|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Prezident nəqliyyat məsələləri ilə bağlı müşavirə keçirdi - Fotolar
Tarix 28.01.25, 15:47 |
|
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
AzFakt.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik.
Nəqliyyat məsələlərinə gəldikdə, onu bildirməliyəm ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq.
Bununla bərabər, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.
Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik.
Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.
Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını biz müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq.
İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.
O ki qaldı, Bakı şəhərinin nəqliyyat infrastrukturuna, mən indi bu məsələyə gələcəyəm. Amma ondan əvvəl son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
Ətraflı
Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Biz nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi və Türkiyə də öz ərazisindəki hissəni inşa etmişdi. Beləliklə, yeni bir yol açıldı, hansı ki, bu gün müxtəlif ölkələrin yüklərini Ağ dəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun aşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Yəni, hesab edirəm ki, bu, bizim coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, - mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, - amma biz ciddi iradə göstərərək buna nail olduq.
Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. İndi üzərində işlədiyimiz yol - Ələt-Astara yolu, faktiki olaraq hamı bilir ki, bu yol var, amma nəzərə alsaq ki, gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.
Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur.
Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq.
Onu da bildirməliyəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük.
Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə limanı biz şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Yəni, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır.
Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim olunsun. Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır.
2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə biz, əlbəttə ki, bu işdə də insanların narahatlığını nəzərə alırıq.
Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir. Yenə də həyat göstərir ki, bu, nə qədər düzgün addım idi. Bu gün ənənəvi mənbələrdən, - haradan ki, biz alırdıq, - gəmi almaq mümkün deyil. Biz indi Gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir.
Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.
Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.
Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.
O ki qaldı, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır.
Xəbərin oxunma sayı : 676
Sosial
Xəbərlər
-
AQTA şirniyyat hazırlanan müəssisəni bağladı – Fotolar
-
Masazırda 38 yaşlı qadın öldürüldü - Qohumu tutuldu
-
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı - FOTO
-
Nazirliyin sabiq əməkdaşının məhkəməsi başlayır - Rüşvət qalmaqalı
-
Azərbaycanda 11 gün iş olmayacaq - TARİXLƏR
-
Xaricdə təhsil alan tələbələr ehtiyac üçün Bakıya siqaret gətirir - MƏHKƏMƏ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həbsdəki general 12 milyon 415 min ödədi - cəzasının yüngülləşdirilməsini istəyir
-
Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq - RƏSMİ
-
Yerə güclü maqnit qasırğası yaxınlaşır - Təhlükəli tarixlər açıqlandı
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Azərbaycanda tanınmış ekspert həbs edildi - Narkotik ittihamı ilə
-
Əli Əsədov Almatıda işgüzar səfər olub - FOTOLAR
-
“Xəbər bizi son dərəcə kədərləndirdi“ - İlham ƏIiyev Donald Trampa başsağlığı verib
-
Məşğulluq Agentliyi yenə ofis icarəyə götürür - Bu dəfə 1,5 milyon manata
-
Beyləqanda Gənclər Günü ilə bağlı tədbir keçirildi - Fotolar
-
19 yaşlı Samirənin acı taleyi: Əxlaq polisi məcburi evləndirdi, ailəsi döyərək cəzalandırdı
-
Problemli maşınlar yenisi ilə əvəzlənir? - “Avtomobildə nöqsan varsa...”
-
Bakıda avtoritetlərin “sxodka“sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTOLAR
-
Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...
-
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: Gizli çəkiliş, mətbəxdəki rüşvət...
-
“Cərrahi əməliyyatların sayı 89 faiz artıb“ - Nazir
-
İcra başçısının müavini oğlunu öz yerinə gətirtmək istəyir? - İDDİA
-
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq - “Həm indeksləşdirmə, həm də...”
-
Dövlətə məxsus gəmilər satılır - Biri 295 min manata
-
Cahit Bağçıdan vida paylaşımı: “Əlvida, əziz Azərbaycan!“
-
Hüquq müdafiəçisinin qızı niyə cərimələnib? - Qalmaqal
-
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...
-
Nazir getdi, nazirlik də ləğv olunur? - ŞƏRH
-
“Quska” Prezidentə müraciət etdi - İstintaq yeniləndi
-
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI
-
“Meymunçiçəyi virusuna ilk yoluxan şəxs evə buraxılıb“ - TƏBİB
-
Regional Su Meliorasiya Xidməti 1.4 milyona nə alacaq? - Tender...
-
“Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb“ - İsrael Lau
-
Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq - Agentlikdən açıqlama
-
AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər
-
Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb - “Forbes”
-
Bakıda yeni hava limanı inşa olunur - Bu tarixdə təhvil veriləcək
-
ÇL-də Liqa mərhələsi yekunlaşdı - Gecənin nəticələri
-
Ölkəmiz regionda mühüm nəqliyyat mərkəzlərindən biridir
-
Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq
-
Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək
-
Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır
-
Göyçayın deputatının köməkçisi vətəndaşın adından 18800 manat kredit götürüb - Bank təsdiqlədi (VİDEO)
-
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı - Səslərin sayılmasına başlanılıb
-
Renat Dadaşov Azərbaycana gəlir - “Neftçi“, yoxsa “Qarabağ“?
-
Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
-
“Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq“ - Overçuk
-
Məzahir Pənahov xanımı ilə səsvermədə - Fotolar
-
Saat 17:00-a qədər 1 715 291 nəfər səs verib - MSK
-
Naxçıvanda qətl törədildi - Saxlanılan var
-
Ərdoğan azərbaycanlı nazirləri qəbul etdi - FOTO
-
Bakıda “Sarf“ restoranının müdiri xanım ofisantı döydü - Həbs edildi
-
ABŞ məhkəməsi Trampın qərarını dayandırıb - 23 baş prokuror etiraz edir
-
Üç türk dövləti arasında Ankara Bəyannaməsi imzalandı - Birgə hərəkət ediləcək
-
“Grand Kredit“ vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
-
Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...
-
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya - “Rusiya səfiri də Azərbaycan XİN-ə dəvət olunub və...“
-
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək - zərərçəkənin şikayəti
-
Narkotik çəkib maşın sürdü - Saxlanıldı - VİDEO
-
Əli Əsədov bu məntəqədə səs verdi - FOTOLAR
-
Penitensiar Xidmətinin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
-
Bu gün Bakıda parklanma ödənişsizdir? - AYNA-dan açıqlama
-
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü oldu - FOTOLAR
-
Vətəndaşların xaricdən avtomobil gətirməsinə qadağa qoyulacaq? - Dilerlər hökumətə müraciət edib
-
“Medilife“da nə baş verib? - “Oğlum xəstə idisə...“
-
Qrenlandiyanın 85%-i ABŞ-a birləşmək istəmir - SORĞU
-
Bələdiyyə üzvləri hansı hallarda səlahiyyətlərini itirə bilər? - VİDEO
-
Döyüldüyü iddia edilən diplomat danışdı - Hər şey bu uşağa görə olubmuş + FOTO
-
“Xarici kəşfiyyat xidmətləri Rusiyada sabitliyi pozmağa çalışır“ - Komissiya
-
Bakı metrosunun rəisi işdən buna görə çıxarılıbmış - Səbəb bilindi
-
Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var - “Mahal“ın sədrinə “stop“ qoyuldu
-
Prezident Administrasiyasının rəhbəri bu məntəqədə səs verdi - FOTO
-
Baş həkimi 10 min maaş alan xəstəxanada QALMAQAL:Pozuntular əvvəlki rəhbərindir
-
“İranla əlaqələrimiz yüksək səviyyədədir“ - Hikmət Hacıyev
-
Dövlət rəsmiləri seçkiyə qatıldı - FOTOLAR
-
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
-
AMEA Qafqazşünaslıq İnstitutunu niyə bağladı - ilginc iddialar
-
Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - SİYAHI
-
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
-
İlham Əliyev Çin sədrinə məktubu göndərib: “...bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik“
-
“ABŞ-yə qanunsuz daxil olan hər kəs cinayətkar sayılacaq“ - Ağ Ev
-
“YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
-
Sumqayıtda iki uşaq anası qətlə yetirildi - Şübhəli əridir
-
Bələdiyyə seçkiləri keçirilir – Prezident səs verdi
-
Günlük taksi icarəyə götürən sürücülərin iş saatı ilə bağlı qrafiki varmı? - VİDEO
-
Sosial şəbəkələrdə saxtalaşdırılaraq satılan meyvə hansıdır? - VİDEO
-
Bakıda sakinlərlə tikinti şirkəti arasında problem - Kirayə pulları ödənilmir
-
Mal və quzu əti bahalaşdı - Yeni qiymətlər
-
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladılıb - Liviyalı səhra komandirinə görə
-
Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı
-
Bu gün instaqramda paylaşılanlar - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri: Kim gəlir, kim gedir?
-
Gözəllik salonlarında bu xidmətlər qadağan olundu - Rəsmi xəbərdarlıq
-
“Müharibə bu halda bir-iki aya bitə bilər” - Putin
-
Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı
-
İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
-
Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı“
-
Ərdoğanın Xocalı səfəri - “Şuşada Türkiyə konsulluğunun təməli atılsa...”
-
Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib - Prezident çıxış edib + VİDEO
-
500 manat kredit götürdü, 1500 manat faiz ödədi - Lombard dələduzluğu
-
“Şirvanşah“ muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət
-
Tıxaca görə yeni yollar çəkiləcək - Siyahı
-
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib - SİYAHI
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
“Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
-
Yayılan feyk məlumatlar Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir - MEDİA
-
ARDNF-in aktivləri 60 milyard dolları ötüb - Hesabat
-
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub - SİYAHI
-
Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm
-
Ən çox sığorta ödənişi edən şirkətlər - SİYAHI
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Yeni tərkib formalaşdırılıb
-
Deputatlar toplanacaq - 16 məsələ müzakirə olunacaq
-
Prezidentdən yeni təyinat -SƏRƏNCAM
-
İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər? - Siyahı
-
On üç yaşlı qız üç uşaq atası ilə qaçdı: “Pəncərəsiz otaqda dəhşət yaşadım...“
-
Miqrasiya Məcəlləsi dəyişib - Prezident İlham Əliyev əlavələri təsdiqləyib
-
Təyyarə qəzası ilə bağlı XİN adından saxta məlumatlar yayılır -Xəbərdarlıq + FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Zəngəzurla bağlı tələbini açıqladı - “Azərbaycana maneəsiz keçid verməlidir...”
TOP 10
ARXİV