Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“MedAura“ klinikasında skandal:Gənc qız burun əməliyyatı zamanı kliniki ölüm keçirdi

Tarix 08.11.25, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz altı aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənin ailəsi əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb.

Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxlanılıb. O, İranda olduğunu bildirib və sualları cavablandırmaqddan imtina edib. Anestezioloq Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyib.

Anestezioloqun cərrahi əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan "MedAuranın" keçmiş baş həkimi Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən kənarlaşdırdığını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 475




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap