Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bu gün keçirilməli olan oyunlar təxirə salınacaq? - PFL-dən açıqlama

Tarix 27.02.25, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


Peşəkar Futbol Liqası bu gün Azərbaycan Kubokunda, həmçinin I Liqa, II Liqa və Əvəzedicilər Liqasında baş tutacaq oyunların təxirə salınıb-salınmayacağı ilə bağlı bəyanat yayıb.

AzFakt.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib.

"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, I Liqa, II Liqa və Əvəzedicilər Liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək", - bəyanatda vurğulanıb.



Xəbərin oxunma sayı : 994




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap