı yolu ilə təcavüzün davam etdirilməsi faktlarını elan edərək bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş suveren ərazilərinin 1,1 milyon hektardan artıq sahəsi 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər partlamamış hərbi sursatlarla çirkləndirilib.
Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə erməniəsilli mülki şəxslərin qanunsuz məskunlaşdırılması, təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktlarını sadalayıb.
Vurğulanıb ki, 1994-cü ilin may ayından 2020-ci ilin sentyabr ayınadək olan dövr ərzində Şuşa, Xankəndi şəhərlərinin, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Ağdam, Kəlbəcər və Zəngilan rayonlarının ərazisində, Ermənistan Respublikasından, Suriya Ərəb Respublikasından, Livan Respublikasından, İraq Respublikasından və digər dövlətlərdən köçürülmüş 23 mindən artıq erməniəsilli mülki əhali, habelə “ASALA” kimi terror təşkilatının silahlı dəstələrinin üzvlərini və ailələri gətirilərək məqsədyönlü və sistematik şəkildə məskunlaşdırılmaqla etnik tərkibi dəyişdirilərək erməni əhalisinin sayı qanunsuz və əsassız olaraq artırılıb, işğal altında saxlanılan ərazilərdə böyük erməni say tərkibi yaradılıb.
Bununla yanaşı, qeyd edilib ki, 1992-2023-cü illər ərzində həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə “Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təcavüzkar müharibə gedişində Azərbaycan Respublikasının ekologiyasına ziyan vurulması cinayət faktlarını elan edib.
Bildirilib ki, Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzkar müharibə nəticəsində 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, su ehtiyatlarından istifadəni qəsdən qeyri-mümkün etməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə külli miqdar təşkil edən 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi qeyd olunub.
Məhkəmənin baxış iclası fevralın 18-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.















Xəbərin oxunma sayı : 1183
Hadisə
Xəbərlər
-
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - Ölkələrin siyahısı
-
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
-
“Ukrayna 700 minə yaxın insan itirib” - Tramp
-
Naxçıvanda 8 qurum birləşdi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Zaur Mikayılovun “islahat paketi“ daha bir idarədə gərginlik yaradıb - ŞİKAYƏT
-
Nərimanov MKTB-dən heyrət doğuran tender: 300 min manatlqı sabun, vedrə və dırmıq alınacaq
-
Kamran Əliyev xanım prokurorlara yeni vəzifə verdi - FOTO
-
Artur Rasizadə 27-ci oldu - “Heydər Əliyev” ordeni daha kimlərə verilib?
-
Sahibkarların diqqətinə - Vergi Məcəlləsində dəyişikliklər olacaq
-
Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı - VİDEO
-
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb - Son qiymət
-
“Bu, peşəkar, hərtərəfli kiberhücumdur” – “Global Media“ açıqlama yaydı
-
İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - FOTOLAR
-
Bakıda qar yağacaq, yollar buz bağlayacaq… – Sabahın havası
-
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ
-
Yasamaldakı 98 nömrəli bağçada uşaqlar virusa yoluxub - Mənbəyi hələlik məlum deyil
-
Report.az, Baku TV, Oxu.az, Baku.ws, Caliber.az... - Bu saytlara haker hücumu olub
-
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
-
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis edildi - FƏRMAN
-
Prezident icra hakimiyyəti orqanları ilə bağlı fərman imzaladı - Hökumətə vaxt verildi
-
“Kimsə məni indi əvəzləmək istəsə, edə bilməz” - Zelenski
-
Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq - SƏRƏNCAM
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
“Nuxa” restoranı bağlandı -Yanğın təhlükəsinə görə
-
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM
-
“Ət budursa, pişik hanı, pişik budursa, ət hanı?” - Əmək bazarında maraqlı statistika
-
İpoteka müraciətləri başladı - evlərin qiyməti qalxacaqmı?
-
Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - VİDEO
-
Keçmiş agentlik sədri köməkçi oldu - Vüsal Aslanov Vəliyevanı özünə müşavir götürdü
-
Sakinlər Bakının mərkəzində qorxu içində yaşayırlar - VİDEO
-
Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
-
Bakıda “BMW” ağır qəza törətdi - Ər-arvad öldü
-
Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz - Andrey Sibiqa
-
Ali məktəblərə qəbul imtahanı: qeydiyyat başlayıb
-
“Onlar Ukraynaya pulu borc verir, biz yox” - Tramp
-
“Real“ “Mançester Siti“ni, PSV “Yuventus“u 1/8 finala buraxmadı - Çempionlar Liqası
-
“Heç kim deməsin ki, mən xəyanət etmərəm!“ - Gülyanaq Məmmədova
-
“Qvardiola ilə qarşılaşmaqdan bezmişəm“ - Ançelotti
-
Bazarlarda yerli məhsullar niyə qıtlaşıb? - VİDEO
-
Prezidentin sakinlərlə görüşünün - Videosu
-
Ukrayna Baş Qərargahı Putini təkzib edir - “Təxribat qrupu məhv edilib”
-
“Təmiz Şəhər” milyonları “zibilə atıb”... - RƏSMİ
-
Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?
-
Ağacların kəsilməsinə görə cinayət işi açıldı - VİDEO
-
“Maşallah, sənin də yumruğun yaxşıdır” - İlham Əliyev + VİDEO
-
Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - Putin
-
“Diktator Zelenski tez getsə, yaxşı olar” - Tramp
-
Prezident İlham Əliyev qəbullar keçirdi - Fotolar
-
Samuxda qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurdu
-
“Ancaq bu bölgənin balını yeyirəm” - Prezident+Video
-
“Reytinqimin aşağı olması barədə Trampa yanlış məlumat verilib“ - Zelenski
-
Satışdakı bu qidalar təhlükə saçır - Alıcılara xəbərdarlıq
-
Azərbaycanda süni intellekt laboratoriyaları qurulur - 7 milyon ayrıldı
-
Keçmiş hakim köməkçisindən 10 min manatlıq dələduzluq əməli - FHN-də “iş“
-
“Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun işi səmərəsizdir“ - Hesablama Palatası
-
Prokuror Tofiq Yaqubluya 10 il cəza tələb etdi - Məhkəmə prosesi
-
“Avroviziya”da bu mahnı ilə təmsil olunacağıq - VİDEO
-
“Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub“ - Putin
-
“Qazaxlı Alik“in oğluna hökm oxunub - 6.6 il cəza verildi
-
Azərbaycanda ən çox boşanma harada olub? - Rayonlar üzrə siyahı
-
“Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir“ - İlham Əliyev
-
Prezident sərəncam imzaladı - Dövlət Agentliyinə 1,5 milyon manat ayrıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ukraynalılar özlərini aldadılmış hiss edirlər“ - Zelenski
-
Biabırçı statistika: bu kəndlərdə cəmi bir nəfər yaşayır
-
Azərbaycanda unun son topdansatış qiymətləri - SİYAHI
-
Magistraturaya qəbul: açıq tipli tapşırıqlar üzrə nəticələri elan olundu
-
İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik aşkarlanıb - 2 əcnəbi həbs edilib
-
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu - Təmizlik işləri görüb 5,6 milyon alacaq
-
Gürcüstan-Azərbaycan sərhədi açılır: Qatarla kimlər səfər edə biləcək?
-
İlham Əliyev Xankəndi tikiş fabrikində - FOTOLAR
-
Temperatur 7-10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
-
Bakıdakı universitetlər bu rayonlara köçürüləcək? - Adlar çəkildi
-
Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü (Fotolar)
-
Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək
-
“Qrand Qafqaz“da oğurluq: Sahibkarı izlədi, pulları oğurladı, qızlara xərclədi
-
“Fevralın sonuna qədər Putinlə Trampın danışıqları baş tuta bilər“ - Kreml
-
Azərbaycanda bir tələbənin yetişdirilməsi dövlətə neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Bakıda hoteldə dəhşət: Keçmiş arvadını çağırıb güllələdi
-
“Enjoy Club“dan vəzifəli şəxslər qovulub - SƏBƏB
-
İrandan gətirilən bu konfetlərdə GMO aşkarlandı - Fotolar
-
Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Netanyahu ilə görüşdü - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Ceyhun Cəfərov azadlığa çıxdı - Korrupsiyaya görə tutulmuşdu
-
Konstitusiya Məhkəməsi ilə bağlı dəyişiklik: hakimlərin yaş həddi artırılır
-
Bakıda orta aylıq əməkhaqqı 3 manat 90 qəpik artıb - RƏSMİ
-
Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı - VİDEO
-
İngilis və rus dillərinə çevrilməklə hər press-reliz 150 manat... - Nazirliyin “reklam tenderi“ ləğv edildi
-
“Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik“ - Əhməd İsmayılov
-
Azərbaycana palma yağı haradan gətirilir? - VİDEO
-
Sahil Babayevdən maliyyə ilə bağlı ilk qərar - Maliyyə Nazirliyi qənaət rejiminə başlayıb
-
347 minlik tender... - Layihə yenə deputata məxsus şirkətə həvalə edilib
-
Azərbaycanda kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
-
Bakıda APA-nın 15-ci plenar sessiyası başlayıb - Fotolar
-
Ukrayna pulun hara getdiyini izah etməlidir və ya qaytarmalıdır - Tramp
-
Hamiləlik və doğumdan sonrakı bu xidmətlər sığorta tərəfindən qarşılanır - VİDEO
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Fransa Ukraynaya qoşun göndərəcək? - Makron açıqladı
-
Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
-
Avtobus zolaqlarında nişanlama işləri niyə düzgün aparılmır? - VİDEO
-
“Bunu edə bilməzsiniz” - Trampdan Maska qadağa
-
Prezident Qarabağ səfərindən paylaşım etdi - VİDEO
-
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
-
“Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq“ - Lavrov
-
Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Fotolar
-
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb - Qiymətlər
-
DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
-
“ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir“ - “Fox News”
-
Əli Əsədov Tehranda Pezeşkianla görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
-
Bakı-Tbilisi sərnişin qatarı açıla bilər - Tarix açıqlandı
-
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə “otlaq qalmaqalı“
-
Qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
-
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat
-
Ərdoğanla Ankarada Zelenski görüşdü - Fotolar
-
Bu obyektlər propan qaz balonlarından istifadə edirmiş - Fotolar
-
Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi
-
“Hər 100 manatın 5 manatı içki və siqaretə xərclənir“ - Bir ayda 230 milyondan çox pul xərclənib...
TOP 10
ARXİV