Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir - “54 milyon gizlədilib“

Tarix 24.10.25, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


"Rifah Qrup” MMC-nin baş mühasibi Samirə Zeynalova 1 milyon manata yaxın mənimsəmədə ittiham olunur.

"Qafqazinfo”nun məlumatına görə, S.Zeynalova cəmi 1 il həmin şirkətdə işləyib.

İş materiallarında yazılıb ki, o, baş mühasib olduğu həmin müddətdə qohumlarının adına açdırdığı kart hesablarına pullar köçürüb. Bundan başqa, Zeynalova rəsmi sənədlərə yalan məlumat daxil etməklə ümumilikdə 803 min 429 manat ələ keçirib.

Bu əməlinə görə, Samirəyə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham verilib. Cinayətlərin ağırlığı səbəbindən həbs edilib.
Ətraflı

Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror Samirə Zeynalovanın verilmiş ittihamlarla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini tələb edir.

Xanım müttəhim isə ittihamları qəbul etməyib. Biri birinci qrup əlil olmaqla, 4 uşaq anası olan müttəhim iddia edir ki, şirkətdə baş verən qanunsuzluqları ifşa etdiyi üçün hədəf alınıb. Zeynalovanın sözlərinə görə, "Rifah Qrup” qeyri-rəsmi Əliyev Elnur Təvəkkül oğluna məxsusdur. Uçot bazasına əsasən Elnur Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb: "2021-ci ildə aylıq 1500 manat maaş qarşılığında oraya işə düzəldim. Amma rəsmi olaraq karta 350 manat pul köçürülüb. Şirkətdə 1700 nəfər işçi də əmək müqaviləsi bağlanmadan işlədilib. Bununla da küllli miqdarda vergidən və sosial ödəmələrdən yayınılıb. Hətta şirkət işçiləri çirkli pulların yuyulmasında istifadə edib. Hamısı Elnur Əliyevin qoruduğu uçot bazasında var. Mən də elə həmin məlumatları proqramçının səhlənkarlığı nəticəsində əldə etmişəm. Amma təəssüf ki, şirkətdəki ciddi qanun pozuntularını öyrəndiyim və rəhbərə məlumat verməyim öz azadlığımın əlimdən alınması ilə nəticələndi”.

S.Zeynalova indi şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbir görülməsini xahiş edir.

Növbəti iclasda müdafiə tərəfi yekun çıxış edəcək.



Xəbərin oxunma sayı : 304




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap