Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 minlik gül aldı - Fuad Hacıyevin biznesi

Tarix 15.11.25, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsi güllərin satınalınması ilə bağlı tender elan edib...

32gun.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Firuzə Əsgərzadə olub və tərəflər arasında 3 700 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.

Rektor Fuad Hacıyev kimdir?

Ali təhsilini başa vurduqdan sonra istehsalatda mühəndis-texnoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə çalışıb.

1990-cı illərdə kommersiya və sahibkarlıq sahəsinə keçərək Qazax rayonunda qum-çınqıl karxanası və üzümçülük təsərrüfatı biznesi ilə məşğul olub.

2006-cı ildə Qazax rayonu üzrə deputatlığa namizəd olsa da, daha sonra namizədliyini geri götürüb. Ardınca 2006–2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Saytımıza verilən məlumatda iddia edilir ki, Fuad Hacıyevin Qazax rayonunun Çaylı kəndi yolunda yerləşən üzümçülük təsərrüfatı hazırda da fəaliyyət göstərir.

*Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.

Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap