| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Türkiyə vətəndaşı Tolqa Şahindən şikayət - Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq edib
Tarix 12.03.25, 19:22 |
|
Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub.
Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq "Cənclik 94" MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.
Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub
Tolqa Şahin "Gənclik 94" MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin "Gənclik 94" MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, "Gənclik 94" MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan "Prefabrik" MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. "Gənclik 94" MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib.
Tolqa Şahin dələduzlardan ibarət şəbəkə qurubmuş
Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov "Arenol Construction" MMC-nin direktoru olub. "Gənclik 94"-dən tikinti materiallarını "Prefabrik" MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; "A Frame", "Lenora", "Tikinti Materiall" MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş mütəşəkkil dəstədən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri cinayətkar şəbəkə yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını, pulunu əlindən almaq olub.
Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus "Prefabrik" MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan "Cahid -T" MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.
Tolqa Şahin Qarabağ qazilərini də aldadıb
Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqlarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli "biznesmen"in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.
"Gənclik 94"-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, "Arenol"-da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, "Prefabrik" MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Tolqa Şahin (solda)
Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla "Bakı Abadlıq Xidməti" MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.
Məsələ ondadır ki, anlaşmaya əsasən "Bakı Abadlıq Xidməti" MMC podrat işlərini Tolqa Şahinə məxsus "Lenora" MMC və Prefabrik" MMC (keçmiş adı "Arenol Group") şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər "Bakı Abadlıq Xidməti" MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda "Bakı Abadlıq Xidməti" MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.
Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu "Gənclik 94" MMC-yə ödənilməlidir. Çünki "Bakı Abadlıq Xidməti" Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də "Gənclik 94"-ə borcludur. Ancaq "Bakı Abadlıq Xidməti" ilə Tolqa Şahin arasında "Gənclik 94" MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə "Gənclik 94" öz pulunu "Bakı Abadlıq Xidməti" MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: "İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində "Gənclik 94"-ə olan borcunu bağlasın".
Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.
Tolqa Şahinin ölkədın çıxışına qadağa qoyulub
Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə "Gənclik 94" də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.
Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.
Tolqa Şahinin arxasında kimlər dayanıb?
Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.
Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.
Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!
P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Amma külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.
Mənbə: Bizimyol.info
Xəbərin oxunma sayı : 844
Hadisə
Xəbərlər
-
Məşhurların bugünkü instaqram gündəliyi - FOTOLAR
-
Erlinq Holandı dayandırmaq mümkün deyil - STATİSTİKA
-
Türkanda üfunət iyi gələn dənizin qırmızı rəngə boyanmasının səbəbi nədir? - VİDEO
-
Balansında vəsait olmayanlar bir dəfəlik keçiddən necə istifadə edəcəklər? - VİDEO
-
“ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək“ - Uitkoff
-
Zəngəzur dəhlizində son mərhələyə doğru - FOTOLAR
-
Türkiyədə qalmaqallı istintaqda yeni mərhələ: 7 məşhur şübhəlilər sırasından çıxarıldı
-
Yer kürəsində güclü maqnit qasırğaları başladı - XƏBƏRDARLIQ
-
Ermənistan vətəndaşları ilə bağlı sübutlar elan olundu - Fotolar
-
Hakimiyyəti tanımayan partiyalar qadağan olunmalıdır - Kobaxidze
-
Tramp Si Cinpindən xahiş edib - Media maqnatının həbsdən azad edilməsi üçün
-
Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu: “Zor edirəm“
-
Vətən Müharibəsindən bəhs edən “44” filminin çəkilişləri başa çatdı - FOTOLAR
-
Ərdoğan CHP sədrini məhkəməyə verdi - 500 min təzminat istəyir
-
Eyvanda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - Video
-
Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur
-
Bu tarixdən Bakıda mənzillər bahalaşacaq - AÇIQLAMA
-
“Tolqa Şahin İdarə Heyətimizdə heç vaxt olmayıb“ - Azərbaycan-Türkiyə İş Adamları Birliyi
-
Şamaxıda qətlə yetirilən qadının babası: “Zəng etmişdi ki, məni döyüb-öldürür“
-
Yanvarın 1-dən kim nə qədər sosial sığorta və tibbi sığorta ödəyəcək? - Rəqəmlər açıqlandı
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin builki büdcə xərcləri azaldıldı - FƏRMAN
-
“Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır“ - Zaur Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
“NATO Rusiyadan daha çox sursat istehsal edir“ - Rütte
-
“Invest in Azerbaijan” informasiya sistemi yaradıldı - Fərman
-
Bakının mərkəzində 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanıdı
-
Astara icra başçısı hər il bu şirkətə yol təmir etdirir - 4 ildə 2,8 milyon...
-
“Vaşinqtona hörmətlə yanaşmalıdır” - Trampdan Mamdaniyə mesaj
-
“Qızıl Qaya“ şadlıq evində nöqsanlar: Protokol tərtib olundu
-
“Arayik Arutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib“ - Prokuror
-
11 nəfərin üzərinə xüsusi cihaz yerləşdirib - Qəbul imtahanına keçiriblər
-
“Nar“da həyəcan artdı: İkinci avtomobil qazanıldı
-
Bəkir Orucovun şikayəti təmin edilmədi - 9 il yarım iş verildi
-
“Eurohome“un arxasında da Mehdiyev şəbəkəsi dayanıb? - Mağazası kül olan sahibkardan ilginc iddia
-
Monqolustandan gətirilən qoyun əti haramdır? - AÇIQLAMA
-
Beyləqanda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi - Fotolar
-
Vətəndaşdan BDYPİ-i rəisinə müraciət - “Rəis dedi ki, məsələ Ramiz Zeynalovluqdur“
-
ABŞ nüvə gücü baxımından Rusiya və Çindən öndədir - Tramp
-
“Son beş ildə təhsilə ayrılan vəsait 1,3 milyard manat artıb“ - Sahil Babayev
-
Bakıda vəzifəli şəxs dərzi sexində dava saldı: Ayaqyoluna girmək istədi, həbs edildi
-
Prezident NATO nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Manat əmanətinə ən yüksək faiz verən banklar - SİYAHI
-
Sektor müdirinə şiddətli töhmət verildi - İntizam qaydasını pozub!
-
Naxçıvan Ali Məhkəməsinin sədri təqaüdə göndərildi - FOTO
-
“Putin məndən Ukrayna münaqişəsinin həllinə yardım göstərməyi xahiş edib“ - Tramp
-
Direktor aldığı rüşvətdən hansı vəzifəli şəxsə verdiyini açıqladı - DETALLAR
-
Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər - VİDEO
-
KTN-nin vəzifəli şəxslərinə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Şamaxıda qadın güllələndi - Əri saxlanıldı
-
Mühafizəçi direktorun evindən antik əşyalar oğurlayıb - 200 minlik cinayət
-
Bu iddia Emin Əmrullayevin sonunu gətirə bilər - Mehdiyevin adamına 1 milyon manat?
-
Yeni vergi dəyişiklikləri: kimləri sevindirəcək?
-
Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlandı - VİDEO
-
Evini kirayə verənlər üçün yeni qaydalar - Qiymətlər artacaq?
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
“Qarabağ“ yenə tarix yazdı: “Çelsi“ Bakıda büdrədi
-
Avtobuslarda ilin sonunadək bank kartları ilə ödəniş edə biləcəyik - RƏSMİ
-
Gəncə stadionunda işləyənlər “Green Service LTD“dən əmək haqlarını ala bilmirlər - VİDEO
-
Avtobus dayanacaqlarında pavilyon quraşdırılmaması sərnişinlərə çətinlik yaradır - VİDEO
-
Zöhran Məmdaninin sosial vədləri Nyu-Yorka baha başa gələ bilər - The Economist
-
“Şərifoğlu” restoranı vergidən yayınır: “kartdan-karta” üsulu ilə ödəniş
-
“ABŞ Avropada Rusiyaya uçuş müddəti 6-7 dəqiqəlik raketlər yerləşdirməyi planlaşdırır“ - Nazir
-
1 milyon manat sığorta haqqı ödənilib - Ən çox ziyan bu meyvəyə dəyib
-
“Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir“ - Sosial şəbəkələrdə qeyri-etik tendensiya yayılıb
-
Son 10 ildə Azərbaycanda yaşayış evlərinin maya dəyəri necə dəyişib? - Kəskin artım var
-
“Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi“ - Finlandiya XİN rəhbəri
-
Prezidentin qızları sərgi-satış yarmarkasında - FOTOLAR
-
Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb - RƏSMİ
-
“Türkiyəsiz Avropa İttifaqı natamam qalır“ - Hakan Fidan
-
Prezident bu alimləri təltif etdi - SƏRƏNCAM
-
Mandarin fermerlərin əlində qalıb: “Çox böyük ziyandayıq“
-
“Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırıla bilər“ - AZAL prezidenti
-
Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü - FOTO
-
Səlahəddin Demirtaş azadlığa buraxılacaq - Ərdoğan danışdı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ramiz Mehdiyevə villa bağışlamamışam” - Kəmaləddin Heydərov
-
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
-
Gələn il bu şəxslər evlə təmin olunacaq - 50 mln. manat ayrılır
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
-
Trampdan Şaraya jest - Görüş öncəsi bu qətnamə göndərildi
-
Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək mümkündürmü? - Nazirlikdən açıqlama
-
Vətəndaşdan Daxili İşlər Nazirinə müraciət - Axtarışda olan şəxs Bakıda necə rahat gəzə bilir?
-
Sabah Bakıda hərbi yürüşlər keçiriləcək - Bu istiqamətlərdə
-
“ABŞ Trampın nüvə sınaqları ilə bağlı dediklərinə aydınlıq gətirməyib“ - Kreml
-
Ədalət Vəliyevin “islahatları“ - Azərbaycanın olmayan siyasi mühitində nələr baş verir?
-
Maskdan növbəti qalmaqallı layihə - Günəş işıqlarını idarə etməyi hədəfləyir
-
Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi - Sərəncam
-
“Qumar kralı”nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
-
Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq - Erkin Qədirli
-
Mehdiyevin Qəbələdə 3 villası varmış - Ən dəbdəbəlisini nazir hədiyyə edib
-
General şabalıd biznesindən danışdı: “Piramida qurub, 12-13 nəfəri...“
-
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
-
Azərbaycanda vəkil hoteldə öldü - Dərman həbləri içib
-
Yaşa görə pensiyanın məbləği artır - MƏBLƏĞ
-
Prezident İlham Əliyev qəbul keçirdi - FOTOLAR
-
“Ai-95“ benizinin istehsalı dayanacaq? - Ekspert SOCARA-a sorğu göndərib
-
Bakı metrosunun iş saatı uzadılacaq - “Qarabağ”ın oyununa görə
-
Taleh Kazımov özünə daha bir müşavir təyin etdi - FOTO
-
“ABŞ eyni zamanda bir neçə nüvə dövlətini çəkindirməlidir“ - Pentaqon
-
Bakıda evakuator aşıb, yola yağ və yanacaq dağılıb - VİDEO
-
Yasamal icra hakimiyyətinin baş mühasibi milyonluq obyekti necə tikdirib? - SƏNƏD
-
Nyu-Yorkun ilk müsəlman meri seçildi -Zöhran Mamdaninin 34 yaşı var
-
Əhmədli metrosunun çıxışında yerləşən küçə baxımsız vəziyyətdə - VİDEO
-
Şabalıd generala baha başa gəldi... - Lüks maşınları da əlindən çıxdı
-
Taksi sürücüsü ad gününə gedən qadını qarət etdi - TƏFƏRRÜAT
-
Həkim əməliyyat zamanı 60 yaşlı kişinin bağırsağını kəsib? - VİDEO
-
Gömrükdə aksiz dərəcəsinin artması avtomobillərin qiymətini nə qədər artıracaq? - VİDEO
-
Yağışlı paytaxt yollarında tıxac var - FOTOLAR
-
ABŞ Maduronu devirmək üçün üç ssenari hazırlayıb - “The New York Times“
-
“Liverpul” “Real”a qalib gəldi - UEFA Çempionlar Liqası
-
Mənzurə Musayeva Tatlısəsi ölü bilirmiş - VİDEO
-
“NATO gəmisi “Burevestnik“ sınaqları keçirilən ərazidə olub“ - Putin
-
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
-
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi - FOTOLAR
-
Moskvada 1 660, Çeçenistanda 444 dollar... - Rusiyada maaşlar
-
Xəzərdə suiti cəsədlərinin aşkarlanmasına səbəb nədir? - VİDEO
-
Bu nazirliklərin və dövlət qurumlarının layihələrinə pul ayrılmadı - SİYAHI
-
“Yanlış fikirlər cavabsız qalmamalıdır” - Nazir deputata irad tutdu
-
Putin Ukraynada strateji məğlubiyyətə uğrayıb - NATO
TOP 10
ARXİV





