Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Futbolumuzun məşhur legionerləri - FOTOLAR

Tarix 25.10.25, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycan futbolu bir sıra tanınmış futbolçuların diqqətini cəlb edib. Xüsusilə, "Qarabağ”ın beynəlxalq arenadakı uğurlu çıxışları ölkə klublarına olan marağı artırıb. Bura gələn ulduzların bir qismi karyeralarının son mərhələsində yeni təcrübə yaşamaq, digərləri isə özlərini yenidən sübut etmək ümidi ilə bu seçimi edir. Amma məqsədləri nə olursa-olsun, onların hər biri Azərbaycan çempionatına özünəməxsus dəyər qatır - təcrübələri, mediada yaratdıqları maraq, beynəlxalq imicə verdikləri töhfə və bəzən də yadda qalan epizodları ilə. Son olaraq Vensan Abubakar "Neftçi” ilə müqavilə imzaladı.


Mpenza ilə açılan cığır

Emil Mpenzaya qədər də bəzi məşhur oyunçular Azərbaycan çempionatına üz tutub. Lakin belçikalı forvard öncəkilərin hər birini üstələyirdi. O, 2010-cu ildə "Neftçi”yə transfer olunanda artıq Avropa futbolunun tanınmış simalarından biri idi. "Şalke”, "Hamburq”, "Mançester Siti” kimi klublarda oynamış Mpenza Bakı klubuna gələndə 32 yaşı var idi. O, "Neftçi”də keçirdiyi 28 oyunda 5 qolla yadda qaldı. Hərçənd yaş və zədələr onun tam potensialını göstərməsinə imkan vermədi, lakin belçikalı Azərbaycan futboluna gələn ilk "dünya səviyyəli” hücumçulardan biri kimi tarixə düşdü. Mpenzanın transferi sonrakı illərdə ölkəmizə gələcək ulduzlara yol açan ilk addımlardan biri idi.

Bakıya gələn "zadəgan”

2019-cu ilin yazında dünya futbolunun nəhəng adlarından biri, "Çelsi”nin sabiq ulduzu Maykl Essien Bakıya gəldi. Uzun illər "zadəganlar”ın əsas simalarından olan qanalı yarımmüdafiəçi "Sabail”lə müqavilə bağladı və qısa müddətdə klubun simasına çevrildi. Essien yalnız meydanda yox, həm də soyunub-geyinmə otağında təcrübə mənbəyi idi.

Baxmayaraq ki, yaş və zədələr onun ən yaxşı performansını göstərməsinə mane olurdu, "Sabail”də Essien 14 oyunda meydana çıxdı. Onun gəlişi beynəlxalq səviyyədə Azərbaycan futbolunun tanınmasına səbəb oldu. Essienin Bakıya gətirdiyi əsas dəyər nəticədən çox imic idi.


Qapıda "Premyer Liqa səviyyəsi”

2019-cu ildə Asmir Beqoviçin "Qarabağ”a transferi həm yerli, həm də beynəlxalq mediada böyük əks-səda doğurdu. Bosniya və Herseqovina millisinin sabiq qapıçısı, "Çelsi” və "Everton” kimi klublarda çıxış etmiş Beqoviç "Bornmut”dan icarəyə gəldiyi zaman hələ də möhtəşəm formada idi.

Qapıda inamlı çıxışları ilə o, komandanın Avropa oyunlarındakı əsas dayağına çevrildi. Beqoviç Azərbaycan çempionatını çempionluq titulu ilə başa vuraraq ölkədə təkcə ulduz deyil, həm də peşəkarlıq simvolu olaraq yadda qaldı. 


Yapon dəqiqliyi ilə "Neftçi”də

2021-ci ildə pandemiya səbəbindən bütün dünyada futbol dayanmışkən, Keysuke Honda Azərbaycana gəldi. Yapon ulduz "Neftçi” ilə qısa müddətli müqavilə imzaladı və 7 oyunda 2 qol vurdu.

"Milan”dakı oyunu ilə məşhurlaşan Honda "Neftçi” üçün PR baxımından böyük addım olmaqla yanaşı, komandanın titul arzusuna son qoymaqda da aparıcı oyunçulardan idi. O, komanda ilə birlikdə həmin mövsüm Azərbaycan çempionu oldu və karyerasını titulla başa vurdu. Honda intizamlı, təmkinli və texniki cəhətdən hələ də güclü idi. Qısamüddətli də olsa, Honda Azərbaycan futbolunda iz qoymağı bacardı.

Özünü yenidən sübut edən Benziya

"Qarabağ” son illərdə legioner siyasətini ən uğurlu şəkildə quran klubdur. Bu strategiyanın növbəti hədəfi 2023-cü ildə Yassin Benzia oldu. "Lill” və "Lion” kimi klublarda oynamış fransalı hücumçu "Qarabağ”a gələrkən, karyerasının eniş dövrünü yaşayırdı. Burada isə o, yenidən parlamağı bacardı. Benziya ölkəmizə həm Avropa təcrübəsini, həm də yaradıcılığını gətirdi. O, "Qarabağ”da ümumilikdə 62 oyunda 19 qol vurmağı bacardı. Futbolçunun oyun tərzi komandanın taktikasına uyğun idi: driblinq, ötürmə dəqiqliyi və son zərbələrdə səlisliyi. 

Abubakar nə ilə yadda qalacaq?

Azərbaycanda bu mövsümün əsas hadisəsi isə Vensan Abubakarın "Neftçi”yə gəlişidir. Kamerunlu forvardın "ağ-qaralar”a keçidi xəbəri gündəmi silkələdi. Sonuncu klubu "Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub. "Neftçi” azarkeşlərinin ulduz futbolçuya inamı böyükdür. O, komandanın hücum xəttindəki çətinliyini aradan qaldırmaq üçün transfer edilib. Eyni zamanda, "Neftçi”nin adının beynəlxalq arenada daha çox çəkilməsinə səbəb olub. Hələlik Abubakarın nə ilə yadda qalacağını təxmin etmək çətindir. Lakin əgər o, bacarığını göstərə bilsə, Premyer Liqanın əsas simalarından birinə çevriləcək.

Mənbə: "Kaspi" qəzeti



Xəbərin oxunma sayı : 403




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap