Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

16 yaşlı qızın ana olması faktı üzrə istintaq başladı - Atanın kimliyi araşdırılır

Tarix 13.10.25, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda azyaşlı qızın ana olması faktı cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə ilə bağlı Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları başlanılıb.

Hüquq-mühafizə orqanlarından Musavat.com-a verilən məlumata görə, faktla bağlı toplanan materiallar araşdırılır və nəticələrə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək.

Xatırladaq ki, məsələ barədə ilk məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlayıb. Onun sözlərinə görə, 16 yaşlı qız artıq qurumun sığınacağına yerləşdirilib və hazırda körpəsi ilə birlikdə orada yaşayır.

“Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən bütün zəruri tibbi və psixoloji dəstək göstərilib. Hazırda həm o, həm də körpəsi bizim nəzarətimiz altındadır. Qızın hər iki valideyni dünyasını dəyişib. Uşağın atası isə haradadır, bilinmir. Azyaşlının dediyinə görə, həmin şəxs 27 yaşındadır”, - deyə Mehriban Zeynalova bildirib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən uşağın atasının şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində əməli tədbirlər davam etdirilir.



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap