Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Məktəb direktorlarının təyinatında yeni qaydalar - VİDEO

Tarix 23.10.25, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb...

Xezerxeber.az xəbər verir ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək  qeydiyyatdan keçə bilərlər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. 

Açıklama yok.

Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırlma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi deyir ki, vakant yerlər 2 istiqamətdə olacaq. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.

Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesindən də danışıb. Bildirib ki, cari ildə 16 mindən çox müəllim prosesi uğurla tamamlayıb. 6 mindən çox müəllim hər ay əmək haqqına 35%, 10 mindən çox müəllim isə 10%-dən çox əlavə alır.. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyyəçi-müəllimlərin işə qəbuluna gəlincə, o, bildirib ki, prosesin test imtahanı mərhələsi artıq başa çatıb və keçid balları məlumdur.

Agentlik rəsmisi bildirib ki, bu həftə sonu bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu mərhələdə müdirlərə 120 dəqiqə vaxt, 60 sual veriləcək. 1400-dən artıq rəhbər şəxs prosesə cəlb olunacaq. Prosesin nəticəsi onların əmək münasibətlərinə təsir etməyəcək.




Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap