Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Trampın andiçməsindən bir gün sonra toplantı - Müzakirə olunan məsələlər...

Tarix 22.01.25, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


"Marko Rubio dövlət katibi vəzifəsində ilk toplantısını keçirib. Yanvarın 21-də QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilib. ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən bir gün sonra keçirilən görüşdə Hind və Sakit Okean bölgəsində durum müzakirə olunub".

Bu barədə musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, nazirlər bölgədə sabitliyə, beynəlxalq hüququn üstünlüyünə, suverenlik və ərazi bütövlüyü anlayışlarını əvvəlki tək dəstəkləyəcəklərini bildiriblər:

"Bölgədə ticarətin və gəmilərin təhlükəsizliyinin vacib olduğunu vurğulayan nazirlər bu mövzuda müzakirələrin intensiv xarakter alacağını söyləyiblər.
Marko Rubio ümumi müzakirələrdən əlavə Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirləri ilə ayrılıqda da görüşüb. Bu ölkələrdən hər birini Çinin bölgədə artan hərbi gücü narahat edir. Marko Rubio həmkarlarının narahatlıqlarını bölüşür. Təsadüfi deyil ki, Rubio vəzifəsinə təyini məqsədilə Konqresdəki dinləmələrdə Çini Amerika Birləşmiş Ştatlarının tarixində üzləşdiyi ən təhlükəli rəqib kimi qiymətləndirib".

Politoloqun sözlərinə görə ölkəsini bir qisim beynəlxalq problemdən təcrid etməyə çalışan Donald Trampın QUAD çərçivəsində əməkdaşlığa əhəmiyyət verəcəyi proqnozlaşdırılır:

"QUAD-a üzv ölkələrə də bu regional təşkilat çərçivəsində ABŞ-la strateji tərəfdaşlığı gücləndirmək vacibdir. Əlbəttə, QUAD üzvlərinin hər birinin ABŞ-la ayrılıqda da tərəfdaşlıqları mövcuddur, ancaq regional səviyyədə ittifaq Çinin təhdidlərini neytrallaşdırmaq mahiyyəti daşıyır.   

QUAD təşkilatı 2004-cü illərin əvvəllərində təsis olunub. Təşkilata üzv dövlətlərin ilkin mərhələdə əsas məqsədi o illərdə bölgədə baş verən sunaminin dağıdıcı nəticələrini ortadan qaldırmaq olub. 4 ölkənin hərbi-dəniz qüvvələrinin komandanlığı arasında koordinasiya formalaşmışdı. Bundan sonra Yaponiyanın o zamankı baş naziri Sindzo Abe Vaşinqtona çağırış edərək bölgədə sabitliyin qorunması məqsədilə 4 ölkə arasında əməkdaşlığı genişləndirməyi təklif edib. Vaşinqton bu təklifə müsbət yanaşıb. Donald Tramp birinci prezidentliyi dövründə ölkəsinin QUAM çərçivəsində fəallığını artırıb. Üzv ölkələrin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ildə Nyu-Yorkda keçirilib. Estafeti Trampdan alan Co Bayden QUAD ölkələri liderlərinin görüşünü təşkil edib. Bu zaman ərzində QUAM ölkələrinin liderləri 2 virtual, 4 birbaşa sammit keçiriblər. QUAM ölkələri bu illər ərzində kibertəhlükəsizlik və süni intellektin yaradılması istiqamətində də tərəfdaşlığı gücləndiriblər. QUAM ölkələri liderlərinin növbəti sammiti Hindistanda keçiriləcək".



Xəbərin oxunma sayı : 1438




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap