![]() |
|














Obyektini icarəyə verən sahibkarların nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
Tarix 13.03.25, 16:12 |
|

Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.
AzFakt.com xəbər verir ki, işin hallarına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsini, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib.
Məhkəmə icraata xitam vermə barədə mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 05 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.
Ali Məhkəmənin Kommersiya kollegiyası isə hesab edib ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırıblar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında ümumiyyətlə mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraatında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulub ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək, onun ləğvinə dair bildiriş göndərib, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə edib. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşib-gerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi, cavabdeh MMC-də belə təəssürat yaradıb ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınıb. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət verib.
Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.
Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədən kənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir.
Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir.
Müqavilənin həqiqətən də məhkəmədən kənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin. Hətta, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz.
Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyri-müəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, anoloji işlər üzrə məhkəmə qərardadından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılması müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələnə bilər.
Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara alıb ki, kassasiya şikayəti təmin edilsin. Apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.
Xəbərin oxunma sayı : 304
Sosial
Xəbərlər
-
“Azərişıq” İmişli və Beyləqanda elektrik təsərrüfatını yeniləyir - VİDEO
-
Bir ildə 14 tender, 116 milyonluq müqavilə - ARAŞDIRMA
-
Mourinyo və futbolçusu arasında gərginlik - “Yalan çiçək açır, meyvə vermir”
-
“ASAN Xidmət” 20 milyon ədəd SMS alır - Qiyməti kəskin arta bilər
-
Taksidə əlavə ödəniş tələbi qadağan edildi - Qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azza“nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
-
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi - FOTO
-
DTX Neft Emalı Zavodundakı yanğınla bağlı araşdırmaya başlayıb - Həbs olunan var
-
Obyektini icarəyə verən sahibkarların nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
-
Sülh sazişinin mətni üzərində iş yekunlaşıb - Ermənistan son 2 maddəni də qəbul edib
-
“Ref Logistics”in rəsmisi sahibkarın pulunu “atıb”: Özünə bahalı maşınlar
-
“Ukraynada Avropa sülhməramlılarını yerləşdirmək ideyası təxribatdır“ - Rusiya XİN
-
Azərbaycan həmişə dialoq üçün platforma təqdim etməyə hazırdır - Hikmət Hacıyev
-
Dələduzluq ittihamı ilə axtarışda idi, ölkəyə gətirildi - RƏSMİ
-
Naxçıvanda əhaliyə qəsdən çirkli su verilir? - “Məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir”
-
“İndi onlar böyük qardaşını dəyişiblər“ - Prezident
-
“Sözlərdən rənglərə” sərgisi yeni məkanda davam edir - FOTO
-
“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırıb - FOTO
-
“Teleqram”da iki nəfərin 22 minini ələ keçirdi - Polis həbs etdi
-
İcra hakimiyyətinin şöbə müdiri həbs edildi - Dələduzluqğa görə
-
“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” - İlham Əliyev
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? - Tam siyahı
-
Çingiz 300 mini son gündə ödədi - Hökm gözlənilir
-
Rusiyanın 5 vilayətində fövqəladə gecə - Ukrayna PUA-ları ardıcıl zərbələr endirib...
-
Azərbaycan bu ölkələrdən heyvan idxalını kəskin artırıb - Sayı və qiymətlər
-
Kürəkən keçmiş qayınatasını bıçaqladı - Qusarda
-
“Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu“ - İlham Əliyev
-
Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi
-
Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi - İlk dəfə
-
“Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir“ - İlham Əliyev
-
Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
-
“Trampın xüsusi nümayəndəsinin təyyarəsi Qətərdən Rusiyaya istiqamət götürüb“ - “Flightradar”
-
“Bu gün düzgün seçim daha çox siyasi cəsarət tələb edir“ - Şarl Mişel
-
Qızılı olanlara şad xəbər - Qiymət rekord vurdu
-
Plastik cərrahların sayının azalması xidmətlərin qiymətini artıracaq? - VİDEO
-
Beyləqanda qəza - 6 nəfər xəstəxanalıq oldu
-
Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır - Paşinyan
-
Xəstəxanalardakı uzun növbələri necə aradan qaldırmaq olar? - VİDEO
-
Çempionlar Liqası: 1/4 finalçılar müəyyənləşdi
-
Biz Rusiyaya qarşı pis şeylər edə bilərik - Tramp
-
Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır - VİDEO
-
Ölkəmizin qaz ixracatı coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir
-
“Çox qəşəng görünürsən” - Həyat yoldaşı efirə zəng etdi
-
Arda Turan “Eyüpspor“u bu kluba dəyişir - Razılıq əldə olundu
-
“2 aprel böyük gün olacaq” – Tramp anons edir
-
Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - VİDEO
-
“İnvestaz“ MMC aylardır sürücülərin əməkhaqlarını ödəmir - VİDEO
-
Azərbaycanda kartof niyə bahalaşıb? - Açıqlama
-
“Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur“ - Tramp
-
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib - RƏSMİ
-
Forumda iştirak etmək üçün Azərbaycana gəldilər - FOTO
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri növbəti mərhələyə qədəm qoyur
-
Yolun ortasında sürücünü döyənlər həbs edildi
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları
-
“Pakistanda qatar qaçıran silahlılar azı 50 girovu öldürüb” - “Reuters”
-
Şirkət rəhbəri Firudin Cavadov vətəndaşları necə aldadıb? - VİDEO
-
Ukrayna Sudcadan çıxdı - Zelenski Kurskda baş verənləri izah etdi
-
Bağırova yeni müavin təyin edildi - Prezident Sərəncam imzalayıb
-
Sumqayıtda ümumi qarajda yanğın - VİDEO
-
“Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır“ - Sorğu
-
Yaşayış evlərinin tikintisinə 297 milyon manat sərf olunub
-
Ölkəmiz Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşır
-
Sahibə Qafarova Şimali Makedoniya prezidenti ilə görüşdü - Fotolar
-
143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi!
-
Türkiyə vətəndaşı Tolqa Şahindən şikayət - Azərbaycanlı iş adamlarına qarşı 613 min manatlıq dələduzluq edib
-
“Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək“ - Zelenski
-
Azərbaycan və Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib
-
Sabah Binəqədi, Xəzər və Nəsimi rayonlarında qaz olmayacaq - Xəbərdarlıq
-
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb - 381 min manat ziyan dəydiyi müəyyən edilib
-
Ramazan bayramı günü iftar süfrəsi? - İcra Hakimiyyəti 7 min xərcləyəcək
-
“Vaşinqton Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib“ - ABŞ Dövlət katibi
-
Neft Fondunun pul qoyduğu qlobal şirkətlər batır – Milyardların taleyi necə olacaq?
-
Oleq Bakinski“nin məhkəməsində Füzuli Musayevin ifadəsi AÇIQLANDI
-
Bu gün Əfv Komissiyası iclası keçirilib - Baxılan müraciətlərin sayı 400-ü keçib
-
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bakı Tekstil Fabriki” MMC-nin tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Hərbi Hava Qüvvələrinin helikopterləri təlim-məşq uçuşları keçirib - VİDEO
-
Xətai rayonunda piyada səkisinin zəbt olunmasının qarşısı alındı - FOTO
-
Bu şəxslərə 270 manat müavinət veriləcək - FƏRMAN
-
İntihar məktubunda da onun adını çəkmişdi... - 2 il sonra həbs edildi
-
Azərbaycanda illik inflyasiya 5.5% təşkil edib - RƏSMİ
-
“Makronun “3-4 nüvə başlığı ilə“ hamını qorumaq niyyəti gülməlidir“ - Lavrov
-
Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina sökülür - VİDEO
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər“ - Xəstələrin pulunun mənimsənilməsi işi
-
İyuldan yaxın qohumlar arasında nikah qadağan olunur - Rəsmi
-
“Novruz“ bayramında Azərbaycan otellərində qiymətlər - SİYAHI
-
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
-
“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır“ - Şöbə müdiri
-
Prezident BMT Baş katibinin müavinini qəbul edib - Müzakirə
-
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib - FƏRMAN
-
“Rusiya razılaşmasa, döyüşməyə davam edəcəyik” - Tramp
-
Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi
-
Son illər Azərbaycanda belə bir hal olmayıb - Banklar dollar almır...
-
Daha bir gün də artırıldı, ardıcıl neçə gün iş olmayacaq? - RƏSMİ
-
Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir - LAVROV
-
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı - VİDEO
-
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi - FOTOLAR
-
Pakistanda 155 girov azad edildi - FOTOLAR
-
“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA
-
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
-
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir? - Açıqlama
-
Baş nazirdən bağçalarla bağlı - Qərar
-
Dünya fond bazarlarında eniş davam edir - Əsas indeks göstəriciləri
-
Gömrük Hospitalının həkimləri: "İki ildir maaşımızı əlimizdən alırlar"
-
“Səs-küy axşam 10-da başlayır, səhər 7-yə qədər davam edir” - Video
-
Kartla ödəniş etmək istəyən şəxslər bəzi marketlərdə niyə çətinliklərlə üzləşir? - VİDEO
-
Plastik cərrahlar qiyməti qaldırdı - Burun 5 min...
-
Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir - VİDEO
-
Bakıda avtomobilinə hücum edilən şəxs sahikar imiş - DETALLAR
-
“Dərnəgül” taxta bazarında yanğın - VİDEO
-
UEFA Çempionlar Liqası: - “Liverpul” tunirlə vidalaşdı
-
“Məndə böyük travma qalıb” - Mehriban Zəki
-
Salah İspaniya nəhəngində oynamaq istəyir - Bu şərtə razı olsa...
-
Keşlə bazarının bəzi satıcıları niyə hələ də köçməyiblər? - VİDEO
-
ABŞ VƏ Ukrayna danışıqları başa çatdı - 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı...
-
“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı - Fotolar
-
Babək prospektində bu yol hər an çökə bilər - VİDEO
TOP 10
ARXİV