| |
|
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
“Bu, Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi” - Rasim Balayev
Tarix 18.05.23, 20:00 |
|
Redaksiyamıza qonaq gəlmişdi. Bu yaxınlarda 75 illiyini qeyd eləmiş sənətkar çox yorğun görünür. Sənətinə pərəstiş edən hər kəs ətrafına toplanır. Əlini sıxmaq istəyən kim, şəkil çəkdirmək istəyən kim. Hərə ilə 3-5 kəlmə danışır və məzəli şəkildə "daha konturum qurtardı” deyir. “Niyə”sini söhbətimizdə biləcəksiniz.
Lent.az-ın müsahibi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
- Rasim bəy, necəsiniz?
- Konturum qurtarıb.
- Necə yəni?
- Rəhmətlik Habil Əliyevin sözü idi bu. Halını soruşanda deyərdi konturum qurtarıb. Yəni enerjim tükənib anlamında. Dilimə düşüb. Mənim də konturum bitib. Yaş öz sözünü deyir, yorulursan. Enerjin tükənir.
- Axsayırdınız. Ayaqlarınız incidir?
- Cavanlıqda “ Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışdım. İllər sonra özünü göstərir. Onurğamda yaranmış problemlər ayaqlarıma vurur.
- “Babək”, “Nəsimi”, “Arxadan zərbə”, “Dədə Qorqud”. 60 -70-ci illərdə çəkilmiş bu filmlərin ləzzətində, dadında filmlər görə bilmədik son 30 ildə. Mən hələ təkcə sizin iştirak etdiyiniz filmlərin adını çəkdim. Halbuki indiki dövrdə texnoloji yeniliklər çox, istedadlı aktyorlarımız çox. İmkanlar daha yaxşı. Bəs niyə elə filmlərimiz yoxdur? Nə çatışmır?
- O qədər şey çatışmır ki. Yaxşı rejissorlar, yaxşı əsər yazanlar, kinossenaristlər yoxdur. O gün kinoforumda da dedim, əvvəllər respublikaya yer verirdilər. Gedib Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdılar. Güclü, beynəlxalq səviyyəli məktəb idi. Bu ənənəni davam etdirmək lazımdır. İndi orda təhsil pulludur. Nazirdən xahiş elədim, imkan yaratsınlar, ildə bir operator, bir aktyor, bir rejissor gedib təhsil alsın. Beynəlxalq təcrübə qazansın. Yoxsa yerindən duran film çəkir. Toy çəkən də deyir rejissoram, kino çəkmişəm.
- O gün çox nüfuzlu aktyorlarımızdan biri deyirdi ki, Rasim Balayevin yeri əslində Kino İttifaq yox, Teatr Xadimləri İttifaqıdır. Sizcə haqlıdır?
- Yox. Mən elə Kino İttifaqında yaxşıyam
- Çox aktyorlar şikayət edirlər ki, kino ittifaq bütün aktyorları əhatə eləmir. Bir kinomuzun iki ittifaqı var. Necə düşünürsünüz, hamını əhatə edə bilmək üçün yeniləri də yaradılmalıdır, yoxsa bu var olan iki ittifaq birləşməlidir?
- Birləşməlidir əlbəttə. Bir kino ittifaq olmalıdır. Bu birmənalı şəkildə belədir. Onu yaratdılar. Sənətkarların arasına qalmaqal, söz - söhbət saldılar. Əsl ittifaq bizik, 65 yaşımız tamam olur. Onu süni surətdə yaratdılar, sonra da bağlaya bilmədilər. Çünki ictimai təşkilatdır. Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi bu.
- Şəfiqə xanımla münasibətləriniz necədir?
- Normal.
- Bir ara öz əməkdaşları ondan gileyləndilər, hətta saxtakarlıqda ittiham etdilər.
- Mən qarışmasam yaxşıdır. Özləri bilərlər.
- Sizin ittifaqda əməkdaşlar maaş alırlar? Şəfiqə xanımın yanındakılar deyirlər maaşsız işləmişik. Belədirsə, niyə vəzifəyə can atırlar?
- 15 işçimiz var. 1 hesabdar, birinci katib, sədr, redaktor və s. Maaş alır hamısı. Bir də ictimai əsaslarla işləyənlər var.
- Dondurulan filmlərin taleyi necə olur? Pullar tökülür , film çəkilişi başlayır. Çox zaman ya yarımçıq qalır, ya da film başa çatsa da deyirlər lazım olmadı.Dövlətin bu çəkilişlərə sərf etdiyi pullarının aqibəti necə olur bəs?
- Adam var 2-3 min pul mənimsəyib tutub basırlar dama. Amma film çəkilişlərində yüz minlərlə pul havaya sovrulur, soruşan yoxdur ki, a bala, o pullar necə oldu?
- Bununla bağlı müraciət eləmisiniz?
- Eləmişik. Görünür dondurulan film elə çəkilib ki, o bizə lazım deyil.
- Belə çıxır ki, elə ən yaxşı korrupsiya yoludur…
- Belə çıxır. Əvvəllər nəzarət var idi. Film çəkilirdi, 2400 metr xronometrajı olmalıydı. 500 metr çəkiləndən sonra Bədii Şura yığışıb baxırdı. Baxırdılar, nə düz gedir, nə getmir, nə dəyişməlidir. İndi nə o nəzarət var, nə də qiymət verən düz verir.
- Bir zamanlar siz, Rafael Dadaşov və bir neçə aktyorlarımız var idi ki, yaraşığına, istedadına görə, heç də dünya şöhrətli Alen Delondan, Jan Maredən geri qalmırdınız. Amma dünyaya çıxa bilmədiniz. Niyə belə oldu?
- Sovetin öz qanunları var idi. Bir də yerlərdə heç nəyə imkan verməyən məmur faktoru. Elə oldu ki, çıxa bilmədik.
- Bir də şans verilsə, yenidən bu yolu seçərdiniz? Heç oturub düşünəndə kaş ki, bu sənəti seçməzdim dediyiniz olub?
- O qədər psixoloji gərginliklər, yoğun duyğu seli yaşamışam, istər - istəməz bu məni tükəndirib. Qurban olum Allaha, mən deyirdim heç 70 yaşa çatmaram. Amma indi 75 oldum. Nə o qulac - qulac saçlar qalıb, nə o şuxluq. Bu yolu seçərdimmi? Bilmirəm (düşünür). Cavab vermək çətindir, çox çətindir. Ən çətin sual bu oldu.
Xəbərin oxunma sayı : 505
Müsahibə
Xəbərlər
-
Alimentin minimum məbləğinin artırılması boşanmalara təsir edəcək? - VİDEO
-
Türkiyə yenidən silkələndi: 6,1 bal...
-
Növbəti Bərdə terrorundan 5 il keçdi
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Əksər piyadalar niyə keçiddən istifadə etmir? - VİDEO
-
“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir“ - Zelenski
-
Ayrılmış cinayət işlərində istintaq müddəti necə hesablanacaq? - Yeni qərar
-
3 gün əvvəl işdən çıxarılan general Saleh Səmədova medal veribmiş - FOTO
-
Göygöldə 62 baş qoyunu oğurlayanlar əli avtomatlı olublar - VİDEO
-
Həkim pasiyenti yalnış əməliyyatla şikəst edib? - VİDEO
-
Ermənistan vətəndaşlarının məhkəməsi: zərərçəkmişlərin ifadələri elan olunub
-
“Ölüm var, indi biz nə edək?...“ - “Dahi insanlar da ölür” + VİDEO
-
Tibb bacısı və müəllim olmaq istədilər, dələduzluqla üzləşdilər
-
“Azəristiliktəchizat”da nöqsanlar aşkarlandı: 3 milyon 654,3 min manat üçün araşdırma başlandı
-
Vinisius “Real“dan ayrılmaq istəyir: “Komandadan getməyim daha yaxşıdır“
-
“Bank Respublika“nın borcları artdı - Əmanətlər geri çəkildi
-
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr - FOTOLAR
-
Yenə eyni şirkət, bu dəfə 899 min manat... - Qalib MMC ilə “Qaçqınkom“un hansı əlaqəsi var?
-
Paytaxtın üç rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“QHT işi” üzrə məhkəmə baxışı başlayıb - QHT təmsilçiləri nədə ittiham olunur?
-
“Etimad KİDS“ bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi - FOTO
-
Vilayət Eyvazov gənclərin sırasından seçim etdi - VİDEO/FOTO
-
“Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!” - VİDEO
-
Hakim ağır cinayətdə ittiham olunan şəxsə bəraət verdi - Qalmaqal yarandı
-
Milli Konservatoriyada 5 əməkdaş işdən çıxarılıb - 2 departament ləğv edilib
-
Azərbaycanlı həkimin hansı gəmidə itdiyi məlum oldu - 1 aydır yoxa çıxıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meqa Sığorta“nın zərərliliyi artdı - Yığımlarda 1,6 milyonluq azalma
-
Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
-
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
-
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Kontakt Home”un 7.6 milyon vergi borcu var - Sanksiyalar nəzərdə tutulur
-
“Nar”a yeni baş icraçı direktor təyin olundu - FOTO
-
Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi - SƏBƏB
-
“Rusiya aktivləri ilə bağlı müzakirələrdə iştirak etmirəm” - Tramp
-
Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır (VİDEO)
-
Gömrük polkovniki Mirzə Sadıqov qardaşımı döydü, atam infarkt keçirib öldü - Şikayət
-
YAP-çı deputat qorxuya düşdü və köməkçisini “topun ağzına“ atdı - Əli Kərimliyə görə
-
MTV kanalı ilə bağlı məhkəməyə müraciət edilib - Audiovizual Şura tərəfindən
-
Sığorta yığımlarının 70%-i bir şirkətin payına düşüb - Tam siyahı
-
Daha 16 itkin-şəhid dəfn olunacaq - Siyahı + Fotolar
-
Nazir, komitə sədri və... - Onların qəbul günü (CƏDVƏL)
-
81,5 milyonluq dələduzluq: 30 nəfər məsuliyyətə cəlb olundu (RƏSMİ)
-
Saleh Səmədovun oğlu da vəzifəsindən azad edildi - Rəis idi
-
İmamoğlu və daha 2 nəfər barədə həbs qərarı verildi - Casusluqda ittiham olunurlar
-
50 min pensiya kapitalı gələn il 3 min artacaq... - Deputat dəyişikliyi açıqladı
-
“Türkiyə də Qəzza prosesinə daxil olacaq” - Donald Tramp
-
Bakıda 10 ailənin həyatı təhlükədədir - “Hər an böyük faciə baş verə bilər”
-
Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq
-
Ermənistanın da Azərbaycanla bağlı müvafiq addımlar atması vacibdir - Paşinyan
-
Sumqayıtda qadın keçmiş ərini döydürüb? - VİDEO
-
Azərbaycanda bu yaşayış məntəqəsinin adı yoxdur - VİDEO
-
Ukrayna Fransadan əlavə “Mirage“ qırıcıları alacaq - ZELENSKİ
-
Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
-
Nizami rayonunda tikinti materialları olan ərazidə yanğın baş verib - VİDEO
-
Dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO
-
Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - Soğan anbarlarda qalıb
-
Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlığı
-
Azərbaycan ilə Qazaxıstan arasında möhkəm hüquqi baza formalaşdırılıb
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Xəzərdə nə baş verir? - Həyəcan təbili çalındı - Video
-
“Landmark” Sahil Babayevin idarəçiliyinə keçdi - Qiymətlər artdı
-
Ağ Evdə qadın prezident görəcəklər - Kamala Harris
-
Banklar kibertəhlükələrə qarşı birləşirlər: Yeni texnologiya nə vəd edir?
-
Yeni binalarda qaraj xaosu:Minlərlə sakinin ortaq parkinq problemi
-
Müharibələri dayandırmağı sevirəm - Donald Tramp
-
Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
-
Əfqanıstanla açıq şəkildə savaşa girmək seçimimiz var - Müdafiə naziri
-
Qardaşlıq üzərində qurulan münasibətlər
-
Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verib - Overçuk
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
PKK Türkiyədən tamamilə çıxdı - Terror təşkilatında açıqlama
-
Tramp Malayziyada hava limanında rəqs edərək xoş əhval nümayiş etdirib - VİDEO
-
“WhatsApp“ bizi xəbərdar edəcək - Yeni funksiya
-
Oğluma demişəm ki, partiyanı sənə əmanət edə bilmərəm - Fəzail Ağamalı
-
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Nikol Paşinyan
-
Prezident İlham Əliyev Avstriya prezidentinə məktub göndərib - MƏTN
-
Tayland və Kamboca “sülh sazişi” imzalayıb - Kuala-Lumpurda
-
Bakıda 65 yaşlı kişi su anbarına düşdü - Belə xilas edildi
-
Paytaxtda söküntü: Hansı ərazilər plana düşüb?
-
Zabil Qəhrəmanov barəsində qərar verildi - 3 ay həbs
-
Yayda toz-torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi
-
Sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşdiriləcək - Tramp
-
Heyvan bazarlarına qoyulan məhdudiyyət nə vaxta kimi davam edəcək? - VİDEO
-
Günel 40 yaşını Dubayda belə qeyd etdi - FOTO
-
Paytaxtın Xətai rayonunda zibilliyə açılan “mənzərə“ - VİDEO
-
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
-
Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq...” - Oğlu danışdı və VİDEO YAYDI
-
Baytarlıq apteklərində satılan “Kreolin”preparatı xərçəngi sağaldır? - VİDEO
-
Elman Nəsirovun qızı atasının toy şəkillərini yaydı: “Analiz verməyə də hazıram“
-
Heyvan bazarları bağlandı - Ət qıtlığı olacaq?
-
Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı - Qardaşını ittiham etdi
-
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrini “Qızıl donanma“ya çevirmək istəyir - KİV
-
“Şərait yaradılsa belə, Kremli vurmaq imkanımız yoxdur“ - Ukraynalı polkovnik
-
Bakıya və rayonlara yağış yağacaq, bəzi yerlərdə sulu qara keçəcək - XƏBƏRDARLIQ
-
Paşinyan keşişlərin intim videolarını yaydırdı - Ermənistan ÇALXALANIR
-
“Atam və bacım legitimliyimi şübhə altına alarsa, onları məhkəməyə verəcəm” - Elçin Ağamalı
-
Bakıda çökən əmlak bazarı: Mənzillərin baha olmasının səbəbi nədir?
-
“Türkiyəsiz planetdə bir çox münaqişələri həll etmək mümkün deyil” - Ərdoğan
-
Elman Nəsirov qızının yaydığı videodan danışdı: “Radikal müxalifətin işidir”
-
“Rusiyanın dərinliklərinə zərbələr öz nəticəsini verir” - BUDANOV
-
“Partiyanı oğluma necə verə bilərəm, o adam...“ - Fəzail Ağamalı
-
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Avropa dron təhlükəsi ilə üz-üzə: Təşəbbüs realdırmı?
-
Fəzail Ağamalıdan dava ilə bağlı açıqlama - “Oğlum yalan danışır“
-
Bakıda və bəzi rayonlarda külək güclənəcək - Xəbərdarlıq
-
Anar Əsədlidən şikayət edən 4 nəfər kimdir? - TAM SİYAHI
-
Torpaq bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Bakıda sosial ev dələduzluğu: 90 min manatı ələ keçirən şəxs saxlanıldı
-
“Hadi İnşaat“la bağlı “tender əməliyyatları“ davam edir - Daha bir müsabiqənin qalibi oldu
-
Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: “Yarım iş vahidində çalışır“
-
Ağamalıların partiyasında qalmaqal - Ata, oğul və qız üz-üzə gəldi
-
“Ya pul verməlisən, ya da obyekti bağlamalısan“ - AQTA və qəssablar arasında qalmaqal
-
“Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub” - ŞİKAYƏT
-
“Avans Kredit” lombard şəbəkəsi ilə bağlı qalmaqallı iddialar: Qəbzsiz ödənişlər və gizli maliyyə dövriyyəsi
-
Bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib - VİDEO - ADLAR
-
Müavinlərlə münaqişə, kobud rəftar, yoxsa... - General niyə vəzifədən çıxarılıb?
-
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar + VİDEO
TOP 10
ARXİV





