|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Qubada dəhşətli qətl hadisəsi: Bacısının sevgilisini öldürdü
Tarix 17.12.24, 20:16 |
|
Quba rayonunda 1996-cı il təvəllüdlü Müslüm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şamili (adlar şərti verilib – red.) qətlə yetirib.
Müslüm ailə üzvlərinə baş çəkmək üçün 1 iyun 2023-cü ildə Moskvadan Bakı şəhərindəki evinə gəlib.
Həmin gün saat 21 radələrində bacısı Sevillə 1997-ci il təvəllüdlü Quba şəhər sakini Şamil arasında münasibəti dəqiq öyrənmək məqsədilə anası Lətifəyə məxsus mobil telefonda “Whatsapp”a girib. Orada anası və bacısı arasında yazışmaları oxuyub, Şamilin bacısı ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamasını, bacısına qeyri-ciddi, xoşagəlməz münasibət göstərməsini dəqiqləşdirib.
Müslüm bacısına belə münasibət göstərdiyinə görə Şamili öldürmək qərarına gəlib. Saat 22 radələrində “Şamaxinka” adlanan ərazidən Quba şəhər sakininin idarə etdiyi “Opel Astra” markalı avtomobillə Quba rayonu istiqamətində yola çıxıb. Saray qəsəbəsi ərazisində “Araz market” mağazasından mətbəx bıçağı alıb.
İyunun 2-də gecə saat 1 radələrində Şamilin yaşadığı Quba şəhərindəki beşmərtəbəli binanın qarşısına gəlib və orada Şamillə görüşüb, ona bacısı Sevilə qeyri-ciddi münasibət göstərməsini, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamasını irad tutub.
Yaranmış mübahisə zamanı bıçaqla Şamilin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Şamilin qardaşı Əli üzərinə gələndə özündən uzaqlaşdırmaq məqsədilə bıçaqla onun sol qoluna bir zərbə endirib. Hər iki yaralı Quba rayon mərkəzi xəstəxanasına aparılıb. Yolda almış olduğu xəsarətlərdən Şamil ölüb.
İstintaq orqanı tərəfindən Müslümün barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
“Adət-ənənəyə uyğun toy oldu”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1996-cı ildə Quba şəhərində anadan olub, ailədə atası Səlim, anası Lətifə, bacıları Səidə və Sevillə birlikdə yaşayıb:
“Quba şəhərində orta məktəbdə təhsil almışam. 9-cu sinfə kimi həmin məktəbdə oxuduqdan sonra ailə üzvlərimlə birlikdə Bakı şəhərinə köçdük, 9-cu mikrorayon ərazisində kirayədə yaşamağa başladıq. 17 yaşımdan etibarən mütəmadi Rusiyanın Moskva şəhərinə gedərək orada müxtəlif şəxslərin yanında satıcı, aşpaz və sair işlərdə çalışırdım. İşim Rusiyada olduğundan orada yaşayırdım.
Ara-sıra Bakı şəhərinə gələrək ailə üzvlərimə baş çəkib yenidən geri qayıdırdım. Atam Bakıda fərdi sürücülüklə məşğul idi, bəzən Bakı-Quba istiqamətlərində taksi sürürdü. Anam isə evdar qadındı. Böyük bacım Səidə ailə quraraq gəlin köçdü, digər bacım Sevil ali təhsil aldı.
Sevil sonradan uzaq qohumumuz Səmədlə ailə qurub, Qubada Köhnə Avtovağzal dairəsi yaxınlığında yaşamağa başladı. Birgə nikahdan onların Elçin adlı övladları doğuldu.
Sevillə Səməd normal ailə qurmuşdular, Quba şəhərində adət-ənənəyə uyğun onların toyu oldu”.
“Qəribə hal müşahidə etmədik”
Müslümün sözlərinə görə, bacısı Sevil və Səməd ailə quran zaman onların arasında nəsə qəribə bir hal müşahidə etməyib:
“Ailə qurduqdan bir neçə il sonra yola getmədilər. Səbəbini soruşanda aralarında ümumi problemlərin olduğunu dedilər. Təqribən 2 il əvvəl Moskvadan Bakı şəhərinə ailə üzvlərimə baş çəkməyə gələndə atam mənimlə təklikdə söhbət etdi. Mənə Quba şəhərində Şamil adlı şəxsin bacım Sevili kollecdə oxuyan zaman ləkələdiyini, onun bakirəliyini pozduğunu, bunun bilinməməsi üçün Sevilin Səmədlə evləndiyini, uşağın Səməddən deyil, Şamildən olduğunu dedi.
Mən bunu bildikdən sonra atama Şamillə nə vaxtsa görüşəcəyim təqdirdə onu bıçaqla vuraraq öldürəcəyimi dedim. Atam belə bir şey etməməyimi, məsələnin yoluna qoyulacağını bildirdi və məni bir müddətlik sakitləşdirdi.
Mən atamın vədlərinə inandım, Elçinin atasız qalmasını istəmədiyim üçün Şamili vurmaq fikrindən daşındım”.
Müslüm qeyd edib ki, daha sonra Moskvaya qayıdıb, bir müddət bu məsələlərə qarışmayıb: “Ailə üzvlərimlə mobil telefonla danışan zaman onlar Sevilin vəziyyətinin yaxşı olduğunu, Qubada ev tutaraq orada Şamillə birlikdə ər-arvad kimi yaşadıqlarını dedilər. Mən də bu sözlərə inandım.
“Bacıma küçə qadını kimi yanaşırmış”
Təsirləndirilən şəxsin sözlərinə görə, 1 iyun 2023-cü ildə evdəkilərə baş çəkmək üçün Moskva şəhərindən Bakıya gəlib:
“Evdə bir qədər yataraq istirahət etdim. Saat 21 radələrində yuxudan oyandım, mobil telefonumda Rusiya nömrəsi olduğundan internetə daxil ola bilmədim. Anamın mobil telefonunda şəbəkə paylayıcı funksiya ilə internetə daxil olmaq istədim.
Sevilin Şamillə münasibətini öyrənmək üçün anamın “Whatsapp” sosial şəbəkəsindəki hesabına daxil oldum. Sevillə olan yazışmaları oxudum.
Şamillə Sevilin münasibətinin mənə danışılan kimi olmadığını, onların eyni evdə yaşamadıqlarını, Şamilin Sevilə kirayə ev tutduğunu, ara-sıra gəlib-getdiyini, ona spirtli içki içirtdiyini, bacıma arvad kimi yox, küçə qızı kimi yanaşdığını öyrəndim. Bu barədə Sevilin anama olan giley-güzarını oxudum və ailə üzvlərimin mənim Şamilə nəsə etməməyim üçün yalan söylədiklərini başa düşdüm.
Bacıma göstərilən bu münasibəti qəbul edə bilmədim. Məsələni aydınlaşdırmaq üçün Quba rayonuna getməyi qərara aldım”.
“Sevilin harada olduğuynu soruşdum”
Müslümün ifadəsinə görə, “Şamaxinka”da Bakı-Quba taksilərinə yaxınlaşıb, Ehtiram adlı şəxsin “Opel” markalı avtomobili ilə yola çıxıb:
“Maşına başqa sərnişin götürmədik. Bakı şəhərindən çıxanda Ehtiramın mobil telefonu ilə Şamilin mobil nömrəsinə zəng etdim. Onun nömrəsini anamın telefonundan götürmüşdüm.
Şamilə Quba rayonu istiqamətində yola çıxmağımı, 2 saata Qubada olacağımı bildirdim. “Saray postu” yaxınlığında maşını saxlatdım, “Araz market”dən bıçaq aldım. Məqsədim Şamillə söhbət zamanı özümü müdafiə etmək idi. Həmçinin bacıma göstərdiyi münasibətə görə xeyli qəzəblənmişdim.
Ehtiram görməsin deyə bıçağı şalvarımın cibində gizlətdim. Əlavə olaraq marketdən 2 ədəd yarımlitrlik pivə aldım və yolboyu hər ikisini içdim.
Quba meydana doğru hərəkətdə olarkən yenidən Ehtiramın mobil telefonu ilə Şamilə zəng edərək ondan həyətə düşməsini xahiş etdim. Şamilin təsviri əsasında onun yaşadığı evin qarşısına gəldim. O da evdən düşərək yanıma gəldi. Ondan Sevilin yerini soruşdum, aşağı evdə yaşadığını dedi. Aşağı evin hara olduğunu soruşanda aşağı evdə, yəni kirayədə ayrıca qaldığını söylədi.
Bu söhbətdən Sevilin mesajlarda dediyi kimi, Şamilin onunla yaşamadığını başa düşdüm”.
“Qaranlıqdan səs gəlirdi”
Müslüm qeyd edib ki, həmin vaxt gecə saat 1 olarmış, Şamil isə öz evindəymiş: “Ona birlikdə bacımın yanına getməyi təklif etdim. Bacıma nəyə görə qeyri-ciddi yanaşmasını, onu gecə vaxtı tək qoymasını irad tutdum.
Şamil isə qolumdan tutaraq “vapşe, bura gəl, görüm sən nə deyirsən” deyərək məni yaşadığı binanın həyətinə, qaranlığa tərəf apardı. Qaranlıq tərəfdən adam səsləri gəlirdi. Bundan başqa, mənimlə yekə-yekə danışırdı. Sanki mənim Sevilin qardaşı olduğumu ciddiyə almır, öz hərəkətləri ilə etdiklərinin düzgün olduğunu nümayiş etdirirdi. Üzrxahlıq əvəzinə, elə bil heç peşman deyildi. Məni dartışdıranda əliylə gödəkçəsini qaldıraraq sanki nəsə çıxarmaq istədi. Bıçaq çıxardığını görməsəm də, bu vəziyyətdən onun bıçaq çıxaracağını düşündüm.
Buna görə də, həm onu cəzalandırmaq, həm də onu qabaqlamaq üçün əvvəlcədən aldığım bıçağı çıxardım. Bir neçə dəfə Şamilin bədəninin müxtəlif nahiyələrinə zərbə endirdim. Konkret neçə zərbə vurduğumu xatırlamıram. İstiqamətsiz formada zərbələr endirirdim.
Şamil zərbələrin təsirindən məni buraxdı. Üstümə tərəf gəlsə də, çətinliklə hərəkət etdi. Getmək istəyəndə qaranlıqdan üzərimə bir nəfərin qaça-qaça gəldiyini gördüm. Hadisədən sonra həmin şəxsin Şamilin qardaşı olduğunu bildim. O, üstümə gələrək yumruq atdı. Buna görə bıçaqla bir dəfə də ona zərbə endirdim”.
“Mənim ikinci bıçağım olmayıb”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra oradan qaçaraq 3 nömrəli rus məktəbinə tərəf gedib: “Xalamgilə gedərək ailə üzvlərimə xəbər verməyi düşündüm. Amma xalamgilə əli bıçaqlı getmək istəmədim. Bıçağı məktəbin yaxınlığındakı otluq əraziyə tulladım. Sonra yaxınlıqda yaşayan xalamgilə gəldim.
Hadisədən sonra əllərim kəsilmişdi, qan içərisindəydi. Xalam əllərimi döşəküzü parçası ilə sarıdı. O özü, əri hadisə barədə soruşdular. Sevilin qeyri-rəsmi ər-arvad münasibətdə olduğu Şamili öldürdüyümü bildirdim. Onlar atamgilə zəng etdilər. Bir qədər sonra Quba Rayon Polis Şöbəsinin əməkdaşları gəldilər.
Hadisə yerində aşkar edilmiş dəstəyi göy-qırmızı-ağ qarışıq bıçaq deyil. Ola bilsin, həmin bıçaq Şamilin gödəkçəsinə əl ataraq çıxarmaq istədiyi bıçaqdı, hadisə zamanı yerə düşüb. Mənim ikinci bıçağım olmayıb.
İstifadə etdiyim bıçaq sonradan hadisə yerindən mənim iştirakımla götürüldü. Şamilə bıçaqla zərbələr endirən zaman ətrafda kənar şəxslər olmayıb. Şamillə söhbətə tək gəlmişəm. Məlum hadisəyə qədər onu heç vaxt görüşməmişəm.
Şamil mənə heç bir zərbə endirməyib, qardaşı Əli məni yumruqla vurmaq istəsə də, çəkildiyim üçün dəymədi”.
“İçimdə uşaqlıq sevgisi olub”
İş üzrə şahid qismində ifadə verən Sevilin sözlərinə görə, qətlə yetirilən Şamili uşaqlıqdan tanıyıb: “Biz eyni məhəllədə, ayrı-ayrı binalarda yaşamışıq. Həmin vaxt 10 yaşı olardı. Yaşadığımız binalar yanaşıydı, həyətdə bir yerdə oynayırdıq. Bir məktəbdə oxumasaq da, eyni həyətə çıxırdıq. Şamilə qarşı içimdə uşaqlıq sevgisi olub. Uşaqlıqdan o da məni istəyirdi.
On bir yaşım olanda ailəmizlə Bakı şəhərinə köçdük və Şamillə əlaqə itdi. 2016-cı ildə Qubada kollecin tibb bacısı fakültəsinə qəbul oldum. Əvvəlcə Quba Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında, daha sonra isə kollecə yaxın başqa bir ərazidə kirayə ev tutaraq orada yaşadım.
Tibb kollecində oxumağa başladıqda Şamil məni “İnstagram" sosial şəbəkəsində tapdı və mənə ismarıc yazdı. Bundan sonra “İnstagram”da danışmağa başladıq. Onda kollecin 2-ci kursunda təhsil alırdım. Bir müddət danışdıqdan sonra aramızda sevgi münasibəti yarandı”.
“Bakirəliyimin pozulmasını dedim”
Sevil qeyd edib ki, ilk dəfə 2017-ci ilin oktyabr-noyabr aylarında Şamilin ailə üzvləri evdə olmadığı vaxtda onun dəvəti ilə yaşadığı evə gedib, orada könüllü olaraq öz iradəsi əsasında Şamillə təbii yolla cinsi əlaqədə olub, bakirəliyi həmin vaxt pozulub və bu barədə heç kimə məlumat verməyıb:
“Rəfiqələrimə belə bu barədə demədim. Sonradan mütəmadi Şamillə kirayə yaşadığım evdə, Şamilin apardığı oteldə və ya dost-tanışının mənzilində görüşərək təbii yolla cinsi əlaqədə olmuşam.
2017-ci ilin noyabr ayında Quba şəhərində “Favorit" marketdən bazarlıq edən zaman anamın bibisi nəvəsi, həmin marketdə satıcı işləyən Səməd məni görərək bəyəndi. Səməd saf biriydi, bildiyimə görə, anadangəlmə zəifliyi də vardı.
Səməd anasına mənimlə evlənmək istədiyini bildirdi, o da mənim anama dedi. Şamillə mütəmadi cinsi əlaqədə olsam da, onun mənimlə evlənmək fikrinin olmadığını bilirdim. Bu səbəbdən anam Səmədin məni istədiyini dedikdə razılaşdım. Evlənərək bakirəliyimin pozulmasını həmin evliliklə əlaqələndirmək istəyirdim.
Səmədlə tanış olanda Şamilin mənimlə təbii yolla cinsi əlaqədə olduğunu, bakirəliyimin pozulduğunu dedim. O da məni qəbul etdi”.
“Mənimlə evlənməyə razılaşdı”
Sevilin ifadəsinə görə, 7 dekabr 2017-ci ildə Bakı şəhərində onun “həri” məclisi olub, üzük taxılıb:
“Bundan sonra yenə də Şamillə görüşməyə davam etdim. O, Səmədlə evlənəcəyimə əsəbləşdi. Lakin mənimlə evlənmək də istəmədi. Səmədlə “həri” məclisi olmasına baxmayaraq mütəmadi Şamillə cinsi əlaqədə olurdum.
2018-ci il mart ayının 8- də Qubada Səmədlə nişan məclisim oldu. Aprel ayında Şamildən hamilə qalmağımı bildim. Ona bu barədə məlumat verdim. Şamil uşağı abort etdirməyimi istədi, mən razılaşmadım.
Hamiləliyimi isə gizlədə bilmədim. Səmədə Şamildən hamilə qaldığımı bildirdim. Buna əsəbləşsə də, saf və zəif biri olduğundan bu barədə heç kimə məlumat vermədi. Məni bu formada qəbul etdi və evlənməyə razılaşdı.
Aramızdakı razılığa əsasən, ailə üzvlərinə uşağın özündən olduğunu dedi. Bütün ailələr, hər kəs guya uşağın Səməddən olduğunu qəbul elədi. Toydan qabaq Səməd ailə üzvlərinə mənim artıq hamilə olduğumu xəbər verdi. Ailə də bunu qəbul etdi.
Şamillə belə razılığa gəldik ki, Səmədlə ailə qursam da, onunla heç vaxt cinsi əlaqədə olmamalıyam, bir müddət sonra boşanmalıyam və hər kəs övladımın nikahdankənar olduğunu düşünməməlidi”.
“Anama etiraf etdim”
Sevil qeyd edib ki, 2018-ci ilin iyun ayında Səmədlə toy məclisi olub: “Oktyabr ayının 30-da oğlan övladım dünyaya gəldi, adını Elçin qoydular. Mənim Səmədlə rəsmi nikahım olmayıb, dini nikahım olub. Onunla heç vaxt cinsi əlaqədə olmamışam.
Uşaq doğulduqdan bir neçə ay sonra yola getmədiyimi bəhanə edərək ondan ayrıldım. Ayrılana kimi ailələrimiz Elçinin atasının Səməd olduğunu, sadəcə toydan əvvəl hamilə qaldığımı düşündülər.
Səmədlə ailəli olduğum dövrdə Şamillə mobil telefonla danışmışam, lakin aramızda hər hansı cinsi əlaqə olmayıb.
Ayrıldıqdan sonra yenidən Şamillə münasibətə davam etdim. Bakı şəhərində anamgillə yaşadığımdan Şamillə yalnız mobil telefonla danışırdım, kollecdən də ərizə yazıb çıxmışdım.
Səməddən ayrıldıqdan sonra təsadüfən xalam mobil telefonumda Şamillə olan mesajlarımı gördü. Mesajlardan uşağın, yəni Elçinin atasının Şamil olduğunu bildi. Mesajların şəkillərini çəkərək anama göndərdi. Məcbur qalıb hər şeyi anama etiraf etdim”.
“Mənə narkotik təklif edib”
Sevilin ifadəsinə görə, Səmədlə evlənməmişdən və evləndikdən sonra da Şamildən başqası ilə cinsi əlaqədə olmayıb: “Anam gerçəkləri öyrəndikdən sonra bir müddət atama demədi.
Sonradan Qubaya köçərək Şamillə ər-arvad kimi yaşadım. Artıq anam məcbur qalaraq hər şeyi atama danışdı. Atam da bu barədə qardaşım Müslümə məlumat verdi.
Quba şəhərində Şamil kirayə ev tutdu. Şamil, oğlumbirlikdə yaşadıq. Atamgil də bizim birlikdə yaşamağımızı qəbul etdilər. Şamilgilin çörək sexi vardı, eyni zamanda, çayxana da işlədirdilər.
Bu müddət ərzində qardaşım Müslüm Rusiyada işləyirdi, bizim məsələmizə qarışmırdı. Şamil mütəmadi spirtli içki içir, müxtəlif narkotik maddələr qəbul edirdi, hətta bir neçə dəfə mənə də təklif eləmişdi. Mən də bir neçə narkotik qəbul etmişəm.
Son bir neçə ay ərzində Şamillə Quba şəhərində “MTS” adlanan ərazidə yaşamışıq. Lakin o, artıq daimi mənimlə qalmır, 1 gün anasıgilə gedir, 1 gün isə mənim yanıma qayıdırdı. Birgə yaşadığımız müddətdə spirtli içki içəndə, narkotik maddə istifadə edəndə mənimlə pis rəftar edir, məni döyüb söyürdü.
Bunları “Whatsapp” sosial şəbəkəsi vasitəsilə anama yazaraq demişəm. Hadisədən sonra bildim ki, Müslüm anamla olan yazışmalarını oxuyub, Şamildən etdiyim giley-güzarımdan xəbər tutub".
“Cinsi əlaqədə olduğumuzu xatırlamadım”
İş üzrə şahid qismində ifadə verən Səmədin sözlərinə görə, Sevil anasının dayısı nəvəsidir, əvvəllər qonşuluqda yaşayıb, sonradan Bakı şəhərinə köçüblər:
“Mən marketdə satıcı işləmişəm, Sevil həmin vaxt kollecdə oxuyurdu. Marketə gəlib-gedən zaman onu gördüm, özü mənə tanışlıq verdi. Söhbət əsnasında qohum olduğumuzu bildik.
Sevil marketə gəlib-gedən zaman ondan xoşum gəldi, mobil nömrəsini alaraq ara-sıra danışdıq. Onunla evlənmək istədiyimi bildirdim. Anam Sevilin anasıyla danışdı, Sevil özü də bu izdivaca razı oldu.
Bu müddət ərzində Sevilin Şamillə münasibətini, mütəmadi görüşdüklərini, cinsi əlaqədə olduqlarını bilməmişəm. Sevil özü də bu barədə mənə deməyib.
2018-ci ilin mart ayında Sevilin evində olan zaman huşumu itirdim. Təqribən 2-3 saat sonra oyandıqda əynimdə yalnız alt paltarı vardı. Sevilin deməsinə əsasənŞ guya təbii yolla cinsi əlaqədə olmuşuq, onun bakirəliyini pozmuşam. Mən nə baş verdiyini xatırlamadığım üçün ona inandım. Lakin cinsi əlaqədə olduğumuzu xatırlamadım”.
“Sübut edə bilmədim”
Səməd qeyd edib ki, toydan əvvəl Sevilin qarın nahiyəsində şişkinlik müşahidə etsə də, Sevil guya ödündən əməliyyat nəticəsində şişkinlik yarandığını bildirib, o da inanıb:
“2018-ci ilin iyun ayının 30-da toy məclisimiz oldu. Toydan bir neçə gün sonra Sevilin hamilə qaldığını bildim. Uşağın kimdən olduğunu soruşanda mart ayında cinsi əlaqədə olduğumuzu, həmin vaxt hamilə qaldığınıı dedi. Lakin mən buna inanmadım, ürəyimdə şübhələr yarandı.
Sonradan Sevilin mobil telefonda bir neçə dəfə kiməsə şəkil göndərdiyini, kimləsə danışdığını gördüm. Telefonunu istəsəm də, Sevil vermədiyi üçün heç nə sübut edə bilmədim”.
Səmədin bildirdiyinə görə, 2018-ci ilin avqust ayının 10-da Sevil anasına hamilə qaldığını, uşağın da ondan olduğunu bildirib: “Lakin anam inanmadı, bu səbəbdən Sevilin anasına məlumat verdilər.
Sevilin ailə üzvləri yaşadığımız evə gəldilər, əvvəlcə uşağın elə məndən olduğunu iddia etdilər. Lakin mən çox şübhəli oldum, ailə üzvlərim də Sevildən şübhələndilər. Sevili ailəsi ilə birlikdə Bakıya göndərdik. Həmin gündən Sevili qəbul etmədim. Sevil Bakıda atasıgillə yaşadı.
Sonradan 1-2 günlük Sevili geri qaytardım, məsələni araşdırmaq istədim. Üzərinə çox getdikdə hər şeyi etiraf etdi. Bundan sonra mən və ailəm Sevili tamamilə rədd etdik”.
“Sevin qardaşı dedi ki, düz etmisən...”
Səməd qeyd edib ki, 2018-ci ilin oktyabr ayının 30-da uşaq dünyaya gəlib, Sevilin atası zəng edib və gəlib uşağı görməsini istəyib: “Mən uşağın atasının mən olmadığımı dedim. Lakin Sevilin ailəsi israr etdi.
Sevil hər şeyi mənə etiraf etsə də, ailəsinə gerçəyi deməmişdi. Bu səbəbdən ailə mənə yox, ona inanırdı. Sonradan onlar da uşağın məndən yox, Şamildən olduğunu bildilər. Müslüm bu məsələdən çox sonra xəbər tutdu. Sevilin ailəsi Müslümdən bu məsələni gizlədirdi. Onun Şamilə nəsə edəcəyindən qorxurdular.
Müslüm bu söhbəti bildikdən sonra mənimlə Bakıda görüşdü. Düzgün hərəkət etdiyimi, mənim namusumu təmizlədiyimi, öz namusunun isə çirkli qaldığını, Şamili harada görsə, öldürəcəyini dedi.
Müslüm ailə üzvlərindən fərqli olaraq yaxşı insandı. Sdəcə, bacısının vəziyyətinə görə çox utanırdı.
Sonradan bildiyimə görə, ailəsi Müslümü yalan vədlərlə guya hər şeyin yaxşı olduğuna inandırıblar. Hətta bir neçə dəfə Sevilin anası mənə zəng edərək Müslümün soruşacağı halda uşağın atası olduğumu deməyimi xahiş etdi”.
“Onu sadəcə çox istəmişəm”
Səmədin sözlərinə görə, daha sonra onun Sevillə və ailəsi ilə heç bir əlaqəsi olmayıb, Şamilin Sevili bir növ məşuqəsi kimi saxladığını eşidib: “Lakin bu söhbətlərə qarışmamışam. Bu müddət ərzində Şamil bir neçə dəfə işlədiyim yerə gələrək uşağın atası olduğumu qəbul etməyim üçün təzyiq etdi. Lakin mən razılaşmadım, DNT analizi verilməli olduğunu bildirdim.
Sevillə və ailəsi ilə əlaqəm kəsildiyindən Müslüm və Şamil arasında nə baş verdiyini bilməmişəm.
Toydan əvvəl Sevilin Şamillə münasibətindən xəbərim olmayıb. Bilsəydim onunla evlənməzdim. Heç kim hansısa qızı hamilə vəziyyətdə qəbul etməz. Mən sadəcə Sevili çox istəmişəm. Sevil isə bu vəziyyətdən istifadə edib. Sonradan o özü Şamillə münasibətimi etiraf etdi”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Müslüm 12 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 835
Kriminal
Xəbərlər
-
AQTA şirniyyat hazırlanan müəssisəni bağladı – Fotolar
-
Masazırda 38 yaşlı qadın öldürüldü - Qohumu tutuldu
-
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı - FOTO
-
Nazirliyin sabiq əməkdaşının məhkəməsi başlayır - Rüşvət qalmaqalı
-
Azərbaycanda 11 gün iş olmayacaq - TARİXLƏR
-
Xaricdə təhsil alan tələbələr ehtiyac üçün Bakıya siqaret gətirir - MƏHKƏMƏ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həbsdəki general 12 milyon 415 min ödədi - cəzasının yüngülləşdirilməsini istəyir
-
Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq - RƏSMİ
-
Yerə güclü maqnit qasırğası yaxınlaşır - Təhlükəli tarixlər açıqlandı
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Azərbaycanda tanınmış ekspert həbs edildi - Narkotik ittihamı ilə
-
Əli Əsədov Almatıda işgüzar səfər olub - FOTOLAR
-
“Xəbər bizi son dərəcə kədərləndirdi“ - İlham ƏIiyev Donald Trampa başsağlığı verib
-
Məşğulluq Agentliyi yenə ofis icarəyə götürür - Bu dəfə 1,5 milyon manata
-
Beyləqanda Gənclər Günü ilə bağlı tədbir keçirildi - Fotolar
-
19 yaşlı Samirənin acı taleyi: Əxlaq polisi məcburi evləndirdi, ailəsi döyərək cəzalandırdı
-
Problemli maşınlar yenisi ilə əvəzlənir? - “Avtomobildə nöqsan varsa...”
-
Bakıda avtoritetlərin “sxodka“sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTOLAR
-
Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...
-
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: Gizli çəkiliş, mətbəxdəki rüşvət...
-
“Cərrahi əməliyyatların sayı 89 faiz artıb“ - Nazir
-
İcra başçısının müavini oğlunu öz yerinə gətirtmək istəyir? - İDDİA
-
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq - “Həm indeksləşdirmə, həm də...”
-
Dövlətə məxsus gəmilər satılır - Biri 295 min manata
-
Cahit Bağçıdan vida paylaşımı: “Əlvida, əziz Azərbaycan!“
-
Hüquq müdafiəçisinin qızı niyə cərimələnib? - Qalmaqal
-
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...
-
Nazir getdi, nazirlik də ləğv olunur? - ŞƏRH
-
“Quska” Prezidentə müraciət etdi - İstintaq yeniləndi
-
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI
-
“Meymunçiçəyi virusuna ilk yoluxan şəxs evə buraxılıb“ - TƏBİB
-
Regional Su Meliorasiya Xidməti 1.4 milyona nə alacaq? - Tender...
-
“Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb“ - İsrael Lau
-
Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq - Agentlikdən açıqlama
-
AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər
-
Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb - “Forbes”
-
Bakıda yeni hava limanı inşa olunur - Bu tarixdə təhvil veriləcək
-
ÇL-də Liqa mərhələsi yekunlaşdı - Gecənin nəticələri
-
Ölkəmiz regionda mühüm nəqliyyat mərkəzlərindən biridir
-
Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq
-
Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək
-
Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır
-
Göyçayın deputatının köməkçisi vətəndaşın adından 18800 manat kredit götürüb - Bank təsdiqlədi (VİDEO)
-
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı - Səslərin sayılmasına başlanılıb
-
Renat Dadaşov Azərbaycana gəlir - “Neftçi“, yoxsa “Qarabağ“?
-
Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
-
“Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq“ - Overçuk
-
Məzahir Pənahov xanımı ilə səsvermədə - Fotolar
-
Saat 17:00-a qədər 1 715 291 nəfər səs verib - MSK
-
Naxçıvanda qətl törədildi - Saxlanılan var
-
Ərdoğan azərbaycanlı nazirləri qəbul etdi - FOTO
-
Bakıda “Sarf“ restoranının müdiri xanım ofisantı döydü - Həbs edildi
-
ABŞ məhkəməsi Trampın qərarını dayandırıb - 23 baş prokuror etiraz edir
-
Üç türk dövləti arasında Ankara Bəyannaməsi imzalandı - Birgə hərəkət ediləcək
-
“Grand Kredit“ vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
-
Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...
-
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya - “Rusiya səfiri də Azərbaycan XİN-ə dəvət olunub və...“
-
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək - zərərçəkənin şikayəti
-
Narkotik çəkib maşın sürdü - Saxlanıldı - VİDEO
-
Əli Əsədov bu məntəqədə səs verdi - FOTOLAR
-
Penitensiar Xidmətinin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
-
Bu gün Bakıda parklanma ödənişsizdir? - AYNA-dan açıqlama
-
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü oldu - FOTOLAR
-
Vətəndaşların xaricdən avtomobil gətirməsinə qadağa qoyulacaq? - Dilerlər hökumətə müraciət edib
-
“Medilife“da nə baş verib? - “Oğlum xəstə idisə...“
-
Qrenlandiyanın 85%-i ABŞ-a birləşmək istəmir - SORĞU
-
Bələdiyyə üzvləri hansı hallarda səlahiyyətlərini itirə bilər? - VİDEO
-
Döyüldüyü iddia edilən diplomat danışdı - Hər şey bu uşağa görə olubmuş + FOTO
-
“Xarici kəşfiyyat xidmətləri Rusiyada sabitliyi pozmağa çalışır“ - Komissiya
-
Bakı metrosunun rəisi işdən buna görə çıxarılıbmış - Səbəb bilindi
-
Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var - “Mahal“ın sədrinə “stop“ qoyuldu
-
Prezident Administrasiyasının rəhbəri bu məntəqədə səs verdi - FOTO
-
Baş həkimi 10 min maaş alan xəstəxanada QALMAQAL:Pozuntular əvvəlki rəhbərindir
-
“İranla əlaqələrimiz yüksək səviyyədədir“ - Hikmət Hacıyev
-
Dövlət rəsmiləri seçkiyə qatıldı - FOTOLAR
-
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
-
AMEA Qafqazşünaslıq İnstitutunu niyə bağladı - ilginc iddialar
-
Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - SİYAHI
-
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
-
İlham Əliyev Çin sədrinə məktubu göndərib: “...bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik“
-
“ABŞ-yə qanunsuz daxil olan hər kəs cinayətkar sayılacaq“ - Ağ Ev
-
“YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
-
Sumqayıtda iki uşaq anası qətlə yetirildi - Şübhəli əridir
-
Bələdiyyə seçkiləri keçirilir – Prezident səs verdi
-
Günlük taksi icarəyə götürən sürücülərin iş saatı ilə bağlı qrafiki varmı? - VİDEO
-
Sosial şəbəkələrdə saxtalaşdırılaraq satılan meyvə hansıdır? - VİDEO
-
Bakıda sakinlərlə tikinti şirkəti arasında problem - Kirayə pulları ödənilmir
-
Mal və quzu əti bahalaşdı - Yeni qiymətlər
-
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladılıb - Liviyalı səhra komandirinə görə
-
Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı
-
Bu gün instaqramda paylaşılanlar - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri: Kim gəlir, kim gedir?
-
Gözəllik salonlarında bu xidmətlər qadağan olundu - Rəsmi xəbərdarlıq
-
“Müharibə bu halda bir-iki aya bitə bilər” - Putin
-
Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı
-
İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
-
Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı“
-
Ərdoğanın Xocalı səfəri - “Şuşada Türkiyə konsulluğunun təməli atılsa...”
-
Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib - Prezident çıxış edib + VİDEO
-
500 manat kredit götürdü, 1500 manat faiz ödədi - Lombard dələduzluğu
-
“Şirvanşah“ muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət
-
Tıxaca görə yeni yollar çəkiləcək - Siyahı
-
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib - SİYAHI
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
“Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
-
Yayılan feyk məlumatlar Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir - MEDİA
-
ARDNF-in aktivləri 60 milyard dolları ötüb - Hesabat
-
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub - SİYAHI
-
Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm
-
Ən çox sığorta ödənişi edən şirkətlər - SİYAHI
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Yeni tərkib formalaşdırılıb
-
Deputatlar toplanacaq - 16 məsələ müzakirə olunacaq
-
Prezidentdən yeni təyinat -SƏRƏNCAM
-
İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər? - Siyahı
-
On üç yaşlı qız üç uşaq atası ilə qaçdı: “Pəncərəsiz otaqda dəhşət yaşadım...“
-
Miqrasiya Məcəlləsi dəyişib - Prezident İlham Əliyev əlavələri təsdiqləyib
-
Təyyarə qəzası ilə bağlı XİN adından saxta məlumatlar yayılır -Xəbərdarlıq + FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Zəngəzurla bağlı tələbini açıqladı - “Azərbaycana maneəsiz keçid verməlidir...”
TOP 10
ARXİV