Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Səma LTD“ hansı qaydaları pozub? - Maliyyə sanksiyası və cərimə...

Tarix 23.10.25, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur mebel firmalarının satışını və istehsalını təşkil edən "Səma LTD" Məhdud Məhsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, şirkətdə aparılan operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Bu arada, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Səma LTD" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Məhkəmənin hökmü ilə "Səma LTD" MMC İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Qasımov Qabil Şamil oğludur. 2014-cü ildə "Səma LTD" MMM-nin "Bellona”, "Korona ”, "İstikbal”, "Mondi” və "Kitchen House” satış mağazalarında 549 min 699,49 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən edildiyi üçün Qabil Qasımov cinayət məhsuliyyətinə cəlb edilmişdi. 



Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap